93
2. İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının razılığı olmadan və qonorar verilmədən ifalardan,
fonoqramlardan və yayım təşkilatının verilişlərindən və onların yazılmalarından aşağıdakı hallarda istifadəyə yol verilir:
1) elmi, tədqiqat, polemika, tənqid və informasiya məqsədi ilə ifalardan, fonoqramlardan və yayım təşkilatının
verilişlərindən məqsədə lazım olan həcmdə qısa parçalar formasında sitat gətirilməsi;
2) müəyyən məqsəd üçün lazım olan həcmdə qısa parçalar formasında illüstrasiya xarakterli təlim, yaxud
elmi-tədqiqat məqsədi ilə istifadə;
3) ifalardan, fonoqramlardan və yayım təşkilatının verilişlərindən qısa parçaların cari hadisələr haqqında
icmala daxil edilməsi;
4) elm, ədəbiyyat və incəsənət əsərlərinin müəlliflərinin əmlak hüquqlarının məhdudlaşdırılmasına münasi-
bətdə bu Qanunun ikinci bölməsinin müddəaları ilə müəyyən edilmiş digər hallarda.
M a d d ə 3 7 . Kommersiya
məqsədi ilə buraxılmış fonoqramlardan istifadə
1. Kommersiya
məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı
olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir:
fonoqramın kütləvi ifasına;
fonoqramın efirlə kütləvi bildirişinə;
fonoqramın kabellə kütləvi bildirişinə.
2. Bu maddənin birinci bəndi ilə nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram
istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında
bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fono-
qram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür.
3. Qonorarın məbləği və ödənilməsi şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri
(assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında
bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə Azərbaycan Respublikasının müəlliflik
hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir.
M a d d ə 3 8 . Efir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifa-
də üçün yazılması
Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının
razılığı olmadan qısamüddətli istifadə üçün ifanı və ya verilişi yazmaq və həmin yazılmanın surətini çıxarmaq
hüququ vardır:
1) efir yayımı təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya
verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması;
2) efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli
istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması;
3) bu Qanunun 23-cü maddəsinin ikinci yarımbəndi ilə ədəbiyyat, elm və incəsənət əsərlərinin qısamüddətli
istifadə üçün yazılmaları barəsində nəzərdə tutulmuş şərtlərlə belə yazılmaların sonradan məhv edilməsi.
M a d d ə 3 9 . Əlaqəli hüquqların qüvvədə olma müddəti
1. İfaçının bu Qanunun 33-cü maddəsi ilə müəyyən olunmuş hüquqları ilk ifa edilən tarixdən 50 il müd-
dətində qüvvədə olur. İfaçının şəxsi hüquqları 29-cu maddədə nəzərdə tutulan qaydada müddətsiz qorunur. Fono-
qram istehsalçısının bu Qanunun 34-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqları fonoqramın ilk dəfə dərc edildiyi
tarixdən 50 il müddətində, əgər fonoqram həmin müddət ərzində dərc edilməmişdirsə, onun ilk yazılma tarixindən
50 il müddətində qüvvədə olur.
Efir yayımı (kabel televiziyası) təşkilatının bu Qanunun 35-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları həmin təşkilatın
verilişi birinci dəfə efir (kabel televiziyası) vasitəsi ilə həyata keçirdiyi tarixdən 50 il müddətində qüvvədə olur.
2. Bu maddədə nəzərdə tutulmuş müddətlərin hesablanması həmin müddətin əvvəli üçün əsas olan hüquqi
faktın baş verdiyi ildən sonrakı ilin yanvar ayının 1-dən başlayır.
İfaçının, fonoqram istehsalçısının, yayım təşkilatının bu bölmədə nəzərdə tutulmuş hüquqları vərəsələrə, hüqu-
qi şəxslərə münasibətdə isə hüquqi varislərə bu maddədə göstərilmiş müddətlərin qalan hissələri həddində keçir.
3. Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma
müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir.
94
I V B Ö L M Ə
MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ VƏ
İDARƏÇİLİYİ
M a d d ə 4 0 . Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasəti və idarəçiliyi
Müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:
1) elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində
fəaliyyətin həvəsləndirilməsi;
2) mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan
qanunvericilik bazasının yaradılması;
3) müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili;
4) beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının
qorunması.
Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqan-
ları səlahiyyətləri daxilində:
müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətini və idarəçiliyini həyata keçirir;
müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət edir;
müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və
bu sahədə əməkdaşlığı təşkil edir;
elm, ədəbiyyat və incəsənət əsərlərinin dövlət qeydiyyatını aparır;
əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatları müvafiq icra hakimiyyəti orqanından alın-
mış məlumatlara əsasən uçota alır və onların fəaliyyətinə nəzarət edir;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı
dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına hesabına maliyyələşdirilir.
M a d d ə 4 1 . Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların yaradılması
1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata
keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s.
yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən
şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət
qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir.
2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir
kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin
bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və
kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə
etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır.
Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir.
Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun
və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada
özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil
edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.
3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan
Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiy-
yatdan (akkreditasiyadan) keçirlər.
Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq
pozuntularının aradan qaldırılması barədə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət