49
Maddə 844. Sərnişinin başqa şəxslə əvəz edilməsi
Daşıma başlayanadək sərnişin gedişdə onun əvəzinə başqa şəxsin (üçüncü şəxsin) iştirak etməsini xahiş edə
bilər. Əgər üçüncü şəxs daşımanın xüsusi tələblərinə uyğun gəlmirsə və ya onun iştirakına qanuni göstərişlər mane
olursa, daşıyıcı onun iştirakına etiraz edə bilər. Daşıyıcı sərnişindən üçüncü şəxsin gedişi ilə əlaqədar yaranmış
əlavə xərclərin əvəzini ödəməyi tələb edə bilər.
Maddə 845. Sərnişin daşınması müqaviləsinin daşıma başlayanadək ləğvi
845.1. Daşıma başlayanadək istənilən vaxt sərnişin müqavilənin ləğv olunduğunu bəyan edə bilər.
845.2. Müqavilənin ləğvi ilə daşıyıcı şərtləşdirilmiş haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompen-
sasiya tələb edə bilər. Kompensasiyanın miqdarı daşıyıcının qənaət etdiyi xərclərin və gediş hüququnu başqa şəxsə
satmaqdan əldə edə biləcəyi gəlirin dəyəri çıxılmaqla gedişin dəyəri ilə müəyyənləşdirilir.
845.3. Adətən qənaət edilən xərclər və gedişin başqa şəxslərə satılması nəticəsində adətən əldə olunan mümkün
gəlir nəzərə alınmaqla, müqavilədə hər nəqliyyat növü üçün kompensasiya kimi daşımanın dəyərindən faiz dərəcəsi
müəyyənləşdirilə bilər.
Maddə 846. Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti
846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin
nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi
müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış
şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.
846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya
bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır:
846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək;
846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib
əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.
846.3. Əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə
məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş
dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş nəqliyyat
xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq
hüququnu da itirir.
846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə,
sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər.
Maddə 847. Sərnişin daşınmaları zamanı qarşısıalınmaz qüvvə
847.1. Əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan,
nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq
şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində
daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin
tərəfindən ləğv edilə bilər.
847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat
vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun
qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər.
Qalan əlavə xərcləri sərnişin çəkir.
Maddə 848. Sərnişinin pretenziyalarının ödənilməsi
Sərnişin bu Məcəllənin 846-cı maddəsinə əsasən pretenziyaları daşıyıcıya müqavilədə nəzərdə tutulan
daşımanın qurtarmasından ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları
yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı sərnişinin pretenziyalarını
qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında
bundan da tez ödənilmiş olmasın.
Maddə 849. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması
849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya
beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və konvensiyalara görə zərərin əvəzinin ödənilməsi
hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud
müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə
yetirdiyi halda istinad edə bilər.
50
849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə
məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin
üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın.
* * *
47-ci fəsil
Turist xidmətlərinin göstərilməsi
Maddə 862. Turist xidmətlərinin göstərilməsinə dair müqavilə
862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu
halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına
şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur.
862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə
geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o
halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir:
862.2.1. qidalanma;
862.2.2. mehmanxanalarda yerləşdirmə;
862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak.
862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir.
Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər.
862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri
müvafiq surətdə tətbiq olunur.
Maddə 863. Turist səfərinin həyata keçirilməsi və qüsurlara görə təşkilatçının məsuliyyəti
863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və
turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna
edən və ya azaldan qüsurları olmasın.
863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü
maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti
düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək
mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının
xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur.
8
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
(Çıxarış)
* * *
9-cu fəsil
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
Maddə 42. Cəzanın növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
42.0.4. ictimai işlər;