Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə30/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   26   27   28   29   30   31   32   33   ...   258

 

61

fiziki  şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli  şəxslər on beş manatdan otuz beş manatadək 



miqdarda, hüquqi şəxslər əlli manatdan yüz on manatadək miqdarda cərimə edilir. 

* * * 


M a d d ə   3 3 0 .   Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında 

qeydiyyatsız yaşaması və ya qanunsuz qalması 

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya 

beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə - 

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qay-

dada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.  

M a d d ə   3 3 1 .   Şəxsiyyət vəsiqəsinin , pasportun, dənizçinin  şəxsiyyət sənədinin , Azərbaycan 



Respublikasına qayıdış  şəhadətnaməsinin,  əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının 

ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması 

Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin , Azərbaycan Respublikasına qayıdış şəhadət-

naməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin 

uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının  ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün 

sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə - 

on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir. 

M a d d ə   3 3 2 .   Şəxsiyyət vəsiqəsinin , pasportun və ya dənizçinin  şəxsiyyət sənədinin verilməsi 

qaydalarının pozulması, qanunsuz alınması  və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış 

şəhadətnaməsinin verilməsi qaydalarının pozulması 

332.1. Vətəndaşlara onların  şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən  əsassız imtina edil-

məsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə  sənədlər tələb edilməsinə  və ya onların verilməsində 

(dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə - 

səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

332.2. Azərbaycan Respublikasına qayıdış  şəhadətnaməsinin verilməsindən  əsassız imtina edilməsinə, veril-

məsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə 

yol verilməsinə görə - 

vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir 

332.3. Dənizçinin  şəxsiyyət sənədinin verilməsindən  əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən 

qanunla nəzərdə tutulmayan əlavə  sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdiril-

məsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi 

qaydalarının pozulmasına görə – səksən beş manatdan doxsan manatadək cərimə edilir. 

Maddə 333. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması 

Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz 

olaraq məhdudlaşdırılmasına görə - 

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir. 

M a d d ə   3 3 4 .  Sərhədboyu rejiminin pozulması 

334.1. Sərhədboyu zonaya daxil olma və ya orada yaşama, yaxud qeydiyyata alınma qaydalarının pozulmasına görə - 

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir. 

334.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında 

lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin 

aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə - 

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz 

manatadək miqdarda cərimə edilir. 

M a d d ə   3 3 5 .  Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan 



Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması 

Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların Xəzər 

dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmi-

lərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların 

yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qay-



 

62

dalarının pozulmasına, göstərilən sularda lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş 



qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - 

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz manatdan dörd yüz 

manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir. 

Maddə 336. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması 

Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə - 

vətəndaşlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdud-

larından kənara inzibati qaydada çıxarılır. 

M a d d ə   3 3 7 . ( Çıxarılıb)  

M a d d ə   3 3 8 .  Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi 

Diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə - 

vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir. 

M a d d ə   3 3 9 .   Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, 

yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması 

339.1.  Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının 

pozulmasına, yəni: 

339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına; 

339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına; 

339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, yaxud bir yerdən 

başqa yerə getmə və yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə; 

339.1.4. qanunvericiliklə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına; 

339.1.5. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə - 

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qay-

dada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. 

339.2. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət 

göstərilməsini və  işə  qəbul olunmasını  təmin edən, onların Azərbaycan Respublikasında olması  və Azərbaycan 

Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə 

və  təşkilatların vəzifəli  şəxsləri tərəfindən  əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və 

qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini 

dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə - 

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. 

M a d d ə   3 4 0 .   Əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması  və qeydiyyatdan 

çıxarılması üçün tədbirlər görülməməsi 

Əcnəbilərə  və  vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş  vətəndaşlar tərəfindən qanunvericiliklə 

müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması  və qeydiyyatdan çıxarılması üçün tədbirlər 

görməməsinə görə - 

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir 

 

 



 

 

 

 

 

 

 

 

 


Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə