Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə23/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   19   20   21   22   23   24   25   26   ...   258

 

47

məsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə 



verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin 

iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qayta-

rılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin  əvəzinin ödənilməsi barədə iddiaları da 

qüvvədən düşür. 



Maddə 698. Kirayəyə verənin girov hüququ 

698.1. Hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli 

gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində  və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması 

hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə 

haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara 

şamil edilmir. 

698.2. Torpaq sahəsindən və ya otaqlardan əşyaların aparılması kirayəyə verənin girov hüququnu ləğv edir, 

amma əşyaların kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldığı hallar istisna təşkil edir. Əgər 

əşyalar kirayəçinin müəssisəsinin hüquqa uyğun işi çərçivəsində  və ya adi yaşayış  şəraiti çərçivəsində 

aparılmışdırsa və ya qalan əşyalar kirayəyə verənin təmin edilməsi üçün aşkar yetərlidirsə, kirayəyə verən əşyaların 

aparılması barədə şikayət verə bilməz. 

698.3. Kirayəyə verən onun girov hüququnun şamil edildiyi əşyaların aparılmasına məhkəməyə müraciət etmədən 

də mane ola bilər və  əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaldırsa, həmin  əşyalara sahibliyə başlaya bilər. 

Əşyalar kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldıqda kirayəyə verən onların torpaq sahəsinə 

qaytarılması  məqsədilə verilməsini və  əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaltmışsa, onlara sahiblik 

hüququnun verilməsini tələb edə bilər.  Əgər kirayəyə verən öz hüququnu daha əvvəl məhkəmə qaydasında həyata 

keçirməmişsə, girov hüququ əşyaların aparılması barədə kirayəyə verənə xəbər verildikdən bir ay sonra ləğv edilir. 

698.4. Kirayəçi kirayəyə verənin girov hüququnun həyata keçirilməsinin qarşısını təminat vermək yolu ilə ala 

bilər; hər hansı ayrıca əşyanı onun dəyəri miqdarında təminat verərək girov hüququndan azad edə bilər. 

698.5. Əgər kirayəyə verənin girov hüququnun şamil edildiyi hər hansı əşya başqa kreditor üçün girov götürü-

lürsə, həbs qoyulmasından bir il əvvəldən çox müddət üçün kirayə haqqı ilə bağlı girov hüququ həmin kreditora 

qarşı irəli sürülə bilməz. 



Maddə 699. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi 

699.1. Kirayəyə verilən  əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı 

üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq 

münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə 

kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət 

mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 

699.2. Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə 

(əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, 

bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. 

699.3.  Əgər kirayəyə verilən  əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən 

onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. 

699.4. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü 

edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu 

Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə  tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları  və iddiaları müqa-

viləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını 

tələb etmək hüququna malikdir. 



 

* * * 

§ 3. Mehmanxanalarda və restoranlarda əşyaların saxlanması 

 

Maddə 831. Mehmanxana və ya restoran sahibinin məsuliyyəti 

831.1. Mehmanxana və ya restoran sahibi başqa şəxslərə (qonaqlara) daldalanacaq verən şəxsdir. Mehmanxana 

və ya restoran sahibi qonaqların mehmanxana və ya restoran sahibinin otaqlarında və ya mehmanxana və ya 

restoran sahibinin və ya onun işçi heyətinin müəssisədən kənarda müəyyənləşdirdiyi başqa yerdə saxladıqları və ya 

mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin saxlamaya başqa şəkildə qəbul etdiyi əşyaların hər 

hansı zədələnməsi, korlanması və ya oğurlanması üçün məsuliyyət daşıyır. 

831.2. Əvəz ödəmək vəzifəsi avtomobillərə, avtomobillərdəki əşyalara və diri heyvanlara şamil edilmir. 



 

48

831.3. Əgər mehmanxana və ya restoran sahibi zərəri qonağın, onu müşayiət edən şəxsin və ya qonağın qəbul 



etdiyi şəxsin vurduğunu və ya əşyanın xarakterindən və ya qarşısıalınmaz qüvvənin təsirindən irəli gəldiyini sübuta 

yetirərsə, onun məsuliyyəti istisna edilir. 



