Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə22/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   18   19   20   21   22   23   24   25   ...   258

 

45

692.9.2. kirayəyə verənin özünün yaşadığı  və müxəlləfatla tam və ya əsasən təchiz etməli olduğu mənzilin 



hissəsi olan yaşayış otağı, bu şərtlə ki, yaşayış otağı uzunmüddətli istifadə üçün hansısa ailəyə verilmiş olmasın; 

692.9.3. tələbə və ya gənclər yataqxanasının bir hissəsi olan yaşayış otağı; 

692.9.4. əgər müqavilə bağlanarkən kirayəyə verən yaşayış otağının təyinatını kirayəçiyə göstərmişsə, kurort 

yerlərində və istirahət zonalarında yerləşən kurort evlərində və istirahət evlərində olan yaşayış otağı; 

692.9.5. hüquqi şəxsin mənzilə  kəskin ehtiyacı olan şəxslərə  və ya təhsil alan şəxslərə vermək üçün yerinə 

yetirdiyi vəzifələr çərçivəsində kirayələdiyi yaşayış otağı. 



Maddə 693. Yaşayış otaqlarının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş 

müqavilələrin qüvvəsinin davam etməsi 

693.1. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq 

münasibətlərində kirayəçi bu münasibətlərin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 

693.1.1. əgər müqavilənin ləğv olunduğu halda münasibətlərin davam etdirilməsini bu Məcəlləyə əsasən tələb 

etmək mümkündürsə.  Əgər kirayə müqaviləsi bağlanarkən kirayəçi kirayəyə verənin yaşayış otağını 

müəyyənləşdirilmiş müddətdə geri qaytarmasına  əsas verən halları bilirdisə, onda kirayəçinin xeyrinə yalnız 

müqavilə bağlandıqdan sonra baş vermiş hallar nəzərə alınır; 

693.1.2. əgər yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin müddəti bir ildən çoxdursa və 

hüquq münasibətlərinə xitam verilməsinə ən geci iki ay qalmış kirayəçi yazılı bildiriş əsasında kirayəyə verəndən 

bu münasibətlərin qeyri-müəyyən müddətə davam etdirilməsini tələb edirsə və münasibətlərə xitam verilməsində 

kirayəyə verənin əsaslı marağı yoxdursa. Kirayə hüquq münasibətlərinə xitam verilməsi haqqında kirayəyə verənin 

tələbinə bu Məcəllənin 692-ci maddəsi müvafiq surətdə tətbiq edilir. 

693.2. Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq 

münasibətləri aşağıdakı hallarda qeyri-müəyyən müddətə uzadılır: 

693.2.1.  əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə  və iki həftə  ərzində 

kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi 

üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə verən üçün bu davametmənin ona məlum olduğu andan 

başlanır; 

693.2.2. əgər ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə uyğun həyata keçirilmirsə. 

693.3. Yaşayış otağının kirayəsi haqqında təxirəsalıcı şərtlə bağlanmış müqavilə üzrə hüquq münasibətlərində 

hesab edilir ki, həmin şərt baş verdikdə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılır. Əgər həmin şərt baş 

verdikdə kirayəyə verən müqavilənin ləğvinə dair bildiriş verərsə və bu Məcəllənin 693.1-ci maddəsinə uyğun ola-

raq kirayəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb edərsə, onun xeyrinə yalnız kirayə müqaviləsi 

bağlandıqdan sonra baş vermiş hallar nəzərə alınmalıdır. 

693.4. Bu Məcəllənin 693.3-cü maddəsində  nəzərdə tutulan tələblərdən kirayəçinin ziyanına olan kənaraçıxmalar 

barəsində razılaşmanın yalnız yaşayış otağı müvəqqəti istifadə üçün kirayəyə verildikdə qüvvəsi vardır. 



Maddə 694. Xidməti mənzillərin kirayəsi müqavilələrinin ləğvi 

694.1. Yaşayış otağı xidməti münasibətlərin mövcudluğu nəzərə alınmaqla kirayəyə verildikdə kirayə müqaviləsi 

üzrə hüquq münasibətlərinin istənilən iştirakçısı xidməti münasibətlərə xitam verilənədək və ya xitam verildikdən bir 

ay sonra müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bu halda ləğvetmə onun bildirildiyi aydan sonrakı ayın axırında 

qüvvəyə minir. Əgər ləğvetməyə dair bildiriş həmin müddətdə verilməzsə, ümumi qaydalar tətbiq edilir. 

694.2. Ümumi qaydalar tətbiq edilərkən xidməti mənzilə hüququ olan şəxsin tələbləri də nəzərə alınmalıdır. 



Maddə 695. Kirayəçinin ölümünün nəticələri 

695.1. Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri,  əgər başqa kirayəçilər varsa, 

onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam 

etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş  xəbərdarlıq müddətlərini gözləməklə 

kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. 

695.2. Kirayəçinin öz arvadı (əri) və ya ailə üzvləri ilə yaşadığı yaşayış otağının kirayəsi haqqında müqavilə 

üzrə hüquq münasibətlərinə kirayəçinin öldüyü halda onun arvadı  (əri) və ya ailə üzvləri girirlər.  Əgər bu 

sonuncular kirayəçinin ölümü onlara məlum olduqdan sonra bir ay ərzində kirayəyə verənə kirayə hüquq müna-

sibətlərini davam etdirmək niyyətində olmadıqlarını bəyan edərlərsə, hesab edilir ki, onlar həmin hüquq münasi-

bətlərinə girməmişlər. Ailənin bir neçə üzvü olduqda onların hər biri öz əvəzinə bildiriş verə bilər. Ailənin bir neçə 

üzvü bu cür hüquq münasibətlərinə girdikdə onlar kirayə hüquq münasibətlərindən irəli gələn hüquqları yalnız 

birlikdə həyata keçirə bilərlər. Bu hüquq münasibətlərindən irəli gələn öhdəliklər üzrə onlar birgə borclular kimi 

məsuliyyət daşıyırlar. 



 

46

695.3. Kirayəçinin arvadı  (əri) və ya ailə üzvləri kirayə hüquq münasibətlərinə daxil olduqdan sonra kirayə-



çinin ölümündən əvvəl əmələ gəlmiş öhdəliklər üzrə vərəsə ilə yanaşı birgə borclular kimi məsuliyyət daşıyırlar. 

Arvad (ər) və ya ailə üzvləri ilə münasibətlərdə vərəsə məsuliyyəti tək daşıyır. 

695.4. Əgər kirayə hüquq münasibətlərinə girən vərəsə, arvad (ər) və ya ailə üzvü kirayə müqaviləsinin ləğvi 

üçün vacib əsaslar verirlərsə, kirayəyə verən qanunla müəyyənləşdirilmiş  xəbərdarlıq müddətlərini gözləməklə 

kirayə müqaviləsinin ləğvinə dair bildiriş verə bilər. 

695.5. Bu Məcəllənin 695-ci maddəsinin tələblərinə zidd olan razılaşmaların qüvvəsi yoxdur. 



Maddə 696. Yaşayış otağı kirayəçisinin şikayət vermək hüququ 

696.1. Əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam veril-

məsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə  gətirib çıxara bilərsə  və buna hətta kirayəyə verənin  əsaslı 

mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şika-

yət verə bilər və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb edə bilər. 

Ağır nəticələr  əvvəlki otağın  əvəzinə münasib yaşayış otağının məqbul  şərtlərlə verilməsinin mümkün olmadığı 

halda da baş verir. Kirayəyə verənin  əsaslı  mənafeləri nəzərə alınarkən yalnız ləğvetməyə dair bildirişdə göstə-

rilmiş əsaslar qəbul edilir, bu şərtlə ki, onlar sonradan yaranmış olmasın. 

696.2. Bu Məcəllənin 696.1-ci maddəsində  nəzərdə tutulan halda kirayəçi tələb edə bilər ki, hüquq 

münasibətləri bütün şərtlər nəzərə alınmaqla ağlabatan sayıla biləcək qədər davam etdirilsin. Əgər qüvvədə olan 

müqavilə  şərtlərinə müvafiq surətdə hüquq münasibətlərinin davam etdirilməsi kirayəyə verən üçün mümkün 

deyildirsə, kirayəçi yalnız onların ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilməsini tələb edə bilər. 

696.3.  Əgər razılıq  əldə edilmirsə, kirayə hüquq münasibətlərinin davam etdirilməsi və kirayə müddəti 

haqqında, habelə kirayənin davam etdirilməsi  şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir. Əgər 

kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmasına 

əsas verən şərtlərin nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün deyildirsə, kirayə hüquq münasibətlərinin 

qeyri-müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilə bilər. Əgər razılığa və ya məhkəmə qərarına əsasən 

kirayə hüquq münasibətlərinin müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə, kirayəçi münasibətlərin 

həmin müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə 

dəyişməsi  əsas versin və ya həmin münasibətlərin davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi üçün əsas 

götürüləcək və baş verməsi gözlənilən hallar baş verməsin. 

696.4. Aşağıdakı hallarda kirayəçi kirayə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz: 

696.4.1. əgər o, hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermişdirsə

696.4.2. əgər kirayəyə verənə müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləmədən hüquq münasibətlərini 

ləğv etmək hüququ verən hər hansı əsas varsa. 

696.5. Kirayəçinin ləğvetmədən şikayət vermək və kirayə hüquq münasibətlərini davam etdirmək niyyəti barəsində 

bildirişi yazılı formada tərtib edilməlidir. Kirayəyə verənin xahişi ilə kirayəçi etirazın əsaslarını ona dərhal bildirməlidir. 

696.6. Əgər kirayə hüquq münasibətlərinin başa çatmasına ən geci bir ay qalmış və ya şikayət vermək hüququ 

barəsində kirayəyə verənin izahını aldıqdan bir ay sonra kirayəçi ona öz etirazını bildirməzsə, kirayəyə verən kirayə 

hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. 

696.7. Bu Məcəllənin 696-cı maddəsinin tələblərinə zidd olan razılaşmaların qüvvəsi yoxdur. 

Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 

697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa 

borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları 

əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə 

verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 

697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytar-

mırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının 

verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, 

həmin  ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. 

Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən 

digər zərərin  əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların 

nəticəsində qaytarılmasın; zərərin  əvəzi yalnız həmin  şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir.  Əgər 

kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 

697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün 

qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 

697.4. Kirayəyə verənin kirayəyə verilmiş  əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində  zərərin  əvəzinin 

ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin  əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürül-



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə