106
yetkinlik yaşına çatmayanların, guya onların əldə etdiyi bu və ya digər əmtəənin ona həmyaşıdları arasında
müəyyən bir üstünlük, həmin əmtəəyə yiyələnməməyin isə əks effekt verməsi fikri aşılamaq;
reklam məqsədi ilə, yetkinlik yaşına çatmayanları təhlükəli yerlərdə və ya hallarda istənilən reklam daşıyıcısı
vasitəsi ilə nümayiş etdirmək;
yetkinlik yaşına çatmayanların şüurunda hər hansı bir əmtəənin qiyməti haqqında real olmayan təsəvvür
yaratmaq, bunun üçün “yalnız”, “cəmi” və s. kimi sözlərdən istifadə etmək, guya həmin əmtəənin dəyərinin hər bir
ailənin büdcəsi imkanında olması fikri aşılamaq.
2. Yetkinlik yaşına çatmayanlara aid olmayan əmtəələrin, istənilən reklam daşıyıcılarının vasitəsi ilə rekla-
mında onların obrazının yaradılmasına yol verilmir.
I I I F ə s i l
Reklam fəaliyyəti subyektlərinin vəzifələri
Maddə 22. Reklam materiallarının saxlanma müddəti
Reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcısı və reklam agentləri reklam materiallarını və onların
surətlərini, sonradan edilən əlavə və dəyişikliklər də daxil olmaqla, reklamın yayıldığı son gündən etibarən bir il
müddətində saxlamağa borcludurlar.
Maddə 23. Reklamın istehsalı və yayımı üçün reklam informasiyasının təqdim edilməsi
1. Reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən reklam informasiyasının dəqiq-
liyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdirlər. Reklam sifarişçisi bu sənədləri təqdim etməyə borcludur.
2. Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, onun əmtəəsinin, həmçinin özünün reklamı
üçün reklam istehsalçısı, reklam yayıcısı və reklam agentliyi reklam sifarişçisindən müvafiq lisenziyanı tələb etmə-
yə borcludurlar.
Maddə 24. Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyinin pozulmasına gətirə bilən
hallar haqqında reklam istehsalçısının reklam sifarişçisini xəbərdar etmək vəzifəsi
Reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi, reklam sifarişçisinin tələbləri bu Qanuna zidd
olması haqda reklam sifarişçisini vaxtında xəbərdar etməlidir. Əgər reklam sifarişçisi əsaslı xəbərdarlığa baxma-
yaraq öz tələblərini dəyişmirsə, yaxud reklam informasiyasının dəqiqliyini təsdiqləyən sənədləri təqdim etmirsə,
reklam istehsalçısı (reklam agentliyi) müqavilə bağlamaqdan imtina edə bilər.
I V F ə s i l
Reklam sahəsində nəzarət
Maddə 25. Reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi
1. Azərbaycan Respublikasında reklam fəaliyyətinə dövlət nəzarəti və özünənəzarət həyata keçirilir.
2. Reklam fəaliyyətinə dövlət nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri
çərçivəsində aşağıdakı hüquqlara malikdirlər:
hüquqi və fiziki şəxslər tərəfindən yol verilən bu Qanuna uyğun gəlməyən reklam yayımlarının qarşısını almaq;
reklam sifarişçisi, reklam istehsalçısı, reklam yayıcıları və reklam agentliklərinə bu qanunun pozulmasına yol
verdikləri haqda xəbərdarlıqlar, onların əks reklam yaymaqları haqda icrası məcburi olan qərarlar göndərmək;
bu Qanunun pozulması ilə bağlı müvafiq məhkəmələrə iddiaçı kimi müraciət etmək. Bu halda müvafiq icra
hakimiyyəti orqanları dövlət rüsumundan azad edilirlər.
3. Reklam fəaliyyətinə özününəzarəti reklamçıların peşəkar cəmiyyətləri, birlikləri, assosiasiyaları həyata
keçirirlər. Onlar:
reklam haqqında hüquqi normativ aktların hazırlanmasına cəlb edilirlər;
reklamın qanunvericilik aktlarına uyğunluğunu yoxlamaq məqsədilə onun müstəqil ekspertizasını keçirir, öz təklif-
lərini müvafiq icra hakimiyyəti orqanlarına, habelə reklam sifarişçilərinə, istehlakçılarına və yayıcılarına göndərirlər;
reklam haqqında qanunvericiliyə riayət edilməsinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanları
tərəfindən cəlb edilirlər.
107
Maddə 26. İnformasiya almaq hüququ
1. Bu Qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı reklam sifariş-
çilərinin, reklam istehsalçılarının, reklam yayıcıları və reklam agentliklərinin bütün materiallarını maneəsiz əldə
etmək hüququna malikdir.
Reklam fəaliyyəti subyektləri müvafiq icra hakimiyyəti orqanının tələbi ilə müəyyən olunmuş müddət ərzində
şifahi və ya yazılı formada izahatları, sənədləri, audio və videomaterialları, həmçinin bu Qanunda nəzərdə tutulmuş
səlahiyyətləri həyata keçirmək üçün lazım olan digər materialları təqdim etməlidirlər.
Kommersiya sirri olan məlumatların açıqlanması qadağandır.
Bu tipli məlumatların açıqlanması nəticəsində dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
V F ə s i l
Əks reklam və haqsız reklama görə məsulİyyət
Maddə 27. Əks reklam
1. Reklam haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması faktları aşkar edildikdə, qanunu
pozan reklam fəaliyyətinin subyekti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi müddət ərzində əks
reklamı həyata keçirməyə borcludur. Əks reklamın həyata keçirilməsi üçün tələb olunan bütün xərclər qanunu
pozan tərəfindən ödənilir.
2. Müəyyən edilmiş müddət ərzində əks reklam yayılmadıqda, əks reklamın həyata keçirilməsi haqqında qərar
verən müvafiq icra hakimiyyəti orqanı əks reklam həyata keçirilənə qədər qanun pozucusunun reklam yayımını tam
şəkildə və ya qismən dayandırması haqqında müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırmaq hüququna
malikdir.
Bu halda müvafiq icra hakimiyyəti orqanı qanun pozucusu ilə müqavilə bağlayan bütün tərəflərə bu haqda
məlumat verməlidir.
3. Əks reklam haqsız reklamın yayıldığı müddət ərzində davamiyyətli, həmin səciyyəli, texniki üsullardan
istifadə olunaraq reklam daşıyıcısı vasitəsilə yayılmalıdır. Əks reklamın məzmunu müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmışdır. Bəzi hallarda müvafiq icra hakimiyyəti orqanı əks reklamın məkan, daşıyıcı, müddət və yayıl-
ma üsulu xarakteristikalarını dəyişə bilər.
4. Haqsız reklam olunan əmtəənin (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar
şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.
(Çıxarılıb)
Maddə 28. Reklam sifarişçisinin, reklam istehsal edənin, reklam yayıcısının (reklam agentliyinin)
məsuliyyəti
Reklam sifarişçisi, reklam istehsalına təqdim etdiyi məlumatın məzmununa görə, reklam istehsalçısı reklamın
hazırlanması, istehsalı sahəsində, reklam yayıcısı reklamın yayılma yeri, vaxtı və vasitələri sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
Maddə 29. Reklamda müqavilə bağlanması haqqında açıq təklif
Reklamın oferta etmək dəvəti və ya açıq oferta (reklamda müqavilə bağlanmasında açıq təklif) kimi tanın-
masının nəticələri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq müəyyən edilir.
Əgər reklamda mövcud şərtlərdən ən azı biri haqqında məlumat verilirsə, reklam sifarişçisi həm ofertaya dəvət
edən, həm də açıq oferta keyfiyyətində çıxış edən reklamın fəaliyyət müddətini göstərməlidir.
Əgər reklam sifarişçisi müəyyən olunmuş qaydada açıq ofertanın ünvanlandığı aksepti aldıqdan sonra müqa-
viləni bağlamaqdan imtina edərsə, həmin şəxs müqavilə bağlanması və reklam sifarişçisinin əsaslandırılmamış
etirazı nəticəsində dəyən ziyanın ödənilməsi şərtilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir.
Maddə 30. Qanunun pozulmasına görə məsuliyyət
Reklam fəaliyyətinin subyetkləri bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq məsuliyyət daşıyırlar.
Haqsız reklam nəticəsində hüquqları pozulmuş şəxslər şərəf və ləyaqətlərinin qorunması və vurulan zərərin
ödənilməsi iddiası ilə müvafiq məhkəməyə müraciət edə bilərlər.