63
İ K İ N C İ B Ö L M Ə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARI
10
Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
İnsan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə
uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və
Azərbaycan Respublikasına gəlmək (bundan sonra – ölkədən getmək və ölkəyə gəlmək) hüququna təminat verilir
və bu hüquqdan azad şəkildə istifadə etmək üçün hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin – Azərbaycan
Respublikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur, vətəndaşlara pasportun verilməsi qaydaları, xaricə
daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və
Azərbaycan Respublikasından getməsi qaydaları təsbit olunur.
M a d d ə 1. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ
Azərbaycan Respublikasının hər bir vətəndaşı (bundan sonra- vətəndaş) Qanunda nəzərdə tutulmuş qaydada
xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malik-
dir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı
hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər:
1.
vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya
barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat
başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi ləğv edilənədək;
2.
vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli
həqiqi hərbi
xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək.
3.
beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin
aparılmasınadək.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək,
lakin 5 ildən çox olmamaq şərtilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə,
vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər.
M a d d ə 2. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi
Vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız
Azərbaycan Respublikası vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil
olmaq üçün rəsmiləşdirilmiş icazə – viza əsasında həyata keçirilir. Xarici ölkədə pasportunu itirmiş, pasportu
oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətən-
daşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin forması və həmin şəhadətnamənin verilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir.
64
Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədilə istifadə edilən gəmilərdə hər hansı
dənizçi vəzifəsində işləyən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikasının
Qanunu ilə təsdiq edilən “Dənizçinin şəxsiyyət sənədi haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir:
18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və
ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə kedə bilər. Valideynlərdən birinin razılığı
olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin hər birinin
və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə
tutulmuş qaydada təsdiq edilmiş razılığı olduqda yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərə-
findən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa
götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə
təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən öz qanuni nümayəndəsinin
notarius tərəfindən təsdiq edilmiş vəsatəti və ya məhkəmənin qərarı əsasında qanuni nümayəndəsinin müşayiəti ilə
gedir.
Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvə-
lərində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrində qulluq edən hərbi qulluqçular komanda-
nlığın müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş, icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.
Səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin
xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
M a d d ə 3. Azərbaycan Respublikası vətəndaşının pasportu.
Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının
ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun
həyata keçirilməsi üçün verilən vahid sənəddir.
Pasport 18 yaşına çatmış müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə
olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına bu
Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.
Pasportun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən ümumvətəndaş, xidməti,
diplomatik tipləri vardır.
Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqan-
larına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsul-
luğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində
Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.
Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil
verilir.
M a d d ə 4. Ümumvətəndaş pasportu
Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respub-
likası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun
ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli,
dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq
edən sənədlər əsasında yaşadığı yerin daxili işlər orqanı tərəfindən verilir.
Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş
pasportuna həmin uşaqlar yazılmalı və fotoşəkilləri yapışdırılmalıdır.
Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır.
Ümumvətəndaş pasportu on illik müddətə verilir.
M a d d ə 5. Xidməti pasport
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı,
Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının,