95
göstərən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın
akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Azərbaycan Respublikasının müəlliflik hüquqları
sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş
əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir.
M a d d ə 4 2 . Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları
1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı
funksiyaları həyata keçirir:
1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;
2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;
3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü
bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi) istifadəçilərlə qonorarın məbləğlərini
razılaşdırır;
4) lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır;
5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında
bölüşdürür və ödəyir;
6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;
7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri
həyata keçirir.
2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən
istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və
digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır.
M a d d ə 4 3 . Ödəmək hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri
1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:
1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahib-
lərinə ödəmək; bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənil-
məsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların
sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği
çıxmaq hüququ vardır;
2) yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli
hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;
3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından
istifadə barədə məlumat vermək;
4) Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəmək.
2. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərin-
dən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci bəndinin 4-cü yarımbəndi) yığmaq səlahiyyəti verməmiş
müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu
təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb
etmək hüququ vardır.
3. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat Azərbaycan Respublikasının müəlliflik hüquqları
sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir:
1) nizamnamədə dəyişikliklərə, qonorarın məbləğinə və ayırmalara dair qərarlar haqqında;
2) təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr haqqında;
3) illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması haqqında;
4) bu təşkilatları təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında;
5) təşkilatın fəaliyyətinin bu Qanuna, başqa qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu
yoxlamaq üçün vacib olan digər sənədlər.
96
V B Ö L M Ə
MÜƏLLİFLİK HÜQUQUNUN VƏ ƏLAQƏLİ HÜQUQLARIN MÜDAFİƏSİ
M a d d ə 4 4 . Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi. Əsərlərin və ya fonoqramların
pirat nüsxələri
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq
təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb
olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır.
Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə
qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan
Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur.
3. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir:
a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiy-
yətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan
qaldırılmasına yönəldilmiş hərəkətlərə;
b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayıl-
masına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə,
yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi
müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə.
Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv
edilməsi də hüquq pozuntusu sayılır.
M a d d ə 4 5 . Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət
edə bilərlər.
2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiə-
nin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:
1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların
pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya
ödənilməsi;
3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə
qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların
müsadirə olunması;
4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə
olunması və ya məhv edilməsi.
3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və
ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə
qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin
çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq
pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə
(digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.
5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı,
ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi
qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.
M a d d ə 4 6 . Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı
1. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı
müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir.