Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə9/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   5   6   7   8   9   10   11   12   ...   258

 

19

kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər 



göstərilməsinə görə ödənişlər istisna edilir. 

Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə 

yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır. Göstərilən şəxslərin baqajlarında şəxsi istifadə 

üçün nəzərdə tutulmayan, gətirilməsi və ya aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan 

Respublikasının beynəlxalq müqavilələri ilə qadağan edilən, digər xüsusi qaydalarla tənzimlənən mallar olması 

haqqında kifayət qədər əsaslar olduqda, gömrük baxışı bu maddədə göstərilən şəxslərin və ya onların səlahiyyətli 

nümayəndələrinin iştirakı ilə həyata keçirilir. 

M a d d ə   1 9 8 .  Xarici dövlətin diplomatik nümayəndəliyinin inzibati-texniki heyətinin  əməkdaşları 



üçün gömrük güzəştləri 

Xarici dövlətin diplomatik nümayəndəliyinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə yaşayan 

ailə üzvləri (əgər həmin əməkdaşlar və onların ailə üzvləri daimi olaraq Azərbaycan Respublikasında yaşamırlarsa) 

gömrük ödənişlərindən azad edilməklə ilkin təsərrüfat ləvazimatı olan malları Azərbaycan Respublikası ərazisinə 

gətirə bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş  iş 

yerlərindən kənarda və ya iş vaxtlarından kənar vaxtda gömrük rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər 

göstərilməsinə görə ödənişlər istisna edilir. 

M a d d ə   1 9 9 .  Xarici dövlət nümayəndəliyinin diplomatik heyətinin üzvləri üçün gömrük güzəşt-



lərinin inzibati-texniki və xidmətçi heyətin əməkdaşlarına şamil edilməsi 

Xarici dövlətlə bağlanan xüsusi sazişə əsasən bu Məcəllədə xarici dövlət nümayəndəliyinin diplomatik heyəti 

üçün nəzərdə tutulan gömrük güzəştləri, hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə, bu nümayəndəliyin 

daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati-texniki və xidmətçi heyətinin  əməkdaşlarına və 

onların ailə üzvlərinə də şamil edilə bilər. 

M a d d ə   2 0 0 .  Xarici dövlətlərin konsulluq nümayəndəlikləri və onların heyət üzvləri üçün gömrük 



güzəştləri 

Xarici dövlətlərin konsulluq nümayəndəliklərinə, konsulluq nümayəndəliklərinin başçıları da daxil olmaqla 

konsulluğun vəzifəli  şəxslərinə  və konsulluq qulluqçularına, həmçinin onların ailə üzvlərinə xarici dövlətlərin 

diplomatik nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulan 

gömrük güzəştləri verilir. 

Xarici dövlətlə bağlanan xüsusi sazişə əsasən bu Məcəllədə xarici dövlət nümayəndəliyinin diplomatik heyəti 

üçün nəzərdə tutulan gömrük güzəştləri, hər bir dövlətlə ayrıca və qarşılıqlı olmaq şərti ilə, konsul nüma-

yəndəliyinin Azərbaycan Respublikasında daimi yaşamayan xidmətçi heyəti işçilərinə və onların ailə üzvlərinə də 

şamil edilə bilər. 

M a d d ə  201. Xarici dövlətlərin diplomatik poçtunun və konsul valizinin Azərbaycan Respublikasının 



gömrük sərhədindən keçirilməsi 

Xarici dövlətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən diplomatik poçtunu və konsul 

valizini (çantasını) açmaq və gecikdirmək olmaz. Konsul valizində bu maddənin üçüncü hisəsində göstərilməyən 

əşyaların olması haqqında kifayət qədər  əsaslar olduqda, Azərbaycan Respublikası gömrük orqanı Azərbaycan 

Respublikası gömrük orqanının vəzifəli  şəxslərinin iştirakı ilə  təmsil edilən xarici dövlətin səlahiyyətli  şəxsləri 

tərəfindən konsul valizinin açılmasını  tələb edə bilər. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə konsul 

valizi açılmadan göndərildiyi yerə qaytarılır. 

Diplomatik poçt və konsul valizi olan bütün yerlərdə onların xarakterini əks edən görünən xarici nişanları olmalıdır. 

Diplomatik poçt yalnız rəsmi istifadə üçün nəzərdə tutulan diplomatik sənədlərdən və mallardan, konsul valizi isə 

yalnız rəsmi yazışma və sənədlərdən, yaxud da yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş mallardan ibarət ola bilər. 

M a d d ə   2 0 2 .  Xarici diplomatik və konsulluq kuryerləri üçün gömrük güzəştləri 

Xarici diplomatik və konsulluq kuryerləri gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı olaraq 

azadetmə əsasında şəxsi istifadə üçün olan malları Azərbaycan Respublikasına gətirə və Azərbaycan Respublika-

sından apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş 

yerlərindən kənarda və ya iş vaxtlarından kənar vaxtda gömrük rəsmiləşdirilməsi və digər buna bənzər xidmətlər 

göstərilməsinə görə ödənişlər istisna edilir. 

M a d d ə   2 0 3 .  Xarici dövlətlərin nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri 

Dövlətlərarası danışıqlarda, beynəlxalq konfrans və müşavirələrdə  iştirak etmək üçün və ya digər rəsmi 

tapşırıqla Azərbaycan Respublikasına gələn xarici dövlət nümayəndələrinə, parlament və hökumət nümayəndə 

heyəti üzvlərinə, həmçinin qarşılıqlı prinsip əsasında xarici dövlətlərin nümayəndə heyəti  əməkdaşlarına bu 

Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri 

verilir. Bu güzəştlər onları müşayiət edən ailə üzvlərinə də şamil edilir. 




 

20

M a d d ə   2 0 4 . Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən diplomatik heyət üzvləri, konsul-



luqların vəzifəli şəxsləri, xarici dövlət nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri 

Azərbaycan Respublikasının  ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvlərinə  və 

konsulluqlarının vəzifəli şəxslərinə, bu şəxslərin ailə üzvlərinə, həmçinin bu Məcəllənin 203-cü maddəsində göstərilən 

şəxslərə bu Məcəllədə nümayəndəliklərin diplomatik heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri verilir. 

M a d d ə   2 0 5 .  Hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndə-

likləri, habelə bu təşkilat və nümayəndəliklərin şəxsi heyəti üçün gömrük güzəştləri 

Beynəlxalq hökumətlərarası  təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və 

nümayəndəliklərin  şəxsi heyəti və onların ailə üzvləri üçün gömrük güzəştləri Azərbaycan Respublikasının 

müvafiq beynəlxalq müqavilələri ilə müəyyən edilir.



 

 

 

3              

 

AZƏRBAYCAN RESPUBLİKASININ SU MƏCƏLLƏSİ

 

(Çıxarış) 

 

* * * 


M a d d ə   3 5 .  Su obyektlərindən istifadə növləri 

 Su obyektləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: 

içməli su və məişət təchizatı; 

müalicə,kurort və sağlamlaşdırma;  

istirahət və idman;  

sənaye, tikinti və energetika;  

kənd təsərrüfatı;   

meşə təsərrüfatı;    

hidroenergetika;  

nəqliyyat;    

balıqçılıq;  

ovçuluq;  

tullantı suların axıdılması; 

yanğından mühafizə və digər məqsədlər üçün.  

Su obyekti və ya onun bir hissəsi eyni zamanda bir və ya bir neçə məqsəd üçün istifadəyə verilə bilər. 

M a d d ə   3 8 .  Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə  

 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə 

əhalinin içməli su,  məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, 

energetika, nəqliyyat, balıqçılıq və digər  dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. 

 Su  obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları  tərəfindən 

müəyyən edilir. 

M a d d ə   3 9 .  Sudan istifadə limitləri  

 Sudan istifadə limitləri hər bir su obyektləri istifadəçisi və istehlakçısı üçün müəyyən edilmiş su obyektlərindən 

su ehtiyatlarının  götürülməsinin və ya su obyektlərinə tullantı suların axıdılmasının yol verilən həcmidir. 

 Sudan  istifadə limitlərinin hazırlanması  və  həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir. 

M a d d ə   4 0 .  Su obyektlərinin istifadəyə verilməsi qaydaları  

 Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. 

 Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin 

ayrılması şərti ilə Azərbaycan  Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir. 

 Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respub-

likasının yerin təki haqqında  qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə