Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə26/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   22   23   24   25   26   27   28   29   ...   258

 

53

* * * 



 Maddə 261. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma 

Qoruqların, milli parkların, təbiət abidələrinin və ya dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət 

ərazilərinin mühafizə rejiminin pozulması əhəmiyyətli zərər vurulmasına səbəb olduqda – 

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə və ya altı ayadək 

müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

* * * 

Maddə 318. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 

318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya 

dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə

 –

 



iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya 

mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə-  

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə Azərbaycan 

Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı 

olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin müddəaları şamil edilmir.  

Maddə 319. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə 

319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə sərhəd nişanlarını 

götürmə, yerini dəyişmə və ya məhv etmə

 –

 



iki ilədək müddətə azadlığın məhdudlaşdırılması  və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə 

cəzalandırılır. 

319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda

 –

 



dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

 

9         

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR  MƏCƏLLƏSİ

 

(

Çıxarış) 

 

* * * 



 

Maddə 15. Fiziki şəxslərin inzibati məsuliyyəti 

15.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 

15.2. İşin konkret halları, psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı 

yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 

tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 

müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. 

15.3.İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə, intizam 

məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən  şəxslərə inzibati həbs tətbiq 

edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz. 

15.4. Bu Məcəllənin 15.3-cü maddəsində göstərilmiş şəxslərdən başqa, intizam nizamnamələrinin və ya intizam 

haqqında əsasnamələrin qüvvəsinin şamil edildiyi digər şəxslər qulluq vəzifələrinin icrası zamanı inzibati xətalar 

törətməyə görə  həmin nizamnamələrdə  və ya əsasnamələrdə bilavasitə  nəzərdə tutulmuş hallarda intizam 

məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. 

15.5. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 15.3-cü 

maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam 



 

54

məsuliyyətinə  cəlb olunması  məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları 



Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına verə bilərlər. 

15.6.  Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının  ərazisində törətdikləri inzibati 

xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. 

15.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə  əsasən, Azərbaycan Respublika-

sında toxunulmazlıq hüququndan istifadə edən  əcnəbilərin Azərbaycan Respublikasının  ərazisində törətdikləri 

inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir. 



Qeyd: Bu Məcəllənin 15.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanlarının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 

başa düşülür. 

Bu Məcəllənin 15.4-cü maddəsində “intizam nizamnaməsi (əsasnaməsi) tətbiq edilən digər  şəxslər” dedikdə, Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında öz qulluq vəzifələrini icra edən şəxslər başa düşülür. 

Bu Məcəllənin 15.6-cı maddəsində  “əcnəbilər” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətən-

daşlığına mənsub olan şəxslər başa düşülür. 

“Vətəndaşlığı olmayan şəxslər” dedikdə isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub 

olmayan şəxslər başa düşülür. 

* * * 


Maddə 23. İnzibati tənbeh növləri 

23.1. İnzibati xətalar törətməyə görə aşağıdakı inzibati tənbeh növləri tətbiq edilə bilər: 

23.1.1. xəbərdarlıq; 

23.1.2. inzibati cərimə; 

23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə 

alınması; 

23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi; 

23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması; 

23.1.6.  əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara 

inzibati qaydada çıxartma; 

23.1.7. inzibati həbs. 

23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1-23.1.4-cü maddələrində  nəzərdə tutulan inzibati tənbeh 

növləri tətbiq edilir. 

Maddə 29. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma 

Bu Məcəllənin xüsusi hissəsində  nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 

barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir. 

Maddə 31. Əsas və əlavə inzibati tənbehlər 

31.1. Xəbərdarlıq, inzibati cərimə və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. 

31.2.  İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə 

alınması, yaxud müsadirəsi, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması, 

əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 

çıxartma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. 

31.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. 

 

* * * 



Maddə 53. Əmək qanunvericiliyinin pozulması 

53.1. Azərbaycan Respublikasının  Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada əmək müqaviləsini 

(kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı  işin (xidmətin) yerinə yetirilməsinə  cəlb 

edilməsinə görə –  

vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş 

min manatadək miqdarda çərimə edilir. 

53.2. Mülkiyyət və  təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların 

işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə –  

yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə