Azərbaycan respublikasinin


Normatİv hüquqİ aktın konstİtusİyaya uyğunluğunun yoxlanılması barədə vəsatət üzrə İcraat



Yüklə 3,22 Mb.
səhifə36/37
tarix26.09.2017
ölçüsü3,22 Mb.
#1921
1   ...   29   30   31   32   33   34   35   36   37

Normatİv hüquqİ aktın konstİtusİyaya uyğunluğunun yoxlanılması barədə vəsatət üzrə İcraat


Maddə 455. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət vermək hüququ

455.1. Cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6 və 8-ci bəndləri ilə nəzərdə tutulmuş qaydada normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna vəsatət vermək hüququna malikdirlər.

455.2. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət aşağıdakı hallarda verilə bilər:

455.2.1. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılarkən cinayət prosesinin əvvəlki mərhələsində tətbiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına uyğun olmadıqda;

455.2.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə hökm və ya məhkəmənin digər yekun qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, tətbiq edilmiş normativ hüquqi aktın şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu güman etdikdə.

455.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət aşağıdakı qaydada verilə bilər:

455.3.1. bu Məcəllənin 455.1-ci maddəsində nəzərdə tutulmuş halda—birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına başlamamışdan əvvəl;

455.3.2. bu Məcəllənin 455.2-ci maddəsində nəzərdə tutulmuş halda—cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə yalnız kassasiya şikayətinə və ya kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasında baxıldıqdan sonra.

455.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması qaydası bu Məcəllənin müddəaları nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 456. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə dair tələblər

456.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət yazılı şəkildə verilməlidir.

456.2. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətdə aşağıdakılar göstərilməlidir:

456.2.1. vəsatətin verildiyi məhkəmənin adı;

456.2.2. vəsatət verən şəxsin adı, onun poçt və ya hüquqi ünvanı;

456.2.3. mübahisə edilən normativ hüquqi aktın adı və qəbul edildiyi tarix;

456.2.4. mübahisə edilən normativ hüquqi aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs;

456.2.5. mübahisə edilən normativ hüquqi aktın Konstitusiyada nəzərdə tutulmuş əsas hüquq və azadlıqları pozan konkret müddəalarının izahı;

456.2.6. vəsatətin məqsədi və dəlillərinin əsaslandırılması;

456.2.7. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş.

456.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə aşağıdakılar əlavə edilməlidir:

456.3.1. mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni;

456.3.2. müraciət etmiş şəxsin fikrincə, onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozan məhkəmənin hökm və ya qərarının (normativ hüquqi aktla eyni zamanda onlar barəsində mübahisə edildikdə) surəti;

456.3.3. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə yekun protokolunun surəti və vəsatətin əsaslı olduğunu təsdiq edən digər zəruri sənədlər.

456.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət cinayət prosesinin iştirakçısı və ya onun imzalamaq səlahiyyətinə malik olan nümayəndəsi tərəfindən imzalanır.

Maddə 457. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə dair birinci, apellyasiya və ya kassasiya məhkəməsinin hərəkətləri

457.1. Bu Məcəllənin 455.2.1-ci maddəsində nəzərdə tutulmuş halda birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatət aldıqda, aşağıdakı hərəkətləri yerinə yetirir:

457.1.1. vəsatətin bu Məcəllənin 456-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır;

457.1.2. mübahisə edilən normativ hüquqi aktın həmin cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı həqiqətən tətbiq edildiyini yoxlayır;

457.1.3. cinayət prosesində iştirakçısının vəsatəti tələblərə riayət etmədiyini və ya mübahisə edilən normativ hüquqi aktın tətbiq edilmədiyini müəyyən etdikdə vəsatətin rədd edilməsi haqqında qərar çıxarır;

457.1.4. cinayət prosesi iştirakçısının vəsatəti tələblərə riayət etdiyini və ya mübahisə edilən normativ hüquqi aktın tətbiq edildiyi müəyyən edildikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna həmin vəsatətin göndərilməsi və iş üzrə icraatın dayandırılması haqqında qərar çıxarır.

457.2. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə dair birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllədə göstərilən ümumi tələblərə uyğun olmalıdır.

457.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə dair birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin qərarının surətləri cinayət prosesin iştirakçılarının xahişi ilə onlara verilir.

457.4. Məhkəmənin normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və ya həmin vəsatətin rədd edilməsi haqqında qərarından şikayət verilə bilməz. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətdə göstərilən dəlillər apellyasiya və ya kassasiya şikayətində izah edilə bilər.

457.5. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat aşağıdakı hallarda təzələnir:

457.5.1. vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən rədd edildikdə—Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı məhkəməyə daxil olduqdan dərhal sonra;

457.5.2. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərildikdə—Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı (qərardadı) məhkəməyə daxil olduqdan dərhal sonra.

Maddə 458. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi ilə bağlı məsələlərə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən baxılması

458.1. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin qərarı ilə, habelə bu Məcəllənin 455.3.2-ci maddəsində nəzərdə tutulmuş halda bilavasitə cinayət prosesinin iştirakçısından əsasında normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə daxil olmuş vəsatət aşağıdakı hərəkətlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə verilir:

458.1.1. vəsatətdə bu Məcəllənin 456-cı maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin yoxlanılması;

458.1.2. mübahisə edilən normativ hüquqi aktın həmin cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı həqiqətən tətbiq edildiyinin yoxlanılması;

458.1.3. bu Məcəllənin 458.1.1 və 458.1-2-ci maddələrində göstərilən məsələlərə dair yazılı rəyin hazırlanması və həmin rəylə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında məruzəçi kimi çıxış etməsi.

458.2. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə vəsatətə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz iclasında vəsatətə dair məruzəçi hakimin rəyini dinləyərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə müdaxilə etmədən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq olunmuş normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərir.

458.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında vəsatətə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu maddədə göstərilmiş qaydalardan kənara çıxmağa və mübahisə edilən normativ hüquqi aktın Konstitusiyaya uyğunluğu, vəsatətin konstitusiya-hüquqi məzmunu barədə məsələlər üzrə müzakirələr açmağa və ya vəsatətdə qaldırılan məsələyə digər qaydada öz münasibətini bildirməyə haqlı deyildir.

458.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında vəsatətə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu tərəfindən vəsatətin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu gündən bir aydan gec olmayaraq baxılır.

458.5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.

458.6. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqqında vəsatətə baxılmasının nəticələri barədə yazılı surətdə vəsatət vermiş cinayət prosesinin iştirakçısına, habelə vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi barədə qərar çıxarmış məhkəməyə məlumat verilir.

Maddə 459. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi

459.1. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq edilmiş normativ hüquqi aktların hər hansı müddəalarına dair aşağıdakıları müəyyən etdikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərə bilər:

459.1.1. həmin normativ hüquqi aktların hər hansı şəxsin Konstitusiyada nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu;

459.1.2. həmin normativ hüquqi aktların müddəaları ilə daha yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları arasında ziddiyyət olduqda;

459.1.3. həmin normativ hüquqi aktların hər hansı müddəalarının rəsmi təfsirə ehtiyacı olduqda;

459.1.4. həmin normativ hüquqi aktların hər hansı müddəaları Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlərin bölüşdürülməsinə dair mübahisələr doğurduqda.

459.2. Bu Məcəllənin 459.1-ci maddəsində göstərilən hallarda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə məsələyə baxılması bu Məcəllənin 458-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 460. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edilməsinin hüquqi nəticələri

460.0. Normativ hüquqi aktın tam və ya qismən hüquqi qüvvəsini itirmiş hesab edilməsi, habelə Azərbaycan Respublikası Konstitusiyasının və ya qanunlarının təfsiri haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları aşağıdakılar üçün mütləq əsas təşkil edir:

460.0.1. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin icraatında olan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə müvafiq hökm və ya qərarın çıxarılması üçün;

460.0.2. qüvvəsini itirmiş və ya düzgün təfsir edilməmiş müvafiq normativ hüquqi aktın müddəası əsasında çıxarılmış birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin hökm və ya qərarlarının əlavə kassasiya qaydasında ləğv edilməsi üçün.


247 Bax: 156-cı istinad


248 Bax: 156-cı istinad


249 Bax: 156-cı istinad


250 Bax: 156-cı istinad


251 Bax: 156-cı istinad


252 Bax: 156-cı istinad


253 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 466.9-cu maddədə "şikayət" sözündən sonra "və ya protest" sözləri əlavə edilmişdir.


254 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə Məcəllənin 488-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 488. Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsi qaydasında prosessual və digər hərəkətlərin həyata keçirilməsi

488.1. Azərbaycan Respublikasının ərazisində hüquqi göstərilməsi prosessual və digər hərəkətlər yalnız Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi barədə müqaviləsi olan xarici dövlətlərin müvafiq orqanlarının rəsmi müraciəti olduqda aparıla bilər.

488.2. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi qaydasında prosessual və digər hərəkətlər bu Məcəllə, digər qanunlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına zidd olduqda, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.


255 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə Məcəllənin 489-cu maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 489. Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilməsinin ümumi şərtləri

489.1. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi qaydasında sorğu edən tərəfin qanun vericiliyinin tələbləri nəzərə alınmaqla, tərtib edilmiş prosessual sənədlər onlara xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının vəzifəli şəxsi tərəfindən imzalanmış və həmin orqanın gerbli möhürü ilə təsdiq edilmiş müvafiq hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciət əlavə edildikdə Azərbaycan Respublikasının cinayət təqibi orqanları tərəfindən icraata qәbul edilir.

489.2. Azərbaycan Respublikasının ərazisində hüquqi yardım göstərilərkən Azərbaycan Respublikasının dövlət dili və ya xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı ilə qarşılıqlı razılaşma əsasında digər dil istifadə edilir.

489.3. Xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı ilə bağlanmış razılaşmada digər qayda nəzərdə tutulmamışsa, qarşılıqlı anlaşmaqla Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi ilə bağlı bütün xərclər Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən ödənilir.


256 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə 490.1.7-ci maddədə "olan" sözündən sonra "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə nəzərdə tutulan" sözləri əlavə edilmişdir.


257 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə Məcəllənin 490.2-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

490.2. Cinayət törətmiş şəxsin verilməsi xahişi ilə rəsmi müraciət bu Məcəllənin 488 və 489-cu maddələrinin müddəaları nəzərə alınmaqla verilir.


258 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə Məcəllənin 491-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 491. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciətə baxılma qaydası

491.1. Azərbaycan Respublikasının ərazisində hüquqi yardımın göstәrilmәsi xahişi ilə rəsmi müraciətə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları əsasında baxılır.

491.2. Hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciətə baxılarkən və həmin müraciət icra edilərkən xarici dövlətin sorğu edən orqanının xahişi ilə həmin dövlətin qanunvericiliyi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadıqda tətbiq edilə bilər.

491.3. Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının hüquqi yardımın göstərilməsi barədə rəsmi müraciətə baxılmasına və icrasına səlahiyyəti olmadıqda o, həmin müraciəti Azərbaycan Respublikasının səlahiyyətli cinayət təqibi orqanına göndərir və bu barədə xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verir.

491.4. Hüquqi yardımın göstərilməsi barədə rəsmi müraciət və xahişin icrası ücün məhkəmənin sanksiyasının (qərarının) alınmasını tələb edən prosessual və digər hərəkətlərin aparılması zərurəti yarandıqda, Azərbaycan Respublikasının cinayət təqibi orqanları bu məcəllədə nəzərdə tutulmuş qaydada həmin məsələ ilə əlaqədar məhkəmə nəzarəti funksiyasını həyata keçirən Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət etməlidirlər.

491.5. Xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanının vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hüquqi yardımın göstərilməsi barədə xahişin icrasında iştirak edə bilərlər.

491.6. Hüquqi yardımın göstərilə bilmədiyi halda, Azərbaycan Respublikasının müvafiq cinayət təqibi orqanı xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanına xahişin icrasına mane olan hallar barədə məlumat verir.


259 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233) ilə Məcəllənin 492-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 492. Hüquqi yardımın göstərilməsindən barədə xahişin rədd edilməsi

492.1. Hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd ola biləcəyi, habelə Azərbaycan Respublikasının suverenliyinə və ya təhlükəsizliyinə xələl gətirə biləcəyi halda, həmin yardımın göstərilməsi rədd edilə bilər.

492.2. Hüquqi yardımın göstərilməsinin rədd edilməsi haqqında qәrarı Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının rəhbəri və ya Azərbaycan Respublikasının məhkəməsi qəbul edir. İmtinanın dəlilləri göstərilməklə, imtina barədə xarici dövlətin sorğu edən sәlahiyyәtli hakimiyyət orqanına məlumat verilməlidir.


260 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 506.0.4-cü maddədə "dəqiqsizlikləri" sözü "anlaşılmazlıqları" sözü ilə əvəz edilmişdir.


261 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607) ilə 507.5-ci maddədə "şəxsin" sözündən sonra "razılığı ilə onun" sözləri əlavə edilmişdir,
Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə