Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə10/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
31
və alovlu təbliğatçısı, çağdaş dövrdə “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ide-
yasının və konsepsiyasının banisi və bu konsepsiyanı həyata keçirən əsas lider 
missiyasını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yerinə yetir-
mişdir. Ulu öndərin bu məsələyə münasibətdə tutduğu mövqe Onun aşağıdakı 
fikirlərində dəqiq şəkildə öz ifadəsini tapır: “Azərbaycanda, bütün Qafqaz regi-
onunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. 
Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz 
qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində 
yaşamaq istəyir” [3, s.106]. 
Təsadüfı deyildir ki, Gürcüstanın keçmiş prezidenti, zamanında SSRİ-nin xa-
rici işlər naziri kimi dünyanın siyasi mənzərəsinin müəyyənləşməsində aparıcı 
simalardan biri kimi çıxış etmiş Eduard Şevardnadze Heydər Əliyevin Qafqaz-
dakı sülh proseslərində rolu barədə demişdir: “Prezident Heydər Əliyev Qaf-
qazda  sülh  təşəbbüsünü  dəstəkləyən  ilk  dövlət  başçısıdır”  [10,  s.7].  Hazırda 
qloballaşan  və  qloballaşdıqca  da  terrordan,  separatçı  hərəkətlərdən,  etnik 
münaqişələrdən əziyyət çəkən narahat dünyamızın ən qaynar nöqtələrindən 
və strateji baxımdan ən əhəmiyyətli geosiyasi məkanlarından olan Qafqazda 
sülhün  bütün  mümkün  vasitələrdən  istifadə  edilərək  qorunması,  sülh  pro-
sesinin hər vasitə ilə inkişaf etdirilməsi nəticə etibarilə “Ümumdünya evi”nin 
təhlükəsizliyi,  ölkələrin  və  dövlətlərin  birgəyaşayışı,  əmin-amanlığı,  qarşılıqlı 
əməkdaşlığın iqtisadi və mədəni inteqrasiyası üçün böyük imkanların açılma-
sı Heydər Əliyevin bu istiqamətin inkişafına verdiyi tarixi töhfələrdir. Heydər 
Əliyev bütün bunlara Azərbaycan cəmiyyətinin ümumi missiyası kimi baxırdı 
və Ulu Öndərin cəmiyyətin sosial modelinin müəyyənləşməsində iştirak edən 
ictimai qruplara həssas münasibəti, onların ictimai həyatda iştirakına aydın ba-
xışı, insanlara təlqin etdiyi dəyərlər bütün cəmiyyət üzvlərinin bu ümumbəşəri 
ideyalar ətrafında birliyini təmin edirdi. 
Azərbaycan dilinin zənginləşməsində, istifadə miqyasının genişlənməsində, 
dövlət dili kimi statusunun möhkəmlənməsində də Heydər Əliyevin müstəsna 
xidmətləri  olmuşdur.  O,  natiqlik  məharəti,  dəqiq  məntiqi,  nurlu  zəkası, 
heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən bələdliyi ilə ana dilimi-
zin, nitq mədəniyyətimizin ən gözəl nümunələrini yaratmışdır. Hakimiyyətdə 
olduğu  bütün  zamanlarda  Azərbaycan  dilinə  üstünlük  verən, bu  dili  Avropa 
ölkələrinin və beynəlxalq təşkilatların rəsmi məclislərində səsləndirən, ölkədəki 
yüksək çinli məmurları Azərbaycan dilində danışmağa məcbur edən Heydər 
Əliyev  gənclərə  üz  tutaraq  Azərbaycan  dilinə  hörmətlə  yanaşmağı,  bu  dilin 
incəliklərini mənimsəməyi, bu dili duymağı, sevməyi onlara dönə-dönə tövsiyə 
edirdi. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 
2001-ci il 18 iyun tarixli Fərmanı, Prezident yanında Dövlət Dil Komissiyasının 
yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 
sentyabr tarixli qanunun qəbul edilməsi, 2001-ci il avqustun 1-dən ölkədə bü-
tün yazışma və nəşrlərin latın qrafikasına keçrilməsi o dövrdə dövlət başçısının 
ana dilimizə diqqət və qayğısının parlaq ifadəsi idi. Hətta Prezident Fərmanı 
ilə avqustun 1-i hər il “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
32 
edilir [12, s. 383]. Heydər Əliyev özünün və ölkənin ən çətin məqamlarında da 
milli dəyərlərə, mənəvi sərvətlərə həmişə diqqət və qayğı ilə yanaşır, yüksək 
səviyyəli əsərlərdən zövq almağı bacarırdı. Alimlər, sənət adamları, yazıçı və 
şairlər də Ulu Öndəri hər zaman sevgi və səmimiyyətlə qarşılayır, sevgi və eh-
tiramlarını gizlətmirdilər. 
Heydər Əliyev dinə də mədəniyyət hadisəsi kimi baxır, dünyəvi dövlət olan 
Azərbaycanda vicdan azadlığının təminatçısı kimi çıxış edir, ölkə vətəndaşlarının 
əksəriyyətinin  müqəddəs  inancı  olan  islamla  yanaşı,  Azərbaycandakı  digər 
dinlərin təmsilçilərinə də qayğı ilə yanaşırdı. 
Heydər Əliyev bu barədə demişdir: “Dünyada bir çox böyük dinlər mövcud-
dur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, 
eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, 
düşmənçilik  etməmişik,  ədavət  aparmamışıq  və  heç  bir  başqa  xalqı  da  öz 
dinimizə  itaət  etməyə  məcbur  etməmişik.  Ümumiyyətlə,  başqa  dinlərə  dö-
zümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam 
dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz 
əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini 
də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. He-
sab  edirik  ki,  insanlar  hansı  dinə,  hansı  mədəniyyətə  mənsubluğundan  asılı 
olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət 
etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü ol-
malıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. 
Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara 
son qoyulmalıdır”   [4, s.1, 4]. 
Bu  yanaşmadan  irəli  gələrək  1999-cu  ildən  etibarən  ümummilli  lider 
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr - Tolerantlıq Günü 
kimi  qeyd  edilməyə  başlandı.  Heydər  Əliyev  Azərbaycanda  mövcud  olan 
dini tolerantlığı yerində görmək və nəticə çıxarmaq üçün digər dinlərin ali 
rəhbərlərini  vaxtaşırı  ölkəyə  dəvət  edirdi.  Azərbaycanda  yüksək  tolerantlıq 
nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir 
çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş 
müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də bəyan edilmişdir. Belə 
ki,  Azərbaycanda  səfərdə  olan  Moskvanın  və  Bütün  Rusiyanın  sabiq  Patri-
arxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Pravoslav Kilsəsini 
müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-
ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryəmin Miladı 
Baş Kilsəsi də bərpa olunmuşdur. 
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinə 
bariz nümunə kimi Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 
may 2002-ci il tarixində Azərbaycana etdiyi tarixi səfərini də göstərmək olar. 
Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi 
qeyd etmişdir. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət 
göstərir.  Respublikanın  paytaxtında  layihəsi  Vatikan  ilə  razılaşdırılan  katolik 
kilsə inşa olunmuşdur. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə