Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə15/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   11   12   13   14   15   16   17   18   ...   258

 

31

3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 



14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara; 

16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; 

hərbi qulluqçunun arvadına (ərinə); 

əlillərə; 

müharibə veteranlarına; 

Çernobıl AES-də  qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq 

sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə; 

yaşı on səkkizdən aşağı olan işçilərə; 

işləməklə yanaşı təhsil alan şəxslərə; 

bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə. 

4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və 

doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. 

M a d d ə   1 3 4 .  Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası 

1.  Əmək məzuniyyətlərinin verilmə vaxtı  işəgötürənin və  işçinin təşəbbüsü ilə  əsaslandırılmaqla onların 

qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. 

2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutu-

lan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. 

3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: 

a) əmək qabiliyyəti müvəqqəti itirildikdə; 

b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə; 

c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə; 

4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, 

xidmətlərin normal gedişinə  xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və  işçinin razılığı ilə  əmək 

məzuniyyəti başqa vaxta keçirilə bilər. 

5. Tərəflərin qarşılıqlı razılığı ilə  əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək 

məzuniyyəti ilə birləşdirilə bilər. 

M a d d ə   1 3 5 .  Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi  

1. Bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.  

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) 

üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 

M a d d ə   1 3 6 .  Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası 

1. Bu Məcəllənin 114-cü maddəsində  nəzərdə tutulmuş  əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə 

müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. 

2.  İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində  nəzərdə tutulmuş iki və daha çox əlavə 

məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. 

M a d d ə   1 3 7 .  Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası 

1.  Əmək məzuniyyəti işçinin arzusu və  işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, 

məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir 

hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim 

ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. 

2. Müstəsna hallarda – istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz 

işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə  məzuniyyətdən geri 

çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. 

3.  Əmək məzuniyyətindən geri çağırılan işçiyə  tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən  əməkhaqqı 

hesablanır və  işləndiyi məzuniyyət günlərinin  əvəzində ödənişsiz  əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə 

başladığı gündən etibarən işçiyə  əmək haqqı hesablanır, istifadə edilməmiş  məzuniyyət günlərinə düşən məzuniyyət 

pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək 

bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. 

4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər. 



 

32

M a d d ə   1 3 8 .   Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması 



1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin  ərizəsi  əsasında işəgötürənin  əmri (sərəncamı, qərarı) ilə 

rəsmiləşdirilir.  Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı  və soyadı  vəzifəsi (peşəsi), verilən məzu-

niyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra 

işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. 

2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir 

və işçi onunla tanış edilir. 

3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin 

verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin 

(sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkan-

larına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. 

4.  Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması  məqsədi ilə  məzuniyyətlərin uçotu 

işçilərin iş illəri üzrə aparılmalıdır. 

 

*   *   *  



 

İ y i r m i   ü ç ü n c ü   f ə s i l  

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası 

      M a d d ə   1 4 3 .  Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi 

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” 

və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqa-

viləsinə xitam verilərkən işçinin arzusu ilə  həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və  işdənçıxma tarixi 

məzuniyyətin son günü hesab edilir. 

2.  İşçi bu maddədə  nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu 

Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və  şərtlərlə istifadə edilməmiş  məzuniyyətə görə pul 

əvəzi ödənilir. 

M a d d ə   1 4 5 .  Məzuniyyətlərin verilməsi zamanı kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə 



tənzimlənən qaydalar 

İşəgötürən həmkarlar ittifaqları təşkilatı ilə birlikdə və ya öz mülahizəsilə vəsaiti hesabına məzuniyyətlərin bu 

Məcəllədə nəzərdə tutulmuş müddətlərindən az olmamaq şərti ilə başqa növ məzuniyyətlərin, onların müddətlərinin 

artırılmasını, məzuniyyətə gedərkən işçilərə müvafiq miqdarda sosial-məişət müavinətinin, sanatoriya-kurort müa-

licəsinin xərclərinin ödənilməsini və  məzuniyyətdən səmərəli istifadə etmək üçün məzuniyyət dövründə  işçilərin 

ayrı-ayrı kateqoriyalarına və ya kollektivin bütün üzvlərinə  əlavə maddi-məişət güzəştlərinin verilməsini, habelə 

digər tədbirlərin həyata keçirilməsini kollektiv müqavilələrdə və yaxud əmək müqaviləsində nəzərdə tuta bilər. 

 

 

6

                                       

AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİ

 

(Çıxarış) 

 

* * * 

 

IV fəsil 

 

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN TORPAQLARI 

 

Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi  

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 

 ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və 

qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;  




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə