Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə25/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   21   22   23   24   25   26   27   28   ...   258

 

51

42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 



42.0.6. islah işləri; 

42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma; 

42.0.8. əmlak müsadirəsi; 

42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 

42.0.10. azadlığın məhdudlaşdırılması; 

42.0.11. intizam xarakterli hərbi hissədə saxlama; 

42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə; 

42.0.13. ömürlük azadlıqdan məhrum etmə. 



* * * 

Maddə 52. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma 

52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma  əcnəbilərə, onlar cinayət 

törətdiklərinə görə  təyin olunmuş  əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində 

göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. 

52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil 

edilmir: 

52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının  ərazisində 

daimi yaşayan şəxslərə; 

52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda 

olan şəxslərə; 

52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 

52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 

52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə

52.2.6. himayəsində yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan və ya I və II qrup 

əlili olan şəxslərə; 

52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar 

olduğu ehtimal edilən şəxslərə. 

52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1 və 52.2-ci 

maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. 

 

* * * 



Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama 

183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq 

talama – əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə 

ilə cəzalandırılır. 

183.2. Eyni əməllər: 

183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 

183.2.2. təkrar törədildikdə; 

183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən  əşyaların və ya sənədlərin məhv olmasına, 

korlanmasına və ya dağıdılmasına səbəb olduqda – 

əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

* * * 


Maddə 206. Qaçaqmalçılıq 

206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya 

ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, 

yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna 

olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi- 

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 




 

52

206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı 



maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı  və  həmin silah üçün döyüş sursatı 

istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, 

kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən 

keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının 

gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, 

tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən 

kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə 

etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi- 

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 

206.3.1. təkrar törədildikdə; 

206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 

206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə; 

206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə – 

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

206.4. Bu Məcəllənin 206.1-206.3-cü maddələrində  nəzərdə tutulmuş  əməllər mütəşəkkil dəstə  tərəfindən 

törədildikdə – 

əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 



Qeyd: Bu maddədə «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa 

düşülür. 



Maddə 207. Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan 

əşyaları Azərbaycan Respublikasına qaytarmama 

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması  məcburi olan Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi 

və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama – 

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 



Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 

208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində  əldə edilmiş  və 

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının 

hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – 

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

208.2. Eyni əməllər: 

208.2.1. külli miqdarda törədildikdə; 

208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – 

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə, 

otuz min manatdan yuxarı olan məbləğ başa düşülür. 

 

* * * 



Maddə 246. Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama 

Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama – 

beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

 

 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə