Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə13/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   9   10   11   12   13   14   15   16   ...   258

 

27

2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə 



cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi 

ilə tənzimlənir. 

3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla 

əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il 

ərzində istənilən vaxtda istifadə edilə bilər. 

M a d d ə   1 0 5 . Bayram günləri 

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: 

Yeni il bayramı (yanvarın 1 və 2-si); 

Qadınlar günü (martın 8-i); 

Faşizm üzərində qələbə günü (mayın 9-u); 

Respublika günü (mayın 28-i); 

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); 

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i); 

Konstitusiya günü (noyabrın 12-si); 

Milli Dirçəliş günü (noyabrın 17-si); 

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); 

Novruz bayramı – beş gün; 

Qurban bayramı – iki gün; 

Ramazan bayramı – iki gün. 

 

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli 



qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, 

Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir. 

3.  İş günü hesab edilməyən bayram günlərində  işçilərin işə  cəlb olunmasına yalnız bu Məcəllədə  nəzərdə 

tutulmuş müstəsna hallarda yol verilə bilər. 

4. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının 

sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur. 

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət 

günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 

6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti 

iş günü istirahət günü hesab edilir. 

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin 

ardıcıl olmasını  təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş  və ya istirahət 

günlərinin yeri dəyişdirilə bilər. 

 

O n   a l t ı n c ı   f ə s i l  



 

Məzuniyyət hüququ və onun təmin edilməsi 

      M a d d ə   1 1 0 .  İşçilərin məzuniyyət hüququ 

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu 

Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 

2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə 

etmək hüququ vardır. 

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.                        

M a d d ə   1 1 1 .   Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları 

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda 

orta  əmək haqqı saxlanılır, habelə  işəgötürənin təşəbbüsü ilə  əmək müqaviləsinin pozulması  və  işçinin intizam 

məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 

2.  Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə  məzuniyyətdə olan işçilər üçün əlavə  təminatların 

verilməsi nəzərdə tutula bilər. 

M a d d ə   1 1 2 .  Məzuniyyətin növləri 

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: 

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; 



 

28

b) sosial məzuniyyət; 



c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 

ç) ödənişsiz məzuniyyət. 

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. 

M a d d ə   1 1 3 .  Əmək məzuniyyəti və onun verildiyi iş ili 

1.  Əmək məzuniyyəti – işçinin normal istirahəti,  əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və 

möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə  nəzərdə 

tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 

2.  Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə  əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas 

məzuniyyətdən və istehsalın,  əməyin xarakterinə  və  əmək stajına görə, habelə  uşaqlı qadınlara verilən  əlavə 

məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti 

ilin həmin günü başa çatır.  Əgər işçinin iş ili onun əmək məzuniyyətinə  çıxmaq üçün müraciət etdiyi vaxtda 

başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir 

əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində  işçinin iki iş ilinə görə  məzuniyyət hüququ olduqda o, həmin 

təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. 

 

O n   y e d d i n c i   f ə s i l  



 

Əmək məzuniyyətlərinin müddətləri 

      M a d d ə   1 1 4 .  Əsas məzuniyyət və onun müddətləri 

1.  Əsas məzuniyyət işçinin  əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu 

maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. 

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 

3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: 

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; 

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən 

edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; 

c) xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə 

və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

ç) tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitab-

xanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə

d) elmi dərəcəsi olmayan elmi işçilərə; 

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara. 

4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti 

tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları 

vəzifəyə uyğun olaraq verilir. 

5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki 

təqvim günündən az olmayan müddətə verilir. 

6.  Əmək məzuniyyəti dövrünə  təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim 

günlərinə daxil edilmir və ödənilmir. 

M a d d ə   1 1 5 .   Əmək  şəraitinə  və  əmək funksiyasının xüsusiyyətlərinə görə  əlavə  məzuniyyətlərin 



müddətləri 

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni 

və fiziki gərginliklə bağlı olan işçilərə  əməyin  şəraitinə  və  əmək funksiyasının xüsusiyyətlərinə görə  əlavə 

məzuniyyətlər verilir. Əmək  şəraitinə  və  əmək funksiyasının xüsusiyyətlərinə görə  əlavə  məzuniyyətin müddəti 

6 təqvim günündən az olmamalıdır. 

2.  Əmək  şəraitinə  və  əmək funksiyasının xarakterinə görə  əlavə  məzuniyyət hüququ verən, zərərli və  ağır 

istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə