Azərbaycan respublikasinin


təqibinin həyata keçirilməsi və ya ondan



Yüklə 3,22 Mb.
səhifə33/37
tarix26.09.2017
ölçüsü3,22 Mb.
#1921
1   ...   29   30   31   32   33   34   35   36   37
təqibinin həyata keçirilməsi və ya ondan" sözləri "təqibindən" sözləri ilə əvəz edilmişdir.


KM 15 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərari (“Azərbaycan” qəzeti 13 mart 2008-ci il, № 56,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı №1/2008) ilə 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir.

2. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz.

3. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki:

dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır;

məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir.

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dövlət ittihamçısının məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüququnun və onun həyata keçirilməsi üsullarının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.




13 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 43.3-cü maddədən “39.1.5,” rəqəmləri çıxarılmışdır.


14 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 43.3-1-ci maddə əlavə edilmişdir.


15 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 43.4-cü maddə əlavə edilmişdir.


16 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 44.2.1-1-ci maddə əlavə edilmişdir.


17 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 49.4.1-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

49.4.1. xüsusi ittiham qaydasında təqib olunan hallar istisna olmaqla, bir-birinə qarşı cinayət törətmiş şəxslər barəsində ittihamlar üzrə;


18 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 8, maddə 598) ilə 53.1.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

53.1.6. cinayət təqibi üzrə tətbiq edilmiş normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması barədə vəsatət məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərildikdə.


19 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 53.1.7-cü maddə əlavə edilmişdir.


20 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 8, maddə 598) ilə 53.3.4-cü maddədə "bu məcəllənin 456-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən cinayət prosesi iştirakçılarından birinin vəsatəti" sözləri "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı" sözləri ilə əvəz edilmişdir.


21 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 53.3.5-cü maddə əlavə edilmişdir.


22 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 53.7-ci maddədə "əlaqədar" sözündən sonra "cinayət törətmiş şəxslərin müəyyən edildiyi" sözləri əlavə edilmişdir.

14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 53.7-ci maddədə "bəşəriyyət" sözü "insanlıq" sözü ilə əvəz edilmişdir.




23 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 66.0.3-cü maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilmişdir.


24 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 66.0.4-cü maddə çıxarılmışdır.


25 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 66.0.5 - 66.0.7-ci maddələr müvafiq olaraq 66.0.6 - 66.0.8-ci maddələr hesab edilsin və məcəlləyə 66.0.5-ci maddə əlavə edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 66.0.5-ci maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilmişdir.


26 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 66.0.7-ci maddədə "Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi" sözləri "apellyasiya məhkəmələri" sözləri ilə əvəz edilmişdir.


27 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 67.4-cü maddədə ismin müvafiq hallarında "fəaliyyət dairəsi" sözləri "yurisdiksıya" sözü ilə əvəz edilmişdir.


28 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 68.2-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 68.2-ci maddənin birinci cümlədə hər iki halda “və az ağır” sözləri “, az ağır, ağır və xüsusilə ağır” sözləri ilə əvəz edilmışdır və ikinci cümlə çıxarılmışdır.


29 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455 ) ilə 68.3-cü maddədən ", həmçinin bu Məcəllənin 68.2-ci maddəsində göstərilmiş işlər üzrə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

68.3. Hərbi məhkəmələr, həmçinin bu Məcəllənin 68.2-ci maddəsində göstərilmiş işlər üzrə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.


30 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 68.4-cü maddədə ismin müvafiq hallarında "fəaliyyət dairəsi" sözləri "yurisdiksıya" sözü ilə əvəz edilmişdir.


31 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 69-cu maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 69. Ağır cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin aidiyyəti


32 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 69.1-ci və 69.2-ci maddələrdə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “Ağır cinayətlər məhkəmələri” sözləri ilə əvəz edilmişdir.


33 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 69.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



69.3. Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməyə yalnız Məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər aiddir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 69.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsinə” sözləri “Hər bir ağır cinayətlər məhkəməsinə” sözləri ilə əvəz edilmişdir.


34 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 70.3-cü maddədə ismin müvafiq hallarında "fəaliyyət dairəsi" sözləri "yurisdiksıya" sözü ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 70-ci maddə çıxarılmışdır.


35 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 70-1-ci maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiada deyilirdi:



Maddə 70-1. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin aidiyyəti


36 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə Məcəlləyə 70-1-ci maddə əlavə edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 70-1.1-ci və 70-1.2-ci maddələrdə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi” sözləri ilə əvəz edilmişdir və 70-1.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə” sözləri ilə əvəz edilmişdir.


37 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 71.4-cü maddədə "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.
14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 71.5-ci maddədə "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.

16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 71-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti

71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müxtəlif cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə birinci, yaxud apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

71.2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyası birinci instansiya məhkəməsi qismində ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

71.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasına məhkəmənin fəaliyyət dairəsində baş vermiş cinayətlərlə bağlı işlər aiddir.

71.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət və inzibati xətalara dair kollegiyası apellyasiya instansiyası məhkəməsi qismində Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.

71.5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasının birinci instansiya məhkəməsi qismində çıxardığı hökmlərdən və ya qərarlardan apellyasiya şikayətləri, yaxud protestləri verilmişdirsə, onlara apellyasiya qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət və inzibati xətalara dair kollegiyasında baxıla bilməz.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 71.2.3-cü maddədə “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikası məhkəməsinin” sözləri “Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin” sözləri ilə əvəz edilmişdir.


38 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 72.2.3-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:

72.2.3. yurisdiksiyalarında baş vermiş cinayətlərlə bağlı işlər üzrə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin;

39 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 72-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 72. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin aidiyyəti

72.1. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

72.2. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

72.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla, Azərbaycan Respublikasının digər rayon (şəhər) məhkəmələrinin;

72.2.2. hərbi məhkəmələrin;

72.2.3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasının;

72.2.4. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin;

72.2.5. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 72.2.4-cü maddə çıxarılmışdır.


40 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 73.2-ci maddədə "kollegiyası" sözündən sonra "və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyası" sözləri əlavə edilmişdir.

14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 73.2-ci maddədə "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.


16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 73.2-ci maddədə "cinayət və inzibati xatalara dair işlər" sözləri "cinayət işləri üzrə" sözləri ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 73.2-ci maddədə “cinayət işləri üzrə kollegiyası və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyası” sözləri “cinayət kollegiyası və ya hərbi kollegiyası” sözləri ilə əvəz edilmişdir.



41 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 8, maddə 598) ilə 73.3-cü, 87.6.17-ci, 89.4.14-cü, 91.5.36-cı, 92.9.21-ci, 93.4.16-cı, 101.5.18-ci və 109.1.6-cı maddələrdə "yeni açılmış" sözlərindən əvvəl "hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və" sözləri əlavə edilmişdir.


42 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 74.1-ci maddədə ismin müvafiq hallarında "fəaliyyət dairəsi" sözləri "yurisdiksıya" sözü ilə əvəz edilmişdir.


43 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 74.5-ci maddədə “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə” və “Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində” sözləri müvafiq olaraq “ağır cinayətlər məhkəməsinə” və “ağır cinayətlər məhkəməsində” sözləri ilə əvəz edilmişdir.


44 10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 74.6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



74.6. Cinayət işlərindən biri Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə, digəri isə hərbi məhkəmələrə və ya rayon (şəhər) məhkəmələrinə, yaxud Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində baxılır.


45 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 74.7-ci və 74.8-ci maddələr müvafiq olaraq 74.8-ci və 74.9-cu maddələr hesab edilsin və məcəlləyə 74.7-ci maddə əlavə edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 74.7-ci maddənin birinci cümləsində “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə” sözləri ilə, “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində” sözləri “Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində” sözləri ilə əvəz edilmişdir, ikinci cümləsi çıxarılmışdır.


46 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 74.8-ci maddədə "məhkəmələrə (rayon (şəhər) məhkəmələrinə və ya hərbi məhkəmələrə)" sözləri "birinci instansiya məhkəmələrinə" sözləri ilə əvəz edilmişdir.


47 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə Məcəlləyə 74.8-ci maddə əlavə edilmişdir.


48 4 mart 2005-ci il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4 maddə 278) ilə Məcəlləyə 76.3-cü maddə əlavə edilmişdir.


49 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 78.3-cü maddədə "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasında" sözləri "Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirdikdə müvafiq hərbi məhkəmədə, " sözləri ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 78.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



78.3. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirdikdə müvafiq hərbi məhkəmədə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən ibarət kollegial tərkibdə baxılır.


50 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 78.5-ci maddədə "kollegiyasında" sözündən sonra "və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyasında" sözləri əlavə edilmişdir.

14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 78.5-ci maddədə "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilmişdir.


16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 78.5-ci maddədə "cinayət və inzibati xatalara dair işlər" sözləri "cinayət işləri üzrə" sözləri ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 78.5-ci maddədə “cinayət işləri üzrə kollegiyasında və ya hərbi məhkəmələrin işləri üzrə kollegiyasında” sözləri “cinayət kollegiyasında və ya hərbi kollegiyasında” sözləri ilə əvəz edilmişdir.


51 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 79.1-ci maddədə "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ağır cinayətlərə dair işlər üzrə kollegiyasında" sözləri "Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirdikdə müvafiq hərbi məhkəmədə, " sözləri ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 480) ilə 79.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



79.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsində, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirdikdə müvafiq hərbi məhkəmədə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının məhkəməsində və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində cinayət işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır.



52 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 84.5.20-ci maddədə "tədbirlər görmək" sözləri "tədbirlərin görülməsini təmin etmək" sözləri ilə əvəz edilmişdir.


53 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 84.6.11-ci maddədə "hökmdən" sözündən əvvəl "məhkəmələrdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları ilə tanış olmaq," sözləri əlavə edilmişdir.


54 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 85.6.4-cü maddədə "Məcəllənin" sözündən sonra "84.5.3," rəqəmləri əlavə edilmişdir.


55 28 oktyabr 2008-ci il tarixli 705-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 85.3-cü və 86.3-cü maddələrdə "hərəkətlərin qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır" sözləri "hərəkətləri qanuni və vaxtında aparmağa borcludur" sözləri ilə əvəz edilmişdir.


56 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 86.4.2-ci maddədə "(şəxsi müayinə)" sözlərindən sonra "üzləşdirmə, istintaq eksperimenti" sözləri əlavə edilmişdir.


57 10 iyun 2011-ci il tarixli 156-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 599) ilə 87.6.14-cü maddədə “apellyasiya və ya kassasiya” sözləri “apellyasiya, kassasiya və ya əlavə kassasiya” sözləri ilə əvəz edilmişdir.


58 Bax: 22-ci istinad


59 10 iyun 2011-ci il tarixli 156-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 iyul 2011-ci il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 599) ilə 89.4.12-ci maddədə “apellyasiya və kassasiya şikayəti” sözləri “apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti” sözləri ilə əvəz edilmişdir.


60 Bax: 22-ci istinad


61 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 91.2-ci maddədən "təqsirləndirilən şəxs kimi tanınır. O," sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

91.2. Anlaqsız vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs də təqsirləndirilən şəxs kimi tanınır. O, bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş əlavə və istisnalarla yanaşı, təqsirləndirilən şəxsin hüquqlarına malikdir və onun vəzifələrini daşıyır.


62 Bax: 22-ci istinad


63 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 92.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 92.3.14-cü və 92.3.15-ci maddələr əlavə edilmişdir.


64 Bax: 22-ci istinad


65 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 93.4.13-cü maddədə “şikayət” sözü “apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti” sözləri ilə əvəz edilmişdir.


66 Bax: 22-ci istinad


67 Bax: 22-ci istinad


68 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 104.1-ci maddədə "fəaliyyət qabiliyyəti olmayan, habelə yetkinlik yaşına çatmayan, lakin daha artıq yaşı olan" sözləri "habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan" sözləri ilə əvəz edilmişdir.


69 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 106-1-ci maddə əlavə edilmişdir.


70 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 107.4-cü maddədə “şərti maliyyə vahidi məbləğinin iki yüz misli miqdarında” sözləri “iki yüz iyirmi manat” sözləri ilə əvəz edilmişdir.


71 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 109.1-ci maddənin əvvəlinə aşağıdakı cümlə əlavə edilmişdir:

“Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır.

Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır."


72 Bax: 22-ci istinad


73 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)ilə Məcəllənin 109.1.8-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

109.1.8. hakimin cinayət təqibi ilə birbaşa və ya dolayı yollara maraqlı olmasına əsaslar olduqda, habelə onun qərəzsizliyinə şübhə olduğu digər hallarda.


74 16 iyun 2007-ci il 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 109.5-ci maddənin ikinci cümləsində "apellyasiya məhkəməsi" sözləri "apellyasiya instansiyası məhkəməsi" sözləri ilə əvəz edilmişdir.


75 1 oktyabr 2007-ci il 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 111.2.2-ci maddədə “qadınlar” sözündən sonra “, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilmişdir.



76 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 112.1-ci maddədə "hər hansı biri" sözlərindən sonra "(109.1.6-cı maddədə göstəriləndən başqa)" sözləri əlavə edilmişdir.


77 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 112.3-cü maddədə "hər hansı biri" sözlərindən sonra "(109.1.6-cı maddədə göstəriləndən başqa)" sözləri əlavə edilmişdir.


78 11 dekabr 2012-ci il tarixli 492-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 119.4-cü maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Hadisə nəticəsində ölmüş şəxsin yaxın qohumu onun hüquqi varisi olmaq istəyirsə, özünün zərər çəkmiş şəxs qismində tanınmasını tələb edə bilər.


79 30 sentyabr 2005-ci il tarixli 1022-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1079) ilə Məclləyə 137-1-ci maddə əlavə edilmişdir.


80 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 148.4-cü maddədə "edilməli," sözündən sonra "həbslə bağlı prokurorun təqdimatı olduqda isə" sözləri əlavə edilmişdir.


81 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə Məcəllədən 153.3.3-cü maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

153.3.3. tutulmanın kobud qanun pozuntusu ilə həyata keçirilməsi halı müəyyən edildikdə;


82 28 oktyabr 2008-ci il tarixli 705-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 153.4-cü maddədə "153.3.1-153.3.3-cü" rəqəmləri "153.3.1 və 153.3.2-ci" rəqəmləri ilə əvəz edilmişdir.


83 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 155.3.2-ci maddədə "ildən az" sözləri "ilədək" sözü ilə əvəz edilmişdir.


84 20 noyabr 2012-ci il tarixli 469-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 dekabr 2012-ci il, № 285, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289) ilə 155.6-cı maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



155.6. Qətimkan tədbirinin seçilməsinin hər bir halında, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində müvafiq olaraq şübhənin və ya ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.


85 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 156.3-cü maddədə "şəxsə" sözündən sonra "(axtarışda olan şəxs istisna edilməklə)" sözləri əlavə edilmişdir.


86 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 158.2-ci maddədən "şübhəli və ya" çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Şübhəli və ya təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:


87 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 158.2.4-cü maddə əlavə edilmişdir.


88 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) ilə 158.3-cü maddədən "şübhəli və ya" çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və ya təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.


89 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2011-ci il tarixli qərarı (“Respublika” qəzeti, 14 oktyabr 2002-ci il, № 221) ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.4-cü maddəsi 2012-ci il martın 1-dən qüvvədən düşmüşdür.


90 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəllənin 158.5-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

158.5. Birinci və apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işləri üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti aşağıdakılardan artıq ola bilməz:

158.5.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3(üç)ay;

158.5.2. az ağır cinayətlər üzrə — 5 (beş) ay;

158.5.3. ağır cinayətlər üzrə — 7 (yeddi) ay;

158.5.4. xüsusilə ağır cinayətlər üzrə — 9 (doqquz) ay.


91 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 159.6-cı maddədə "şikayət" sözündən sonra "və ya protest" sözü əlavə edilmişdir.


92 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 159.7-ci maddədə "hər bir halda" sözləri çıxarılsın, "son müddəti" sözlərindən sonra "bir qayda olaraq" sözləri əlavə edilmişdir.


93 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 159.8-ci maddə əlavə edilmişdir.


94 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə Məcəlləyə 159.9-cu maddə əlavə edilmişdir.


95 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 162.1.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

162.1.2. məhkəmə tərəfindən məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmənin çəkilməsi ilə, intizam hərbi hissəsində və ya həbsdə saxlanılma ilə bağlı olmadıqda;


96 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 163.5-ci maddənin ikinci cümləsində "seçilməsi" sözündən sonra "və ya bundan imtina edilməsi" sözləri əlavə edilmişdir.


97 28 oktyabr 2008-ci il tarixli 705-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 164.5.1-ci maddədə "şərti maliyyə vahidi məbləğinin beş min misli" sözləri "beş min manat" sözləri ilə əvəz edilmişdir.


98 28 oktyabr 2008-ci il tarixli 705-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 164.5.2-ci maddədə "şərti maliyyə vahidi məbləğinin on min misli" sözləri "on min manat" sözləri ilə əvəz edilmişdir.


99 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 166.2-ci maddədə “şərti maliyyə vahidi məbləğinin beş yüz misli miqdarında” sözləri “beş yüz əlli manat” sözləri ilə əvəz edilmişdir.


100 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 167.1-ci maddədə “şərti maliyyə vahidi məbləğinin min misli miqdarında” sözləri “min yüz manat” sözləri ilə əvəz edilmişdir.


101 14 iyun 2005-ci il 939-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 686) ilə 175.1-ci maddədə "daha ciddi qətimkan tədbiri" sözlərindən sonra "ilə" sözü, "halda" sözündən sonra "isə" sözü əlavə edilmişdir.


102 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160) ilə yeni məzmunda 177.3.8-ci və 177.4.5-ci maddələr əlavə edilmişdir.

103 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160) ilə 177.5-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

104 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 7, maddə 505) ilə 182-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə