100
17
Mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və
onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə
və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında Konvensiyanın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Milli Məclisi qərara alır:
1. 1970-ci il noyabrın 14-də Paris şəhərində imzalanmış «Mədəniyyət sərvətlərinin qanunsuz olaraq
gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilmə-
sinə və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında» Konvensiya təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 1997-ci il
№ 371-IQ
18
Reklam haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I F ə s i l
Ümumi müddəalar
Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra – əmtəə)
bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:
“reklam” –
fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq forma-
laşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək
göstərmək məqsədi ilə yayılan informasiya;
“sosial reklam” – qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlət-
çiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıq-
lanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı
barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğun-
laşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik
ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət
orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;
“yolverilməz reklam” – yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu
baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır;
“əksreklam” – yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır;
“reklam istehlakçısı” – nəticə etibarilə ona təsir edən, yaxud edə bilən reklam məlumatı nəzərinə çatdırılan
fiziki və ya hüquqi şəxsdir;
“reklam daşıyıcısı” – mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması
üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər
texniki qurğu və avadanlıqlar) istənilən vasitədir;
101
“reklam sifarişçisi” – reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi
olan fiziki və ya hüquqi şəxsdir;
“reklam istehsalçısı” reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir;
“reklam yayıcısı” – əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə
verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən (yayan) fiziki və ya hüquqi şəxsdir;
“reklam agentliyi” – hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks
xidmətlər göstərən
peşəkar təşkilat;
“sponsorluq” – könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsidir;
“oferta” – müqavilə bağlamaq niyyətində olan şəxsin bir və ya bir neçə konkret şəxsə ünvanlanan,
müqavilənin mühüm şərtləri göstərilən və bu şəxsin təklifinə cavab verən hər bir şəxslə onun müqavilə bağlamaq
iradəsində olduğunu göstərən təklifdir.
Maddə 2. Qanunun tətbiq sahəsi
1. Bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi
şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərə şamil edilir.
2. Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elan-
larına şamil edilmir.
Maddə 3. Reklam fəaliyyətinin subyektləri
İstehsalçı, əmtəə, xidmət, ideya, yeniliklər haqqında maraq formalaşdırmaq və ya marağı saxlamaq istiqa-
mətində məqsədyönlü fəaliyyət göstərən reklam sifarişçiləri, istehsalçıları və yayıcıları, reklam agentlikləri reklam
fəaliyyətinin subyektləridirlər.
Maddə 4. Reklam haqqında qanunvericilik
Azərbaycan Respublikasında reklam fəaliyyəti bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər
qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə
tutulduqda, beynəlxalq müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.
Maddə 5. Reklama müəlliflik hüququ
Reklam “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan
şərtlərlə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektidir və bu hüquqlar mövcud qanunvericiliyə uyğun olaraq qorunur.
I I F ə s i l
Reklama ümumi və xüsusi tələblər
Maddə 6. Reklama ümumi tələblər
1. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır.
Bazar subyektlərinin, əmtəənin, istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı,
əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam
üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir.
Əvvəlcədən müvafiq xəbərdarlıq etmədən, qeyri-reklam xarakterli kütləvi informasiya, kino və nəşr məhsul-
larında, konkret əmtəəyə, yaxud istehsalçıya, icraçıya və ya satıcıya maraq formalaşdırmaq və ya marağı saxlamaq
məqsədi ilə, reklam istehlakçısının diqqətini məqsədyönlü şəkildə cəlb edilməsinə yol verilmir. Bu materiallar
hissə-hissə yayıldıqda, reklam haqqında xəbərdarlıq da bu hissələrin sayına uyğun təkrar olunmalıdır.
Kütləvi informasiya vasitələrində reklam informasiya, redaksiya və ya müəllif materialı kimi dərc olunduqda,
yaxud yayıldıqda, ondan ötrü haqq alınmır.
2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehsalı və realizə olunması qadağan olunan əmtəənin
reklamına yol verilmir.
3. Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, reklamda lisenziyanın nömrəsi və bu
lisenziyanı verən təşkilatın adı göstərilməlidir.