Maddə 832. Mehmanxanalarda və restoranlarda pulların, qiymətli kağızların və digər qiymətli əşyaların 

saxlanması 

Mehmanxana və ya restoran sahibi pulları, qiymətli kağızları, sərvətləri və digər qiymətli əşyaları saxlamaya 

qəbul etməyə borcludur, amma miqdarı və ya dərəcəsi ilə əlaqədar onların əhəmiyyətinə və ya həcminə görə meh-

manxana və ya restoran üçün ifrat və ya təhlükəli olduğu hallar istisna təşkil edir. Mehmanxana və ya restoran 

sahibi onların qapalı və ya möhürlənmiş yeşikdə (mücrüdə, sandıqçada) verilməsini tələb edə bilər. 

Maddə 833.Mehmanxana və ya restoran sahibinin məsuliyyətinin məhdudlaşdırılması 

833.1. Mehmanxana və ya restoran sahibi bu Məcəllənin 831.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti min 

yüz manatdan çox olmayan miqdarda daşıyır. [357] 

833.2. Lakin əgər əşya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin təqsiri üzündən itmişsə, 

korlanmışsa və ya zədələnmişsə, habelə  əgər söhbət onun saxlamaya qəbul etdiyi və ya bu Məcəllənin 832-ci 

maddəsinə zidd olaraq saxlamaya qəbul etmədiyi əşyalardan gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır. 



Maddə 834. Mehmanxana və ya restoran sahibinin məsuliyyətinin istisna edilməsi 

Bu Məcəllənin 832-ci maddəsində  nəzərdə tutulan hallarda müqavilə üzrə  məsuliyyətin istisna edilməsinin 

qüvvəsi yoxdur. Qalan hallarda mehmanxana və ya restoran sahibinin məsuliyyəti yalnız zərərin bu Məcəllənin 

833.1-ci maddəsində müəyyənləşdirilmiş maksimum məbləğdən çox olan hissəsi üçün qabaqcadan istisna edilir. 

məsuliyyətdən azad edilmə yalnız o halda baş verir ki, qonaq bu barədə yazılı bildiriş verir və bu bildirişdə ayrı 

müddəalar olmur. 



Maddə 835. Qonağın zərərin əvəzinin ödənilməsi hüququnun ləğvi 

Əgər qonaq əşyanın zədələnməsi, korlanması və ya itməsi ona məlum olan kimi bu barədə mehmanxana və ya 

restoran sahibinə bildiriş verməzsə, ona mənsub olan zərərin əvəzinin ödənilməsi hüququ ləğv edilir. 

Maddə 836. Mehmanxana və ya restoran sahibinin girov hüququ 

Qonağın mehmanxanada yaşayışı, ona qulluq üçün göstərilmiş xidmətlərdən və  tələbatının ödənilməsi üçün 

digər xidmətlərdən irəli gələn tələbləri, o cümlədən çəkilmiş xərclər üzrə mehmanxana və ya restoran sahibi qona-

ğın bu Məcəllənin 831.1-ci maddəsində müəyyənləşdirilmiş əşyalarına girov hüququna malikdir. Bu halda yaşayış 

otağını kirayəyə verənin girov hüququ üçün qüvvədə olan göstərişlər tətbiq edilir. 

 

 



* * * 

 

46-cı fəsil 

 

Daşıma 

 

§ 1. Sərnişin daşınması 

 

Maddə 842. Sərnişin daşınması müqaviləsi 

842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə  sərnişini, habelə onun əl 

yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 

842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) 

aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 

842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə 

tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. 

Maddə 843. Sərnişin daşınmasının qiyməti 

843.1.  Əgər daşıma üçün müəyyən qiymət təyin edilməyibsə, daşımanın tarif qiyməti, tarif olmadıqda isə 

həmin nəqliyyat vasitəsində gediş üçün daşımanın müvafiq hissəsində tutulan adi haqq şərtləşdirilmiş haqq sayılır. 

843.2. Daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə