Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə18/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   14   15   16   17   18   19   20   21   ...   258

 

37

kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması;  



torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi;  

xüsusi təbiəti mühafizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və  sərhədlərinin müəyyən 

edilməsinin əsaslandırılması;  

şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin 

rəsmiləşdirilməsi;  

xüsusi təyinatlı geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin, torpaq, geobotanika, digər tədqiqatların və 

axtarışların aparılması;  

torpaqların inventarlaşdırılmasının aparılması, istifadəsiz, habelə  səmərəli və ya məqsədli təyinatına görə 

istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi;  

torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin 

aparılması;  

torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması;  

təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyasına dair işçi layihə-smeta sənəd-

lərinin hazırlanması;  

torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.  

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq 

mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra 

hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri 

isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. 

6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə 

tənzimlənir. 

* * * 

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ  

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: 

dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;  

dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika 

sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə  və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, 

mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;  

yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;  

meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);  

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;  

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik 

zolağının altında olan torpaqlar;  

təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə 

üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; 

dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət 

sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;  

dövlət müəssisə, idarə  və  təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi 

layihələşdirilmiş torpaqlar;  

dövlət ehtiyat fondu torpaqları.  

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-

hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 

2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik 

zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq 

icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq 

istifadəyə  və ya icarəyə verilməsi barədə  qərar qəbul edilmiş  Xəzər dənizinin (gölünün) Azərbaycan Respub-

likasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra 

hakimiyyəti orqanının icazəsi  əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq  şərti ilə hasara alınma 

yolu ilə  və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin 

edilməsi ilə  əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə  həmin torpaq sahələrinə gediş-gəliş 




 

38

məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq 



edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin 

quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır.  

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz 

səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.  

Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ  

1. Torpaq üzərində  bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa 

uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa 

torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: 

ümumi istifadədə olan torpaqlara;  

hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;  

ehtiyat fondu torpaqlarına ayrılır.  

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin – 

küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və  təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, 

stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli 

su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və 

qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində  və icarəsində olan 

bələdiyyə torpaqları daxildir. 

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: 

yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;  

hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları;  

ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.  

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-

hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi 

sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriy-

yəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında 

vəsatət qaldırır. 

* * * 

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ  

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti 

istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. 

Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. 

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət 

və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: 

– dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına;  

– dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə;  

– həmkarlar ittifaqlarına və dini təşkilatlara;  

– dövlət  əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə  təbiəti mühafizə, 

təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə;  

– dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara;  

– dövlətin, bələdiyyənin və  əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan 

çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına.  

 Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli 

olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə