Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə12/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   8   9   10   11   12   13   14   15   ...   258

 

25

* * *



 

 

V   f ə s i l  



 

MEŞƏLƏRİN VƏ MEŞƏ BİTKİLƏRİ İLƏ ÖRTÜLÜ OLMAYAN MEŞƏ FONDU TORPAQLARININ 

İSTİFADƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI VƏ BƏRPASI 

 

M a d d ə   4 8 .  Meşə fondundan istifadə növləri 



Meşə fondundan istifadə növləri aşağıdakılardır: 

oduncaq tədarükü; 

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları); 

meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə

gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yar-

paq, qarğı, qamış, gil və digərlərinin tədarükü və  yığılması, müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq 

edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə); 

elmi-tədqiqat məqsədləri üçün

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; 

ovçuluq təsərrüfatı. 

Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər. 

Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər. 

 

 

* * * 



 

M a d d ə   5 3 .  Fiziki şəxslərin meşələrdə olması 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı 

ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə 

sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak 

etmək hüququna malikdirlər. 

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli 

bitki və digər xammalın yığılması, tədarükü qadağandır. 

Fiziki  şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına  əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındı-

rılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına 

yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. 

Fiziki  şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə  və Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə tənzimlənir. 

Fiziki  şəxslərin meşədə olması  və meşə  sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə  və digər meşə  sərvətləri 

tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün 

müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. 

* * * 


M a d d ə   6 8 .  Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları 

Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir. 

Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı 

yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə 

üçün qırmalar və başqa qırmalar aparılır. 

Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər. 

Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq edilən qırma 

qaydaları (əsasnamə) üzrə aparılır. 




 

26

* * * 



 

M a d d ə   7 2 .  Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məq-



sədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları 

Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi 

həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən 

istifadəni məhdudlaşdırır və ya qadağan edir. 

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii 

landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına  əməl etmək  şərtilə abadlıq 

tədbirləri görə bilərlər. 

Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyac-

ları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. 

Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsər-

rüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən müəyyən edilir. 

M a d d ə   7 4 .  Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar və təbiət parkları 

Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını 

həyata keçirir. 

Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi, mühafizəsi, qorun-

ması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 



 

 

5

                              

AZƏRBAYCAN RESPUBLİKASININ  ƏMƏK MƏCƏLLƏSİ

 

 

(Çıxarış) 

 

* * *  



 

V BÖLMƏ 


 

İSTİRAHƏT VAXTI VƏ İŞÇİLƏRİN MƏZUNİYYƏT HÜQUQLARI 

 

O n   b e ş i n c i   f ə s i l  



İstirahət vaxtı 

M a d d ə   1 0 3 .  İstirahət və nahar üçün fasilə 

1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. 

2. Fasilənin verilməsi vaxtı  və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə  cədvəlləri və ya əmək 

müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edili- 

3.  Əmək  şəraitinin xarakterinə görə  işi dayandırmaqla fasilənin vaxtını  və davamiyyətini müəyyən etmək 

mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. 

4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş 

vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. 

5.  İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz 

mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. 

M a d d ə   1 0 4 .  İstirahət günləri 

1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası 

istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır.  




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə