Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə34/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   30   31   32   33   34   35   36   37   ...   258

 

69

bu Qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli  şəxslər Azərbaycan Respublikasının qanunverici-



liyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

M a d d ə  17. Beynəlxalq müqavilələrin tətbiqi 

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə 

tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. 



Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 14 iyun 1994-cü il.  

№ 813. 

 

 

11            

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu Qanun Azərbaycan Respublikasının  ərazisində istehlakçılar üçün bərabər  şərait yaradılması  məqsədi ilə 

alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında 

münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi 

və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 

Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün 

rəhbər prinsiplər”  əsasında işlənmiş  və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə 

uyğunlaşdırılmasına yönəldilmişdir. 

 

I fəsil 

ÜMUMİ MÜDDƏALAR 

Maddə 1. Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən anlayışlar: 



Istehlakçı – şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, 

yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs



istehsalçı – mülkiyyət formasından və  təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal 

edən müəssisə, idarə, təşkilat və ya sahibkar; 



icraçı  – iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; 

satıcı – alğı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya sahibkar; 

normativ sənəd – malların (işlərin, xidmətlərin) keyfiyyətinə  və  təhlükəsizliyinə Azərbaycan Respublikası 

qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti 

normaları, qaydaları və digər sənədlər; 

qüsur – malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa 

tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; 



mühüm qüsur – maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını 

qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu 

əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə  nəzərdə tutulduğundan başqa şəklə salan, ya da 

aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur; 



uyğunluq sertifikatı (sertifikat) – sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış  məhsulun 

müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd




 

70

uyğunluq nişanı – məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə uyğunluğunu göstərən, serti-

fikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan 

nişandır; 



malın (işin, xidmətin) təhlükəsizliyi – maldan (işin, xidmətin nəticələrindən) istifadə edilməsinin, onun sax-

lanmasının, daşınmasının, işlədilməsinin adi şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində isteh-

lakçının həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna olunması; 

zəmanət müddəti – müvafiq normativ sənədlərdə  nəzərdə tutulmuş  zəmanət öhdəliklərinin qüvvədə olduğu 

müddət. 


Maddə 2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi 

aktlardan ibarətdir. 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu Qanunda nəzərdə 

tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 



 

II fəsil 

İSTEHLAKÇILARIN HÜQUQLARI 

M a d d ə  3. İstehlakçıların hüquqları 

Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: 

malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; 

istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; 

malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; 

malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə

qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına 

təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; 

öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və  məhkəməyə 

müraciət etməyə; 

ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. 

M a d d ə  4. Zəmanətli istehlak səviyyəsi 

Zəmanətli istehlak səviyyəsi aşağıdakı formalarda təmin edilir: 

hər bir istehlakçının azad şəkildə mal almasına zəmanət olmadığı hallarda, malların normalaşdırılmış formada 

bölünməsinin tətbiqi ilə; 

vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə. 

M a d d ə  5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ 

1.  İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş  işin, göstərilmiş xidmətin) keyfiy-

yətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının 

(istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 

2.  İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, 

xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. 

Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının 

qanunvericilik aktları ilə müəyyən edilir. 

3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə  şərtlərinə  və həmçinin mal 

(iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. 

Azərbaycan Respublikası  ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq 

edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. 

4.  İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən 

işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində  təyinatı 

üzrə istifadə edilməsinə təminat verməlidir. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə