104
Reklam yayıcıları xüsusi mülkiyyətdə olan
torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamını onların
mülkiyyətçisi (mülkiyyətçiləri) ilə bağlanılan müqavilə (bu maddənin 2-ci və 3-cü bəndlərində göstərilən tələblər
nəzərə alınmaqla) əsasında yerləşdirə bilərlər.
(Quvvədən düşüb)
Maddə 16. Nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın xüsusiyyətləri
1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavi-
lələr və müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir.
2. Poçt göndərişlərində reklamın yayımı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanının razılığı əsasında həyata keçirilə bilər.
Bu halda reklamın yayımına sərf olunan məbləğ icazə verən orqanın çəkdiyi xərcdən çox ola bilməz.
Göstərilən məbləğ bütövlükdə dövlət büdcəsinə daxil olmalıdır.
Maddə 17. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiyyətləri
1. Spirtli içkilərin bütün üsullarla reklamına aşağıdakı hallarda yol verilmir:
spirtli içkilərin içilməsi prosesinin nümayiş edilməsinə;
spirtli içkilərin içilməsinin ictimai, idman və şəxsi uğur qazanmaqda, yaxud fiziki və ya psixi halın
yaxşılaşmasında vacib rolu olması təəssüratının yaradılmasına;
spirtli içkidən imtina edənlərin gözdən salınmasına;
alkoqolun müsbət müalicəvi xassələri haqda məlumatın verilməsinə;
müəyyən məhsulun tərkibində alkoqolun çox olmasının bu məhsulun üstünlüyi kimi təqdim edilməsinə;
bilavasitə yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edildikdə, obraz kimi yeniyetmə və gənclər arasında
populyar olan şəxslərdən və idmançılardan, həmçinin 25 yaşadək istənilən şəxsdən istifadə edilməsinə;
spirtli içki reklamının radio, teleyayımlarda yayılmasına;
(Çıxarılıb)
spirtli içkinin qəzetlərin birinci səhifələrində, jurnalların titul səhifələrində reklam yayımına;
spirtli içkinin uşaq, təhsil, idman obyektlərində, ayin binalarda və tikililərdə, həmçinin onlardan 100 metrədək
məsafədə reklam yayımına;
(Çıxarılıb).
2. Tütün və tütün məmulatlarının reklamı qadağan edilir.
3. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, qanunvericilikdə müəyyən olunmuş qaydada
istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, habelə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına yol verilmir.
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı “Dərman vasitələri haqqında” Azərbaycan
Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həkim resepti olmadan buraxılan dərman
vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir.
4. Tərkibində narkotik vasitələr və psixotrop maddələr olan preparatların reklamına yol verilmir.
5. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan tibb vasitələrinin reklamına bu maddənin 3-cü bəndində göstə-
rilən tələblər nəzərə alınmaqla, habelə transplantasiyaya aid reklama yalnız tibb sahəsində ixtisaslaşmış mətbuat
orqanlarında yol verilir.
6. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi
və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam yayımına yol verilmir.
7. Bütün növ silahların, hərbi texnikanın reklamına (icazə verilmiş ov və idman silahları istisna olmaqla) yol
verilmir.
8. Reklam fəaliyyətində parnoqrafiyadan istifadə qadağandır.
9. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir:
süni qida məhsullarında körpələrin təsvir olunmasına;
qida formulları barədə məlumatların elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdən başqa digər
nəşrlərdə verilməsinə;
105
süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılmasına;
süni qida məhsullarının reklamında süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəv-
vürünün yaradılmasına və ya ana südünün üstünlüyünün qeyd olunmamasına;
süni qida məhsulları ilə bağlı məlumatların hamilə qadınlar və analar arasında yayılmasına.
10. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların rekla-
mına yol verilmir.
Maddə 18. Maliyyə, sığorta, investisiya xidmətləri və qiymətli kağızların reklamının xüsusiyyətləri
Maliyyə (o cümlədən bank), sığorta investisiya xidmətlərinin, hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin
istifadəsi ilə bağlı digər xidmətlərin, həmçinin qiymətli kağızların reklamının istehsalı, yerləşdirilməsi və
yayımında aşağıdakılara yol verilmir:
reklam olunan xidmət və ya qiymətli kağızlara birbaşa aid olmayan kəmiyyət xarakterli məlumatların yayıl-
masına;
qiymətli kağızların emissiya prospektləri qeyddən keçməmiş onların reklam edilməsinə;
adi səhmlərə əsaslanaraq dividendlər haqqında təminatlar verilməsinə;
reklamda müqavilə şərtləri göstərildikdə, bu şərtlərdən hər hansı birinin göstərilməməsinə.
Reklam yayımında istiqrazın, əmanətin, qiymətli kağızların və onların satışından əldə edilən həqiqi və ya gözlə-
niləsi gəlir. Həmçinin alışın şərtləri haqqında reklam istehlakçılarında yanlış təsəvvürün yaradılmasına yol verilmir.
Maddə 19. Sosial reklam
1. Sosial reklam ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Sosial reklamda
kommersiya təşkilatlarının, fərdi iş adamlarının adları, onların əmtəələrinin konkret markaları, yeni zamanda qeyri-
kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəənin markaları (modelləri,
artikulları) göstərilə bilməz.
2. Hüquqi və fiziki şəxslərin sosial reklamın istehsalı və yayımı sahəsində təmənnasız fəaliyyətləri, sosial
reklam istehsal etmək və yaymaq üçün digər hüquqi şəxslərə ödəmələri xeyriyyəçilik hesab edilir və qanun-
vericilikdə nəzərdə tutulan güzəştlərə malikdir.
3. Reklam yayıcıları – kütləvi informasiya təşkilatları – reklam sifarişçisi tərəfindən təqdim olunan sosial reklamın
yayımı üçün bu Qanunda nəzərdə tutulan efir vaxtının və reklam sahəsinin 5 faizi həcmində yer ayırmağa borcludurlar.
Reklam yayıcıları qeyri-kütləvi informasiya təşkilatlarının təqdim etdiyi illik xidmət qiymətinin 5 faizi qayə-
sində sosial reklamın yayımını təmin etməyə borcludurlar.
Reklam istehsalçısı özünün illik reklam istehsalının 5 faizi həcmində sosial reklamının istehsalına xidmət
göstərməyə borcludur. Əgər reklam sifarişçisi reklam yayıcısına sosial reklamın yayımının vaxt və forması şərt-
lərini bir aydan gec olmayaraq müvafiq qaydada öz müraciətilə bildirmişsə, həmin sifarişin reklam yayıcısı
tərəfindən təmin edilməsi zəruridir.
4. Sosial reklamın yerləşdirilməsinin və yayımının ödənişi müqavilə əsasında aparılır.
5. Sosial reklamın istehsalına, yerləşdirilməsinə, yayımına reklam istehsalçısı və reklam yayıcısı tərəfindən bu
maddənin 3-cü bəndinin şərtlərindən kənar hər hansı bir maneə yaradıldıqda qanunvericiliklə müəyyən edilmiş
qaydada məhkəməyə müraciət edilə bilər.
Sponsor və sponsorlanan müvafiq olaraq reklam sifarişçisi və reklam yayıcısı kimi, sponsor töhfəsi isə
reklamın haqqı kimi qəbul edilir.
Sponsorun sponsorlananın fəaliyyətinə müdaxilə etməyə haqqı yoxdur.
Maddə 21. Reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi
1. Yetkinlik yaşına çatmayanların müdafiəsini təmin etmək məqsədilə reklam istehsalına və yayımına
aşağıdakı hallarda yol verilmir:
reklamın istehsalında, yerləşdirilməsində və yayımında yetkinlik yaşına çatmayanların müdafiəsi məqsədilə
onların təcrübəsizliyindən, sadəlövhlüyündən sui-istifadə edilməsi;
valideynlərin və tərbiyəçilərin nüfuzdan salınması, onlara olan etibarın itirilməsi;
yetkinlik yaşına çatmayanların şüuruna təsir göstərməklə, onların öz valideynlərini və ya digər şəxsləri reklam
olunan əmtəənin alınmasına vadar etməsi;