Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə36/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   32   33   34   35   36   37   38   39   ...   258

 

73

çıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin 



dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə 

tutulmuş olmasın. 

Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş  dəbbə pulunun 

(cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək 

vəzifəsindən azad etmir. 

6.  İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldi-

yini sübut edərsə, buna görə məsuliyyət daşımır. 

7.  İstehlakçının bu maddənin 2-ci və 5-ci bəndlərində  nəzərdə tutulmuş  tələbləri işin (xidmətin) yerinə 

yetirilməsi gedişində istehlakçı  tərəfindən qəbul edilməsi zamanı, habelə  zəmanət müddəti  ərzində, belə müddət 

olmadıqda isə bir il ərzində, qüsurlar aşkar edilərkən irəli sürülə bilər. 

Zəmanət müddəti işin (xidmətin) istehlakçı  tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən 

vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır. 

8.  İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün 

keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda isteh-

lakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. 

9.  İcraçı əşyanın (materialın) korlanmasına, gətirib çıxara bilən xüsusi xassələri barədə istehlakçını xəbərdar 

etməlidir. Elmi və texniki biliklərin səviyyəsi  əşyanın (materialın) xüsusi xassələrini üzə  çıxarmağa imkan 

vermədikdə belə, icraçı məsuliyyətdən azad edilmir. 

İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərin istehlakçı müqavilə 

bağlayarkən, müəyyənləşdirir. 

10. İş görülməsində  və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını  və ya əmlakının təhlükə-

sizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi 

nəticəsində  vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-

bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. 

M a d d ə  10. İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz olmasına hüquqları 

1.  İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, 

onun həyatı, sağlamlığı, eləcə  də  ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurul-

mamasının təmin olunması hüququna malikdir. 

Əgər istifadə edilməsi vətəndaşların həyatına sağlamlığına və  əmlakına, habelə  ətraf mühitə  zərər vura bilən 

mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra 

hakimiyyəti orqanları belə normativ sənədlərin təxirə salınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, 

icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır. 

2. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və 

ya  ətraf mühitə  təhlükə  kəsb edən və ya zərər vura bilən mallara (işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq 

müddəti) müəyyən edilməlidir. 

İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə borcludur. 

3. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün xüsusi qaydalara 

əməl olunması  zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları 

istehlakçının nəzərinə çatdırmalıdır. 

4. Qanunvericilik aktları ilə  və ya digər normativ sənədlərdə  vətəndaşların həyatı, sağlamlığı və  əmlakı, ətraf 

mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanun-

vericiliyə  əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat 

olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. 

Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim 

edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tanınmış uyğunluq sertifikatı əsas verir. 

Bu bəndlə  nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə  tələblərin pozulmasına 

görə məsuliyyət bu Qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 

5. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl 

etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və 

ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırı-

lanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması  və istehlakçıdan geri qaytarılması üçün 

tədbirlər görməlidir. 




 

74

Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) 



istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu 

vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və isteh-

lakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində  qəbul 

etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və 

ya təkrar emal edilməlidirlər. 

Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə  əlaqə dar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam 

həcmdə ödəməlidir. 

6. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların keyfiyyətinə dövlət 

nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı) həmin qaydalar pozulmaqla satılmış mallardan əldə 

etdiyi gəliri dövlət büdcəsinə köçürür. 

7. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı  vətəndaşların həyatının, sağlamlığının, 

əmlakının, həmçinin  ətraf mühitin təhlükəsizliyi tələblərinə cavab verməsini, təsdiq etmək və dövlət eksperti-

zasından keçirmək üçün həmin malın normativ sənədlərini müvafiq orqana təqdim etməlidir. 

8.  İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və  təhlükəsiz istifadəsi barədə 

beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya məlumat verməyə borcludur. 

M a d d ə  11. Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə görə əmlak məsuliyyəti 

Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağ-

lamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar 

tərəfindən istehlakçıya tam ödənilməlidir. 

Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq 

edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak 

məqsədi üçün istifadə edilmiş olsun. 

M a d d ə  12. Mənəvi ziyanın ödənilməsi 

İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya 

dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutul-

mayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 

M a d d ə 13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ 

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları 

barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələb-

ləri ilə müqayisəli miqdarı),  əldə edilməsi  şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, 

saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 

Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun 

və düzgün məlumat verməlidir. 

Azərbaycan Respublikasının  ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və 

digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində  də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən 

mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə 

yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 

Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız 

manatla göstərməlidir. 

2. Bu maddənin 1-ci bəndində  nəzərdə tutulmuş  məlumat, mala əlavə olunan texniki sənədlər, habelə 

nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş 

başqa üsulla istehlakçının nəzərinə çatdırılır. 

3.  İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. 

İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi 

göstərilir hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazır-

ladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə  məşğul olmaq hüququ 

verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə 

cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. 

4. Satılan mal barəsində yanlış  məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, isteh-

lakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv et-

mək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə