Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə21/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   17   18   19   20   21   22   23   24   ...   258

 

43

685.4.1. bu Məcəllənin 685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak kirayəsi haqqının ödənilməmiş his-



səsi yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış otağı 

yalnız müvəqqəti istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq edilmir); 

685.4.2. əgər əmlak kirayəsi haqqının vaxtında ödənilməməsi nəticəsində otaqdan çıxarma hüququ haqqında və 

kirayəyə verənin bu Məcəlləyə uyğun icra edilməli digər hüquqları haqqında iş icraata qəbul edildikdən sonra bir 

ay başa qurtaranadək kirayəyə verən təmin edilərsə və ya onu təmin etmək vəzifəsini hər hansı dövlət orqanı öz 

öhdəsinə götürərsə, müqavilənin ləğvinin qüvvəsi yoxdur; 

685.4.3. kirayəyə verənin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. 

Maddə 686. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsinə yol verilmədiyi hallar. 

Xəbərdarlıq müddəti gözlənilmədən müqavilənin ləğvi 

Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə 

hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq 

müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 



Maddə 687. Yaşayış otağının kirayəsi müqaviləsinin qanunda nəzərdə tutulan əsaslardan savayı, başqa 

əsaslarla dərhal ləğv edilməsinin qadağan olunması 

Yaşayış otağını kirayəyə verənə müqavilənin ləğvi müddətini gözləmədən müqaviləni qanunda göstərilən 

əsaslardan savayı, başqa əsaslarla ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi yoxdur. 

Maddə 688. Əmlak kirayəsi zamanı bron haqqı, beh, dəbbə pulu 

688.1. Kirayədə marağı olan hər hansı şəxsin gələcəkdə kirayə müqaviləsi bağlanması məqsədilə ödədiyi haqq 

(bron və ya ehtiyatda saxlama haqqı): 

688.1.1.  əgər kirayəyə verənə, onun müavinlərinə  və ya vasitəçilərinə ödənilmişdirsə, kirayə müqaviləsinin 

bağlandığı zaman əmlak kirayəsi haqqının hesabına daxil edilir. Əgər vasitəçi daşınmaz  əmlakla  əqdlər üzrə 

maklerdirsə, bron haqqı əvvəlcə maklerin dövlət tarifləri əsasında hesablanan muzdunun hesabına gedir və yalnız 

qalan hissə əmlak kirayəsi haqqının hesabına daxil edilir; 

688.1.2. əgər iki aylıq kirayə haqqının məbləğindən yüksəkdirsə, kirayədə marağı olan şəxs tərəfindən istənilən 

vaxt geri tələb edilə bilər; 

688.1.3.  əgər kirayə müqaviləsi kirayədə marağı olan şəxsin təqsiri olmadan bağlanmazsa və ya kirayə 

müqaviləsinə zidd olaraq kirayəçinin  əşyaya sahibliyə başlaması imkanı  təmin edilməzsə, kirayədə marağı olan 

şəxs tərəfindən istənilən vaxt tamamilə geri tələb edilə bilər. 

688.2. Əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat 

bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə 

verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan 

faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir. 

688.3. Yaşayış otaqlarının kirayəsi halında kirayəçinin ziyanına olaraq bu Məcəllənin 688.1 və 688.2-ci 

maddələrinin tələblərindən kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. 

688.4. Yaşayış otağını kirayəyə verənin kirayəçidən dəbbə pulu ödənilməsi barədə öhdəlik almasına əsas verən 

razılaşmanın qüvvəsi yoxdur. 



Maddə 689. Kirayə müddəti 

689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 

689.2.  Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən 

iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 



Maddə 690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu 

690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 

690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 

690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə 

etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. 

Maddə 691. Əmlak kirayəsi müqaviləsinin ləğv edilməsi müddətləri 

691.1. Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış  gəmilərin kirayəsi müqaviləsi üzrə 

hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 

691.1.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu 

üçün qüvvəyə minməklə hər hansı gün verildikdə; 



 

44

691.1.2.  əmlak kirayəsi haqqı  həftələr üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti bazar 



gününün sonu üçün qüvvəyə minməklə həftənin birinci iş günü verildikdə; 

691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair 

bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. 

691.2. Yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda 

yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim 

ayının birinci iş günü verilsin. 

691.3. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində 

göstərilmiş  və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik  əşya verildikdən üç, altı  və doqquz il 

sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi 

üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli 

olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların qüvvəsi yoxdur. 

691.4. Daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 

691.4.1. əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu 

üçün qüvvəyə minməklə istənilən gün verildikdə; 

691.4.2. əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş 

kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə. 



Maddə 692. Yaşayış otağının kirayəsi müqaviləsinə xitam verilməsi şərtləri 

692.1. Kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək  şərti ilə yaşayış otağının 

kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam 

verilməsində onun əsaslı marağı olsun. 

692.2. Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 

692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 

692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; 

692.2.3. kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi 

cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa 

şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə 

verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya 

həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir; 

692.2.4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla 

təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu 

otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını  tələb edə 

bilər.  Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı 

otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər. 

692.3. Kirayəyə verənin  əsaslı  mənafeləri kimi yalnız müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş  əsaslar 

qəbul edilir, bu şərtlə ki, onlar sonradan əmələ gəlməsin. 

692.4. Kirayəyə verən özünün yaşadığı  və  ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin 

kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərini bu Məcəllənin 692.1-ci maddədə  nəzərdə tutulan şərtlər 

olmadıqda da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə 

verənin özünün yaşadığı  mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq 

münasibətlərinə müvafiq surətdə tətbiq edilir. 

692.5. Torpaq sahəsinin kirayəsi haqqında qeyri-müəyyən müddətə bağlanmış müqavilə altı aylıq ləğvetmə 

müddəti gözlənilməklə təqvim ilinin sonu üçün ləğv edilə bilər. 

692.6. Əgər kirayə müqaviləsi 30 ildən çox müddətə bağlanmışsa, 30 ildən sonra kirayə müqaviləsi üzrə hüquq 

münasibətlərinin hər bir iştirakçısı qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə onun ləğvinə 

dair bildiriş verə bilər. Əgər müqavilə kirayəyə verənin və ya kirayəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğv-

etməyə yol verilmir. 

692.7. Kirayəçinin müdafiəsi üzrə digər hüquqlar dəyişilməz qalır. 

692.8. Bu Məcəllənin 692-ci maddəsində  nəzərdə tutulan qaydalardan kirayəçinin ziyanına olan kənara-

çıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. 

692.9. Bu Məcəllənin 692-ci maddəsinin göstərişləri aşağıdakıların kirayəsi haqqında müqavilə üzrə hüquq 

münasibətlərinə tətbiq edilmir: 

692.9.1. yalnız müvəqqəti istifadə üçün kirayəyə verilmiş yaşayış otağı; 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə