Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə19/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   15   16   17   18   19   20   21   22   ...   258

 

39

3. Torpaqdan müvəqqəti istifadə  qısamüddətli – on beş ilədək və uzunmüddətli -on beş ildən 99 ilədək 



müəyyən oluna bilər. 

4. Dövlət və  bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra 

hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 

Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. 

4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə  və 

təşkilatlara verilə bilər. 

 5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə isti-

fadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. 

Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması  həmin sahələrin 

mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. 

6. Torpaqların istifadəyə verilməsi qaydaları  və  şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanun-

vericiliyi ilə tənzimlənir. 

7. Torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respub-

likasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. 



Maddə 53. Torpaq sahəsi ilə bağlı öhdəliklər və məhdudiyyətlər  

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onlara 

dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər: 

– torpaq sahəsi istifadəyə verildikdə, onun icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi;  

– torpaq sahəsində müəyyən edilmiş qaydada razılaşdırılmış layihələr üzrə tikinti işlərinin və ya torpaq 

sahəsinin mənimsənilməsinin müəyyən edilmiş müddətlərdə başlanması və qurtarması;  

– təbiətqoruyucu tələblərə  əməl edilməsi, torpaq sahəsində heyvanlar aləminin qorunması, torpağın münbit 

qatının, nadir bitkilərin, təbiət, geoloji, tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması;  

– verilmiş (satılmış) torpaq sahəsindən ovçuluq, balıqçılıq və ya cır meyvələrin toplanması  məqsədləri üçün 

müəyyən edilmiş qaydada və müddətdə istifadəsinə icazə verilməsi;  

– vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının saxlanması;  

– qanunvericiliyə zidd olmayan digər öhdəliklər və məhdudiyyətlər.  

2. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan öhdəliklər və 

məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. 

3. Torpaq sahəsinə qoyulan öhdəliklər və  məhdudiyyətlər onun hüquqi statusuna daxil edilməklə, dövlət 

qeydiyyatından keçirilir. Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüquqları başqa şəxsə keçdikdə həmin 

öhdəliklər və məhdudiyyətlər saxlanılır. 

 

 

7             

 

AZƏRBAYCAN RES PUBLİKASININMÜLKİ MƏCƏLLƏSİ

 

 

(Çıxarış) 

 

* * * 

Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 

6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 

6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi

6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 

6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 

6.1.4. mülkiyyətin toxunulmazlığı; 

6.1.5. müqavilələr azadlığı;  

6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;[4] 

6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 

6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 




 

40

6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 



6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq 

əldə edir və  həyata keçirirlər. Onlar müqavilə  əsasında öz hüquq və  vəzifələrini müəyyənləşdirməkdə  və qanun-

vericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 

6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və  mənəviyyatının qorun-

ması, digər  şəxslərin hüquq və azadlıqlarının,  şərəfinin və  təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki 

hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 

6.4. Mallar, xidmətlər və maliyyə  vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində  sərbəst hərəkət edir. 

Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və  mədəniyyət 

sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq 

surətdə tətbiq edilə bilər. 



* * * 

Maddə 187. Dəfinə 

187.1. Dəfinə, yəni torpağa basdırılmış  və ya başqa üsulla gizlədilmiş pul və ya digər  əşya bunların mül-

kiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və 

s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda 

müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur. 

187.2. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı 

aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiy-

yətçisinə verilməlidir. 

187.3. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiy-

yətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni 

aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin 

razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür. 

187.4. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axta-

ran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir. 

187.5. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifə-

lərinə aid olan şəxslərə tətbiq edilmir. 



 

* * * 

Maddə 675. Əmlak kirayəsi müqaviləsi  

Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun 

üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 

Maddə 676. Kirayəyə verənin məsuliyyəti 

676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 

676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 

676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 

676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları  və ya iddiaları kirayəyə verilmiş  əşyanın müqavilədə  nəzərdə 

tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 

676.0.4. yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır 

ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi 

ilə bağlı olmasın. 

Maddə 677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri 

677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun 

gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 

677.1.1.  əgər müqaviləyə uyğunsuzluğu nəticəsində  əşya məhv olarsa və ya onun müqavilə üzrə müəy-

yənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödə-

məkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu 

olur. Yararlığın  əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kira-

yəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 

677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı  məqamda məlum olarsa və ya belə uyğun-

suzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ  gələrsə  və ya kirayəyə verən 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə