Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə11/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   7   8   9   10   11   12   13   14   ...   258

 

23

meşə fondu sahələri – meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri; 



meşə münasibətləri – meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması  və  bərpası 

sahəsində münasibətlər; 



xüsusi qiymətli meşə massivləri – tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, 

məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri; 



yaşıllıq zonalarının meşələri – şəhərlərin və digər yaşayış  məntəqələrinin sərhədləri xaricində  və ya onlara 

yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən 

və əhalinin istirahəti üçün istifadə edilən meşələr; 

yabanı meyvə meşələri – meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat 

əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə  və  qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və  həmin 

cinslərin plantasiyaları; 

dövlət qoruyucu meşə zolaqları – xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu 

mühafizə funksiyalarını yerinə yetirən meşələr; 



qeyri-meşə torpaqları – meşə  təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə 

fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar; 



meşəbərpa qırması – meşələrin vəziyyətini yaxşılaşdırmaq və  təbii qoruyucu funksiyaları gücləndirmək 

məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma; 



aralıq istifadə üçün qırma – meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə  əlaqədar qırmalar, az 

qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi 

ilə əlaqədar olan digər qırmalar; 

relikt bitkilər – keçmiş geoloji dövrlərin florasından qalmış  və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir 

biosenozun tərkibinə daxil olan bitki növləri; 



arid bitkilər – buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri. 

 

*   *   *



 

I V   f ə s i l  

 

MEŞƏ TƏSƏRRÜFATININ TƏŞKİLİ 

M a d d ə   3 0 .  Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər 

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına 

zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir. 

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır: 

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlam-

laşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi; 

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə; 

meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, müha-

fizəsi və qorunması; 

meşə fondu torpaqlarından səmərəli istifadə; 

meşə  təsərrüfatı  işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin nailiyyətlərindən 

istifadə əsasında yüksəldilməsi

bioloji müxtəlifliyin saxlanılması; 

tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması. 

M a d d ə   3 1 .   Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi 

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. 

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci 

qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür: 

qoruq meşələri; 




 

24

kurort meşələri; 



xüsusi qiymətli meşə massivləri; 

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri; 

yabanı meyvə meşələri; 

dövlət qoruyucu meşə zolaqları; 

sair meşələr. 

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan 

mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və 

avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət 

kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir. 

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya 

keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən olunmuş qaydada 

meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir. 

 

* * * 


M a d d ə   4 3 .  Meşə quruluşu işləri və onun aparılması 

Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid 

elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir. 

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir: 

müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsər-

rüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi; 

topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması; 

meşələrin cins və yaş  tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və  kəmiyyət göstəricilərini 

müəyyən etməklə meşə fondunun inventarlaşdırılması; 

relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin 

aşkara çıxarılması; 

meşələrin bərpası  və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorun-

ması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə 

bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi; 

meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin 

əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə 

torpaqlarına keçirilməsi; 

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi; 

meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması  tədbirlərinin, həmçinin digər meşə  təsərrüfatı 

işlərinin həcminin müəyyən edilməsi; 

meşədən  əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları  tədarükü miqdarının, meşə fondundan ovçuluq 

təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması; 

meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət; 

digər meşə qoruyucu işləri. 

Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr 

ərzində meşə  təsərrüfatlarının aparılması  və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparıl-

masının  əsas müddəaları hazırlanır. Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 

müəyyən edilmiş qaydada təsdiq edilir və meşə  təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaş-

dırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır. 

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid 

sistem üzrə aparılır. 

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır. 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə