Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə10/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   6   7   8   9   10   11   12   13   ...   258

 

21

 Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin 



istifadəyə verilməsi Azərbaycan  Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 

M a d d ə   4 1 .  Su obyektlərinin istifadəsinə antiinhisar tələblər  

 Su  obyektləri istifadəçilərinin inhisarçı  və haqsız rəqabətə yönəlmiş, başqa su obyektləri istifadəçilərinin, 

habelə digər fiziki və hüquqi  şəxslərin hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılması ilə nəticələnən və 

ya nəticələnə bilən fəaliyyəti qanunla qadağan edilir. 

 Müvafiq icra hakimiyyəti orqanlarına sudan istifadənin inhisarlaşmasına səbəb olan, ayrı-ayrı su obyektləri isti-

fadəçilərinin fəaliyyəti üçün  ayrı-seçkilik şəraiti yaradan və bununla da başqa su obyektləri istifadəçilərinin hüquqlarının 

və qanuni maraqlarının pozulması ilə nəticələnə  bilən qərarlar qəbul etmək və fəaliyyət göstərmək qadağan edilir. 

 Sudan  istifadə sahəsində inhisara gətirib çıxarmaqla başqa su obyektləri istifadəçilərinin hüquqlarının və 

qanuni maraqlarının  əsaslı  şəkildə  pozulması Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş 

sanksiyaların tətbiq edilməsinə səbəb olur. 

M a d d ə   4 2 . Su obyektlərindən istifadənin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi  

 Su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq ölkənin müdafiəsinin  və  təhlükəsizliyinin təmin edilməsi,  əhalinin sağlamlığının,  ətraf mühitin və tarixi-

mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və  maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, 

dayandırıla və qadağan edilə bilər. 

 Su  obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması  və ya qadağan edilməsi müvafiq icra 

hakimiyyəti orqanlarının  təqdimatına  əsasən bu Məcəlləyə  və Azərbaycan Respublikasının digər qanunvericilik 

aktlarına uyğun olaraq həyata keçirilir. 



 

* * * 


V I I   f ə s i l  

 

SU OBYEKTLƏRİNDƏN ƏHALİNİN İÇMƏLİ SU, MƏİŞƏT, 

 MÜALİCƏ-KURORT, SAĞLAMLAŞDIRMA, İSTİRAHƏT VƏ İDMAN  

MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ 

M a d d ə   4 7 .  Əhalinin içməli su və məişət ehtiyacları üçün verilən su obyektləri  

 Suyunun keyfiyyəti müəyyən edilmiş sanitariya normalarına və dövlət standartlarına uyğun olan su obyektləri 

əhalinin içməli su və məişət  ehtiyaclarını ödəmək üçün verilir. 

 Əhalinin içməli su təchizatı, bir qayda olaraq, mərkəzləşdirilmiş su kəməri qurğuları vasitəsi ilə həyata keçirilir. 

 Su kəməri olmadıqda əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi bilavasitə çayların, su quyularının, 

kəhrizlərin, bulaqların və    digər su mənbələrinin suyundan yalnız qanunvericiliklə müəyyən edilmiş sanitariya 

normalarına uyğun olaraq istifadə edilə bilər. 

 Əhalinin içməli su və  məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su 

mənbələri qanunvericiliyə uyğun  olaraq, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən 

müəyyən edilir. 

M a d d ə   4 8 .  İçməli suların başqa məqsədlər üçün istifadə edilməsinin məhdudlaşdırılması  

 İçməli sulardan, bir qayda olaraq, içməli su və məişət ehtiyacları ilə əlaqədar olmayan məqsədlər üçün istifadə 

edilməsinə yol verilmir. 

 Kifayət qədər yerüstü su mənbələri olmayan və içməli yeraltı su ehtiyatları çox olan regionlarda həmin sular-

dan başqa məqsədlər üçün  müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə istifadə edilə bilər. 

M a d d ə   4 9 .  Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən istifadə  

 Azərbaycan Respublikası  ərazisində yerləşən və  təbii müalicəvi xüsusiyyətlərə malik olan su obyektləri 

müvafiq icra hakimiyyəti orqanının  qərarı ilə müalicə obyektləri kateqoriyasına aid edilir. 

 Müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən birinci növbədə müalicə və kurort məqsədləri 

üçün istifadə edilir. 

 Müstəsna hallarda müalicə obyektləri kateqoriyasına aid edilmiş su obyektlərindən başqa məqsədlər üçün 

istifadə edilməsinə müvafiq icra  hakimiyyəti orqanlarının razılığı ilə icazə verilə bilər. 

 Müalicə obyektləri kateqoriyasına aid edilən su obyektlərinə tullantı sularının axıdılmasına yol verilmir. 




 

22

M a d d ə   5 0 .  Su obyektlərindən istirahət və idman məqsədləri üçün istifadə  



 Bu  Məcəllənin 36-cı maddəsinin tələblərinə riayət etməklə, icazə almadan ümumi istifadədə olan su 

obyektlərindən istirahət və  idman üçün istifadə edilməsinə yol verilir. 

 Kütləvi istirahətin təşkilinin təmin olunması və idman sahələrinin ehtiyaclarının ödənilməsi üçün su obyektləri 

bütövlükdə və ya qismən  ayrıca istifadəyə verilə bilər. 

 İstirahət və idman üçün su obyektlərindən istifadə bu Məcəllənin 36-cı və 37-ci maddələrində nəzərdə tutulan 

hallarda və qaydada qadağan  edilə və məhdudlaşdırıla bilər. 

 Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq 

edilmiş Əsasnamə ilə  müəyyən edilir. 

* * * 

M a d d ə   6 1 .  Yeraltı sulardan texniki təchizat və digər istehsal ehtiyacları üçün istifadə  



 İçməli su və ya müalicə kateqoriyasına aid edilməmiş yeraltı sulardan texniki təchizat, sənaye məqsədləri, o 

cümlədən onların tərkibində olan  kimyəvi elementlərin çıxarılması, istilik enerjisi alınması  və digər məqsədlər 

üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən  olunmuş qaydada istifadə edilə bilər. 

* * * 


M a d d ə   7 4 .  Xüsusi qorunan su obyektləri  

 Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir. 

 Bu obyektlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada toxunulmaz elan edilir. 

 Xüsusi qorunan su obyektləri müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı  əsasında Azərbaycan 

Respublikasının qanunvericiliyinə  uyğun olaraq bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat 

fəaliyyətindən зıxarılır. 

 Xüsusi qorunan su obyektləri respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilir. 

 Xüsusi qorunan su obyektləri ayrıca təbii  ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş xüsusi qorunan  təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər. 

 Xüsusi qorunan su obyektlərinin aşağıdakı kateqoriyaları müəyyən edilir: 

 Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 

olan bölməsinin  sularının sahələri; 

 su – bataqlıq yerləri; 

 nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar; 

 su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları; 

 qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri; 

 meşələrlə, bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri.  

 Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

müəyyən edilmiş qaydada həyata  keзirilir. 

 Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər kateqoriyaları da 

nəzərdə tutula bilər.

 

 

 

4     

                  

AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ

 

(Çıxarış) 

  f ə s i l  

ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Əsas anlayışlar 

Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır: 

meşə – bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol 

və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə