Azərbaycan respublikasinin


Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə14/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   10   11   12   13   14   15   16   17   ...   258

 

29

M a d d ə   1 1 6 .  Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası 



1. Əmək stajından asılı olaraq işçilərə: 

beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü

on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü; 

on beş ildən çox əmək stajı olduqda – 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 

2.  Əmək stajına görə  əlavə  məzuniyyətin müddəti işçinin bir müəssisədə  işəgötürənlə  əmək müqaviləsi 

bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik 

işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində 

nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. 

3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 

121-ci maddələrində göstərilən işçilərə verilmir. 

M a d d ə   1 1 7 .  Uşaqlı qadınların əlavə məzuniyyətləri 

1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim 

günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim 

günü müddətində əlavə məzuniyyət verilir. 

2. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci 

hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. 

3. Bu maddə ilə müəyyən edilmiş  əlavə  məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan 

birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. 

4. Bu maddə ilə müəyyən edilmiş əlavə  məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində 

göstərilən işçilərə verilmir. 

M a d d ə   1 1 8 .  Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri 

1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir: 

a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər işçilərinə, 

tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, 

xormeysterlərə və başqa musiqi işçilərinə; 

b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa); 

c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara; 

ç) tədris müəssisələrinin tərbiyəçilərinə (məktəbyanı internat tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin 

təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; 

d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə; 

e) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi 

olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə; 

ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə. 

2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: 

a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi 

rəhbərlərinə, praktik psixoloqlara; 

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına; 

c) məktəbyanı internatların tərbiyəçilərinə; 

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə; 

d) məşqçi müəllimlərə; 

e) elmi tədqiqat müəssisələrinin, habelə ali məktəblərin elmi tədqiqat bölmələrinin elmlər namizədi elmi 

dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. 

M a d d ə   1 1 9 .  Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri 

1. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti – 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 

35 təqvim günündən az olmayaraq verilir. 

2.  Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən  əlillərə  və sağlamlıq imkanları 

məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 

M a d d ə   1 2 0 . Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti 

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və  ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, 

kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı  Qəhrəmanlarına, 1941-1945-ci illər 




 

30

müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak 



etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir  

M a d d ə   1 2 1 .  Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri 

Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə  əmək 

məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir. 

*   *   *  



İ y i r m i   b i r i n c i   f ə s i l  

Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları 

      M a d d ə   1 3 1 .  Əmək məzuniyyətinin verilməsi qaydası 

1.  İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı 

andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 

2.  İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək  əmək məzuniyyəti  ərizəsi  əsasında işəgötürənlə 

razılaşdırıldığı vaxtda verilə bilər. 

3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda 

verilə bilər. 

4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı 

işçilərin istifadə etmək hüququ vardır: 

a) qadınların hamiləliyə və doğuşa görə – sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra

b) on səkkiz yaşına çatmamış işçilərin; 

c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin; 

ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin; 

d) hərbi qulluqçu arvadının (ərinin); 

e) təhsil müəssisələrində oxuyan şəxslərin – kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə 

edildiyi vaxtda; 

ə) əlillərin. 

5. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək 

məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir. 

6.  Əmək  şəraiti zərərli və  ağır olan işçilərə  həmin  əmək  şəraitinə görə  əlavə  məzuniyyət müvafiq istehsalatda, 

peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ 

həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir. 

Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər  

1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: 

a) iş yerinin və bu Məcəllədə  nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması  şərti ilə  işçinin işdən 

ayrıldığı dövr; 

b) qanunsuz və  əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə  əlaqədar işə  bərpa edilən işçilərin 

məcburi işburaxma dövrü

c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; 

ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və  məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində  işdən 

(vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa 

edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. 

2. Bu Məcəllənin 127-ci maddəsində  nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə 

azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən 

əmək stajına daxil edilmir. 

M a d d ə   1 3 3 .  Əmək məzuniyyətlərinin verilməsində növbəlilik 

1.  İstehsalın və  işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını  təmin etmək 

məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. 

2.  Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları  təşkilatının, o olmadıqda isə  işçinin rəyi 

öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə