Azərbaycan respublikasinin


Maddə 844. Sərnişinin başqa şəxslə əvəz edilməsi



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə24/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   20   21   22   23   24   25   26   27   ...   258

 

49

Maddə 844. Sərnişinin başqa şəxslə əvəz edilməsi 

Daşıma başlayanadək sərnişin gedişdə onun əvəzinə başqa  şəxsin (üçüncü şəxsin) iştirak etməsini xahiş edə 

bilər. Əgər üçüncü şəxs daşımanın xüsusi tələblərinə uyğun gəlmirsə və ya onun iştirakına qanuni göstərişlər mane 

olursa, daşıyıcı onun iştirakına etiraz edə bilər. Daşıyıcı  sərnişindən üçüncü şəxsin gedişi ilə  əlaqədar yaranmış 

əlavə xərclərin əvəzini ödəməyi tələb edə bilər. 



Maddə 845. Sərnişin daşınması müqaviləsinin daşıma başlayanadək ləğvi 

845.1. Daşıma başlayanadək istənilən vaxt sərnişin müqavilənin ləğv olunduğunu bəyan edə bilər. 

845.2. Müqavilənin ləğvi ilə daşıyıcı şərtləşdirilmiş haqqı almaq hüququnu itirir. Lakin o, ağlabatan kompen-

sasiya tələb edə bilər. Kompensasiyanın miqdarı daşıyıcının qənaət etdiyi xərclərin və gediş hüququnu başqa şəxsə 

satmaqdan əldə edə biləcəyi gəlirin dəyəri çıxılmaqla gedişin dəyəri ilə müəyyənləşdirilir. 

845.3. Adətən qənaət edilən xərclər və gedişin başqa şəxslərə satılması nəticəsində adətən əldə olunan mümkün 

gəlir nəzərə alınmaqla, müqavilədə hər nəqliyyat növü üçün kompensasiya kimi daşımanın dəyərindən faiz dərəcəsi 

müəyyənləşdirilə bilər. 



Maddə 846. Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti 

846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə  və  sərnişin 

nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir.  Əgər daşıma müqaviləsində xüsusi 

müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış 

şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. 

846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya 

bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 

846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 

846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib 

əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək. 

846.3.  Əgər müqavilə bu Məcəllənin 846.2.2-ci maddəsinə uyğun ləğv edilərsə, sərnişin özünü təhlükəyə 

məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər. Bu halda daşıyıcı daşımanın şərtləşdirilmiş 

dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Əgər göstərilmiş  nəqliyyat 

xidmətləri müqavilənin ləğvi nəticəsində sərnişin üçün maraq doğurmursa, daşıyıcı daşımanın qalıq dəyərini almaq 

hüququnu da itirir. 

846.4.  Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, 

sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. 

Maddə 847. Sərnişin daşınmaları zamanı qarşısıalınmaz qüvvə 

847.1.  Əgər daşıma müqaviləsinin bağlandığı  məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, 

nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq 

şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində 

daşıma xeyli çətinləşərsə, təhlükəyə  məruz qalarsa və ya pisləşərsə, müqavilə  həm daşıyıcı, həm də  sərnişin 

tərəfindən ləğv edilə bilər. 

847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat 

vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun 

qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə  xərcləri yarıbayarı  çəkirlər. 

Qalan əlavə xərcləri sərnişin çəkir. 



Maddə 848. Sərnişinin pretenziyalarının ödənilməsi 

Sərnişin bu Məcəllənin 846-cı maddəsinə  əsasən pretenziyaları daşıyıcıya müqavilədə  nəzərdə tutulan 

daşımanın qurtarmasından  ən geci bir ay keçənədək verməlidir. Müddət keçdikdən sonra sərnişin pretenziyaları 

yalnız həmin müddəti öz təqsiri olmadan gözləyə bilmədiyi halda verə bilər. Daşıyıcı  sərnişinin pretenziyalarını 

qəbul etmədikdə onlar daşımanın qurtarmasından altı ay keçənədək ödənilir, bir şərtlə ki, məhkəmə qaydasında 

bundan da tez ödənilmiş olmasın. 



Maddə 849. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması 

849.1.  Əgər daşıyıcının ayrı-ayrı  və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya 

beynəlxalq konvensiyalar tətbiq edilirsə  və bu göstərişlərə  və konvensiyalara görə  zərərin  əvəzinin ödənilməsi 

hüququ yalnız müəyyən  şərtlər və ya məhdudiyyətlər olduqda əmələ  gəlirsə  və ya həyata keçirilə bilirsə, yaxud 

müəyyən  şərtlər olduqda istisna edilirsə, daşıyıcı  sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə 

yetirdiyi halda istinad edə bilər. 




 

50

849.2. Bütün digər hallarda daşıyıcı sərnişinlə razılaşmaya əsasən öz məsuliyyətini daşımanın dəyərinin üç misli ilə 



məhdudlaşdıra bilər, bu şərtlə ki, sərnişinə zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmasın və ya sərnişin 

üçün yaranmış zərərə görə daşıyıcı yalnız onun xidmətində olmayan başqa şəxsin təqsiri nəticəsində məsuliyyət daşısın. 



 

* * * 

 

47-ci fəsil 

 

Turist xidmətlərinin göstərilməsi 

Maddə 862. Turist xidmətlərinin göstərilməsinə dair müqavilə 

862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu 

halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına 

şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 

862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin  əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə 

geriyə, səfərin başlandığı yerə  gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o 

halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 

862.2.1. qidalanma

862.2.2. mehmanxanalarda yerləşdirmə; 

862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. 

862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. 

Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 

862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri 

müvafiq surətdə tətbiq olunur. 



Maddə 863. Turist səfərinin həyata keçirilməsi və qüsurlara görə təşkilatçının məsuliyyəti 

863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və 

turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna 

edən və ya azaldan qüsurları olmasın. 

863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü 

maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti 

düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək 

mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının 

xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur. 

 

 

8              

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ

 

(Çıxarış) 

 

* * * 

9-cu fəsil 

 

CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ 

 

Maddə 42 Cəzanın növləri 

42.0. Cəzanın növləri aşağıdakılardır: 

42.0.1. cərimə; 

42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə

42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; 

42.0.4. ictimai işlər; 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə