Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə16/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   12   13   14   15   16   17   18   19   ...   258

 

33

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, 



sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;  

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və 

bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri;  

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru 

kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, 

habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri;  

təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya

habelə  əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, 

sağlamlaşdırma, və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə  təbii müalicəvi xassəyə malik olan 

mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, 

arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; 

yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğu-

larının yerləşdiyi su obyektləri torpaqları;  

kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə  kənd təsərrüfatı binaları, 

tikililəri və qurğuları altındakı torpaq sahələri;  

hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;  

şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.  

Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. 

 

* * * 


Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə  

1. Yaşayış  məntəqələrinin torpaqlarından onların baş planlarına,  ərazinin planlaşdırılması  və tikintisi layihə-

lərinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, 

əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış 

məntəqələrinin torpaqlarından istifadənin  əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış plan-

laşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. 

3.  Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti 

aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. 

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri 

alınması qaydaları, habelə  həmin sahələrdən istifadə edilməsi  şərtləri bu Məcəllə ilə  və digər normativ-hüquqi 

aktlarla müəyyən edilir. 



Maddə 21. Şəhərətrafı zonaların torpaqları  

1. Şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma 

və  şəhər təsərrüfatının normal işləməsi ilə  əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə 

tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və  əhalinin istirahət yeri olan 

meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları 

ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. 

2.  Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə 

edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və  əhalinin 

istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır. 

3. Torpaq sahələri  şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr üzərində torpaq mülkiy-

yətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır. 

4.  Şəhərətrafı zonaların ayrılması, habelə bu zonalardakı torpaqlardan istifadə edilməsi qaydaları müvafiq 

normativ-hüquqi aktlarla müəyyən olunur. 

VI fəsil 

 

XÜSUSİ QORUNAN ƏRAZİLƏRİN TORPAQLARI 

 

Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi  

1. Xüsusi qorunan ərazilərin torpaqları – xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, turizm və 

rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə 



 

34

orqanları  tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə  və ya qismən çıxarılan və üzərində 



xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır. 

2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: 

 təbiəti mühafizə təyinatlı torpaqlar;  

 təbii qoruq təyinatlı torpaqlar;  

 sağlamlaşdırma təyinatlı torpaqlar;  

 turizm və rekreasiya təyinatlı torpaqlar; 

 tarix-mədəniyyət təyinatlı torpaqlar;  

3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları 

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 

Maddə 25. Təbiəti mühafizə təyinatlı torpaqlar  

1. Təbiəti mühafizə təyinatlı torpaqlara: 

yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının;  

kürü tökülməsi üçün mühafizə zolaqlarının;  

qoruyucu vəzifələri yerinə yetirən meşələrin;  

otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə əkmələrinin;  

təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir.  

2. Təbiəti mühafizə  təyinatlı torpaqlarda qanunvericiliklə onlar üçün müəyyən edilmiş hüquqi rejimə  əməl 

etməklə məhdud təsərrüfat fəaliyyətinə yol verilir. 

3. Çayların, göllərin, su anbarlarının, digər su təsərrüfatı obyektlərinin sərhədlərində, habelə təbiəti mühafizə təyi-

natlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli mühafizə zonaları müəyyən edilir. Torpaq mülkiyyətçilərinin, 

istifadəçilərinin və icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən torpaq sahələri geri alınmır. 

Həmin sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur. 

4. Təbiəti mühafizə təyinatlı torpaqları olan müəssisələr, idarələr və təşkilatlar həmin torpaq sahələrinin sərhəd-

lərində xüsusi xəbərdarlıq nişanları basdırmalıdırlar. 

Maddə 26. Təbii qoruq təyinatlı torpaqlar  

1. Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət abidə-

lərinin, təbii (milli) dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqları aiddir. 

2. Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi və  mədəni dəyərə malik olan təbiət obyektləri (tipik və 

nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri, canlı orqanizm qrupları  və s.) olan və qanun-

vericilikdə müəyyən edilmiş qaydada qoruq təşkilatlarına təhkim edilmiş torpaq sahələri nəzərdə tutulur. Qoruq 

torpaqları bu landşaft zonası üçün tipik və nadir olan təbii komplekslərin bütün komponentləri ilə birlikdə onların 

təbii vəziyyətinin qorunub saxlanması, orada baş verən proseslərin və  təzahürlərin təbii axarının və  təbiətin 

mühafizəsinin elmi əsaslarının öyrənilməsi üçün istifadəyə verilir. 

Qoruqların  ərazisində, eləcə  də onların  ətrafında müəyyən edilmiş mühafizə zonalarında qoruqların təbii 

komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii obyektlərin mühafizəsi üçün təhlükə törədən 

hər hansı fəaliyyət qadağan edilir. 

3. Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub saxlanılması, bərpası, artırılması, eləcə də landşaftların 

və kompleks bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin ümumi ekoloji tarazlığının qorunub saxlanması 

üçün nəzərdə tutulan torpaqlar aid edilir. 

4. Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə də elmi, mədəni və sağlamlaşdırma cəhətdən qiymətli 

abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) torpaq sahələri hesab edilir. 

5. Təbii qoruq təyinatlı torpaqlarda onların məqsədli təyinatına aid olmayan fəaliyyətlər qadağan edilir. Bu 

torpaqlar onlar üçün müəyyən edilmiş mühafizə rejiminə uyğun gəlmədikdə qanunvericilikdə  nəzərdə tutulmuş 

qaydada təsərrüfat istifadəsindən geri alınır. 

6. Milli parkların torpaqları, təbii və  mədəni landşaftları xüsusi ekoloji, tarixi və estetik dəyərə malik olan 

torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqlarına süni şəraitdə müxtəlif 

flora və fauna ehtiyatlarının saxlanılması, öyrənilməsi və artırılması, eləcə  də onlardan səmərəli elmi-mədəni və 

təsərrüfat fəaliyyəti üçün istifadəyə verilən torpaq sahələri aiddir. 



Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar  

1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə  işinin təşkili üçün istifadə 

edilən və ya edilə bilən,  əlverişli təbii müalicə amillərinə malik olan müalicə-sağlamlaşdırma yerlərinin və 

kurortların (çimərliklər, mineral su mənbələri, müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə