65
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə,
hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə,
müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici
ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların
arvadına (ərinə) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqlarına, beynəlxalq xətlərdə çalışan dəniz və
hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin
təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.
Xidməti pasportun verilməsi üçün dövlət rüsumu alınır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti
vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.
M a d d ə 6. Diplomatik pasport
Diplomatik pasport Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən:
1)
öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası Hesablama Palata-
sının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali
Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin
sədrinə, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədrinə, Baş prokurora və onun müavinlərinə,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Məhkəmə-Hüquq Şurasının üzvlə-
rinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin
direktoruna, Azərbaycan Respublikası Mərkəzi seçki komissiyasının sədrinə, Azərbaycan Respublikası Prezidenti,
Milli Məclisi, Hesablama Palatası Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə
müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik
xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə,
Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə,
Naxçıvan Muxtar Respublikasının Prokuroruna;
2)
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və istisna hallarda
Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə və
danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında,
dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və
xüsusi nümayəndələrə;
3)
Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisi sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi
sədrinin, xarici işlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə
birlikdə gedən arvadına (ərinə) və 18 yaşına çatmış ərdə olmayan qızına.
4)
diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına verilir.
Diplomatik pasportun verilməsi üçün dövlət rüsumu alınmır.
Diplomatik pasportda onun sahibinin yetkinlik yaşına çatmamış uşaqları, yazıla bilər və belə halda pasporta
onların fotoşəkilləri də yapışdırılır. Sahibi olmadan bu pasportdan ailə üzvlərinin ölkədən getmək və ya ölkəyə
gəlmək üçün istifadə etməsi qadağandır.
Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş
müddətə verilir.
Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin
sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir.
Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplo-
matik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri
hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.
M a d d ə 7. Pasportda göstərilən məlumatlar
Tiplərindən asılı olmayaraq hər bir pasportda:
1)
Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, seriyası və nömrəsi, sahibinin
soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə
tarixi, pasport sahibinin şəxsi imzası, onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və
doğulduğu tarix, pasporta aid olan tələblər göstərilir;
2)
pasport sahibinin fotoşəkli əks olunur;
66
3)
xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd
məntəqələrini keçməsi barədə) qeydlər edilir.
Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu
Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar və belə pasportların etibarlıq müddəti,
uzadılmış etibarlıq müddəti, bu müddəti uzadan orqanın adı, uzadılma tarixi göstərilir.
Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir və müvafiq dövlət
orqanlarının məsul əməkdaşı tərəfindən imza və möhürlə təsdiq edilir.
M a d d ə 8. Pasport verilməsi haqqında ərizə (vəsatət)
Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına
ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir.
Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz, foto-
şəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu
maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin
halları təsdiqləyən sənədlər əlavə edilməlidir.
M a d d ə 9. Pasport verilməsi haqqında ərizəyə (vəsatətə) baxılması
Pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun
tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə
gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya
ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır.
Bu Qanunun 1-ci maddəsinin birinci hissəsinin 2-ci və 3-cü bəndlərində, ikinci hissəsində nəzərdə tutulmuş
hallarda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla
rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun veril-
məsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir.
Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edil-
məsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
M a d d ə 10. Pasportun dəyişdirilməsi
Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə və ya pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə,
yaxud pasport yararsız hala düşdükdə vətəndaş pasportu dəyişdirməlidir.
Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün bu dövlət rüsumu alınır.
Pasport bu Qanunun 8-ci və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada dəyişdirilir.
M a d d ə 11. Xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti
Xaricə daimi yaşayış üçün gedən vətəndaşlar:
Azərbaycan Respublikasının Konstitusiyası ilə verilmiş bütün hüquqlardan, o cümlədən Azərbaycan Respub-
likasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada pensiya təminatı hüququndan istifadə edir və öhdələrinə
düşən vəzifələri daşıyırlar;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki dövriyyədən çıxarılmış əşyalar
istisna olmaqla onlara və ailə üzvlərinə məxsus əmlakı xaricə apara bilərlər. Mədəni və tarixi sərvət sayılan incəsənət
əşyalarının və digər dəyərli əşyaların xaricə aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir;
Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçota alınırlar və onların pasportlarında müvafiq qeydlər edilir;
Azərbaycan Respublikasının məhkəmə qətnamələri üzrə alimentləri və ya başqa mülki öhdəlikləri yaşayış
yerindən asılı olmayaraq vaxtında ödəməlidirlər;
Ölkəyə müvəqqəti yaşamaq üçün pasport vasitəsi ilə gəlirlər daimi yaşayış üçün ölkəyə qayıtmaqdan ötrü isə
onların pasportlarında Azərbaycan Respublikasının xaricdəki konsulluğunda uçotdan çıxarılma barədə qeyd olmalıdır.
M a d d ə 12. Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra – əcnəbilər) Qanunda nəzərdə tutulmuş qaydada
xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq
rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına kələ və Azərbaycan Respublikasından kedə
bilərlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları