89
I I I f ə s i l
MÜƏLLİFLİK HÜQUQUNUN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
M a d d ə 2 5 . Müəlliflik hüququnun qüvvədə olma müddəti
1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı mad-
dəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.
Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının
qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2. Bu maddənin birinci bəndi və 26-cı maddə ilə nəzərdə tutulmuş müddətlərin hesablanması göstərilən
müddətin əvvəli üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilin əvvəlindən hesablanır.
3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma
müddəti bitməmiş bütün əsərlərə şamil edilir.
M a d d ə 2 6 . Müəlliflik hüququnun xüsusi müddətləri
1. Anonim
və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70
il müddətində qüvvədə qalır.
Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş əsərin müəllifi öz şəxsiyyətini açarsa və ya onun
şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona 25-ci maddənin birinci bəndinin müddəaları tətbiq edilir.
2. Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından
sonra 50 il müddətində qüvvədə qalır.
3. Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc
edilmə tarixindən sonra 50 il müddətində qüvvədə qalır.
4. Kollektiv əsərə bu Qanunun 10-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlar belə əsərin dərc edildiyi, əgər
dərc edilməmişdirsə, yaradıldığı tarixdən 50 il müddətində qüvvədə qalır.
M a d d ə 2 7 . İctimai varidat
1. Əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir.
Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır.
Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai vari-
data daxildir.
Azərbaycan folkloru nümunələri “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbay-
can Respublikasının Qanunu ilə qorunur.
İctimai varidata keçmiş əsərlərdən, bu maddənin ikinci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif
qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş
şəxsi hüquqları gözlənilməlidir.
2. Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər.
Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət
büdcəsinə köçürülür.
I V f ə s i l
MÜƏLLİFLİK HÜQUQLARININ KEÇMƏSİ. MÜƏLLİF MÜQAVİLƏLƏRİ
M a d d ə 2 8 . Müəlliflik hüquqlarının verilməsi və keçməsi
Müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında
keçir.
M a d d ə 2 9 .
Vərəsəlik qaydasında müəlliflik hüququnun keçməsi
1. Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.
90
Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin
vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdud-
laşdırılmır.
2. Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi hüquqlarının qorunmasını həvalə etdiyi şəxsi
göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir.
Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquq-
larının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti
qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən Azərbaycan Respublikasının müəlliflik hüquqları
sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.
M a d d ə 3 0 . Müəllif müqavilələri üzr müəlliflik hüquqlarının verilməsi
1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının
digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər.
Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisen-
ziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında
həyata keçirilə bilər.
2. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya
müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə
müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə
icazə vermək və ya qadağan etmək hüququnu verir.
3. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif
və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa
şəxslə bərabər istifadəyə icazə verir.
4. Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna
hüquqlar olur.
Əsərin, əlaqəli hüquqlar obyektinin və onlardan istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya
qismən verilməsi haqqında müqavilələrin qeydiyyatına görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət
rüsumu ödənilir.
M a d d ə 3 1 . Müəllif müqaviləsinin şərtləri və formaları
1. Müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə
verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən
istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti,
həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.
Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən
konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə
üsuluna görə bağlanmış hesab oluna bilər.
Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il
keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən
yazılı xəbərdar edilməlidir.
Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan
Respublikasının ərazisi ilə məhdudlaşdırılır.
2. Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər
əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə
konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.
3. Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq
imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır.
4. Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.