Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə28/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   24   25   26   27   28   29   30   31   ...   258

 

57

* * * 



M a d d ə   1 1 3 .  Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması 

113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 

113.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə  və ya dolayı yolla mənfi 

təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair 

fəaliyyətin həyata keçirilməsinə; 

113.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 

113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin 

həyata keçirilməsinə; 

113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları  bərpa etmədən yeni (xam torpaq 

sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə; 

113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji 

təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə; 

113.1.6. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artım və yayılmasının qarşısını almaq 

üçün səmərəli tədbirləri hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına 

və ya yayılmasına; 

113.1.7. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 

113.1.8. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddə-

lərdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin 

tətbiq edilməsinə; 

113.1.9. emal, zərərsizləşdirmə  və  təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların 

ölkəyə gətirilməsinə və ya istehsalına; 

113.1.10. radioaktiv tullantıların, işlənmiş, lakin yenidən istifadəyə yararlı olan nüvə yanacağının, müvafiq 

normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantı-

larının, digər radioaktiv maddələrin və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantı-

ların, habelə istifadəsi və təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 

113.1.11. müvafiq normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş sair 

fəaliyyətin həyata keçirilməsinə; 

113.1.12. bu Məcəllənin 113.1.1-113.1.11-ci maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan 

elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə –  

fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç 

min beş yüz manatadək miqdarda cərimə edilir. 

113.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının 

pozulmasına görə- 

fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on iki min 

manatadək miqdarda cərimə edilir. 

 

* * * 



M a d d ə   1 2 3 .  Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması 

123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni: 

123.0.1. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan satış yerlərində, 

anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin saxlanılmasına, satışına və tətbiq edilməsinə; 

123.0.2. pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qanun-vericiliklə müəyyən edilmiş xüsusi 

yerlərdən kənarda zərərsizləşdirilməsinə; 

123.0.3. karantin tətbiq edilən zərərli orqanizmlərə həssas bitkilərin həmin ərazidə yenidən əkilməsinə, habelə 

karantin nəzarətində olan bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına; 

123.0.4. ətraf mühitin zərərli kimyəvi maddələrlə çirklənməsinə yol veril-məsinə, istifadəyə yararsız və yüksək 

toksiki xassəyə malik preparatların istifadəsinə; 

123.0.5. qanunvericiliklə  nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, qeydiyyata 

alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər 

zəhərli kimyəvi maddələrin istehsalına, satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə; 



 

58

123.0.6. qanunvericiliyə uyğun olaraq istehsal mənşəyinə görə adlar verilən və yüksəkkeyfiyyətli (markalı) 



bitkiçilik məhsullarının istehsalı məqsədilə bitkilərə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin 

tətbiqinə yol verilməsinə; 

123.0.7. tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən 

normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına; 

123.0.8. qanunvericiliklə müəyyən olunmuş qaydada icazə olmadan təbiəti mühafizə, sağlamlaşdırma, istirahət 

və turizm zonalarında, su fondu torpaqlarında, suqoruyucu və xüsusi qorunan digər ərazilərdə pestisidlərin və digər 

zəhərli kimyəvi maddələrin tətbiq edilməsinə görə - 

fiziki  şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli  şəxslər altmış manatdan yetmiş manatadək 

miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir. 

* * * 


M a d d ə   1 9 9 .  Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya 

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq 

olmadan sahibkarlıq fəaliyyəti ilə  məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş  şərtlərin pozulması  və ya 

xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə ilə sahibkarlıq fəaliyyətinin 

həyata keçirilməsinə görə, bu az miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə –   

fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdar-

da, hüquqi şəxslər yüz iyirmi manatdan yüz altmış manatadək miqdarda cərimə edilir. 

 

Qeyd: Bu Məcəllənin 199-cu, 200-204, 204-2-cü, 205-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməllər 



xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir  əldə etməklə törədildikdə 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. 

 

* * * 


O n   d o q q u z u n c u   f ə s i l  

 

TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 

M a d d ə   2 2 4 .  Buraxılması  və ya satılması qadağan olunmuş malların satılması, yaxud qadağan 



olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) 

Buraxılması  və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş  işlərin 

(xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - 

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər üç yüz əlli 

manatdan beş yüz manatadək miqdarda, vəzifəli  şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək 

miqdarda cərimə edilir. 

M a d d ə   2 2 5 .  Malların saxlanılması  və ya satışı zamanı mal qonşuluğunun və ya satılmış malların 

dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması 

225.1. Malların saxlanılması  və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və ya temperatur 

rejiminə əməl edilməməsinə görə - 

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir. 

225.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - 

beş yüz manatdan min manatadək miqdarda cərimə edilir. 

M a d d ə   2 2 6 .  Qiymət intizamının pozulması 

226.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstə-

rilən xidmətlərə  və ya işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edil-

məməsinə görə - 

səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir. 

226.2. Azərbaycan Respublikasının  ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla 

göstərilməməsinə görə –  

min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir.  




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə