Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə15/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
45
lıqda  qalan  digər  millətlər”dən  fərqli  ola-
raq  “erməni  məsələsi”nin  səbəbləri  daha 
qarışıqdır.  Bu  məsələdə  azlıq  təşkil  edən 
bir  millətin  mədəni  muxtariyyəti  danışıq 
mövzusu  deyildir.  Burada  Azərbaycanda 
yaşayan  və  azlıq  təşkil  edən  millətlər  sıra-
sında  olan  gəlmə  ermənilərin  Azərbaycan 
daxilində  bir  dövlət  halına  düşməsi  dünya 
ermənilərinin mühacirət yolu ilə bu erməni 
dövlətinə  cəm  edilməsi  və  onun  ərazisini 
Qarabağ, Zəngəzur, Gəncə ilə bərabər İrəvan 
Ermənistanına  ilhaq  etmək  kimi  məsələlər 
qarşısındayıq.
Hələ  1905-ci  ildə  daşnak  partiyası 
tətbiqinə  müvəffəq  ola  bilmədiyi planını 
I Dünya müharibəsi illərində yenidən tətbiq 
etmək istədi. Lakin bu iş üçün istinad etdiyi 
Çar Rusiyasının çökməsi və inqilabın başla-
ması ilə “Daşnak planı” yenə nəticəsiz qal-
dı. Lakin siyasətdə hər cür şərəfsizliyi özünə 
münasib  bilənlər  “aciz”  qala  bilərlərmi? 
Daşnaklar Lenindən aldıqları bir fərman ilə 
Qafqaz və Türkiyə əraziləri üzərində “Böyük 
Ermənistan” “icadına” girişdilər. Ancaq ölmək istəməyən türk hər iki cəbhədə 
bu qanlı plana mane oldu. Türk ordusu Şərq vilayətlərini ruslardan xilas edərək 
Ərzuruma girdi, hətta Qarsı ana vətənə qaytardı. Digər tərəfdən, Azərbaycan 
öz istiqlalını elan etmişdi.
Bu dəfə daşnaklar Bakıda bolşeviklərlə əməkdaşlıq edərək ümumi qətliam 
törətdilər və 1918-ci ilin martında Bakıda Sovet hökumətini elan etdilər. Pa-
ris, London və Vaşinqton yollarını tutdular. 1918-ci il  dekabrın 10-da Şimali 
Amerika Birləşmiş Ştatlarının parlamentinə senator Lodqe tərəfindən “Böyük 
Ermənistan haqqında” bir layihə təqdim olundu. Bu layihə “Böyük Ermənistan”ı 
belə təsəvvür edirdi: Türkiyənin altı vilayətindən və Kilikiyadan ibarət “Türkiyə 
Ermənistanı”; “Qafqaz Ermənistanı”; İran Azərbaycanının şimal və şimal-qərb 
ərazilərindən ibarət “İran Ermənistanı”.
1919-cu ildə Amerikada Erməni Milli İttifaqı (The Armenian National Union 
of Amerika) tərəfindən nəşr edilmiş “Ermənistan haqqında” adlı əsərdə veril-
miş  “Böyük  Ermənistan  xəritəsi”ndə  Ermənistan  Trabzon  və  Samsunda  Qara 
dənizə,  İsgəndərun  körfəzində  Aralıq  dənizinə  çıxır,  Qafqaz  Azərbaycanında 
Xəzər dənizinə qədər uzanır və Gəncə yaxınlığından başlayaraq Kür çayı boyu 
ilə  Xəzər  dənizinə  uzanan  xəttin  cənubundakı  Salyan,  Lənkəran,  Muğam, 
Mil, Qarabağ, Zəngəzur, Gəncənin dağlıq hissəsi, Naxçıvan ilə Ordubad, İran 
“Daşnaksütyun” partiyasının 
İrandakı ideoloji və siyasi 
fəaliyyətini hərtərəfli şərh 
edən Mirzə Bala göstərir ki
indi də o, “şeytana papaq 
tikən Tehran diplomatlarına 
“Şahnamə” oxutmaq və 
paniranizm damarlarına 
basmaqla “yeni bir papaq” 
tikmək istəyir. Onun bu 
yolla əldə etmək istədiyi şey 
bəllidir: İranın Şərq yönünü 
Qərbə və Şimala çevirmək 
sayəsində İran ilə türk dünyası 
arasında yeni qanlar axıtmaq 
yolu ilə Avropa dövlətlərinin 
himayəsinə sığınaraq 
“Böyük Ermənistan”ı yoxdan 
yaratmaq. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
46 
Azərbaycanında isə Astara, Ərdəbil, Qaradağ, Sərab, Təbriz, Xoy, Maku, Səlmas 
və Urmu vilayətlərini əhatə edirdi.
“Moskva  ilə  Daşnak  partiyası  arasında  əməkdaşlığın  səbəbi  və  bu  iki 
qüvvəni birləşdirən müştərək mənfəətlər başlı-başına bir məsələdir”, - deyən 
M.B.Məmmədzadə bu iki qüvvəni birləşdirən səbəbləri şərh edərək göstərmişdir 
ki, Anadolu ilə Azərbaycan arasında “Çin səddi”nə bənzər bir “Hay səddi”nin 
çəkilməsi Moskvanın nəzərində Azərbaycan, Türküstan, Şimali Qafqaz və İdil 
(Volqa) türklərini Türkiyə nüfuzundan və “türkçülük təhlükəsi”ndən təcrid edir 
və  ruslaşdırılmalarını  asanlaşdırırdı.  Azərbaycanla  Türküstandan  vaz  keçməyi 
özü üçün bir ölüm sayan Moskva bu “Hay səddi”ndən böyük faydalar gözləyir 
[8, s.36-37].
Daşnakların  isə  türklük  əleyhinə  yönəlmiş  bu  siyasətdən  maksimum 
istifadəyə  çalışacaqlarından  təbii  bir  şey  ola  bilməzdi.  Mənşəyi  bolşevikli-
yin  ilk  günlərindən  başlayan  bu  bolşevik-daşnak  dostluğu  xüsusilə  “Lozan 
sülhü”ndən sonra daha da şiddət kəsb etdi. 1923-cü ildə daşnak generalla-
rından məşhur Dro və digərlərinin imzası ilə bir “Bəyannamə” nəşr edilmiş-
di.  Bu  bəyannamədə  Qafqazda  qalan  daşnaklar  Ermənistanın  yalnız  Qırmızı 
Ordu tərəfindən himayə olunacağını və erməni xalqının ancaq Sovet idarəsi 
sayəsində tərəqqi və inkişaf edəcəklərinə qane olduqlarını elan edirdilər. Beş 
il  sonra  da  erməni  “Hınçaq”  partiyası  rəsmən  dağılmış  və  kommunistlərə 
birləşmişdi. Erməni milli hökumətinin başçısı Kaçaznuni “Daşnak partiyasının 
iflası” adını daşıyan və manevr məqsədilə yazılmış kitabında “Daşnak” parti-
yasının illərdən bəri təqib etdiyi siyasətin iflasını elan etməklə yanaşı erməni 
xalqına xidmət etməyi özlərinə şərəf sayanları mənasız xülyalardan vaz keçərək 
Ermənistanın  Sovet  hökuməti  tərəfindən  icad  və  yenidən  doğulması  işində 
iştiraka  dəvət  edirdi.  1923-cü  ildə  “Daşnak”  partiyasının  Vyanada  keçirilən 
qurultayında  Kaçaznuninin  “bolşeviklərlə  anlaşmaq  tezisi”ni  müdafiə  etdiyi 
məlumdur. Bakı qəzetləri də 1925-ci ildə Kaçaznuninin Ermənistana dönmək 
və son illərini Sovet Ermənistanına həsr etmək istədiyini yazırdılar. Həqiqətən 
də,  Kaçaznuni  Ermənistana  dönməkdə  gecikmədi.  “İzvestiya”  qəzeti  onun 
bu  “təqdirəlayiq  cəsarətindən”  bəhs  edirdi.  Bolşevik  mətbuatı  Kaçaznuninin 
bolşeviklərə sığınmasını alqışladığı zaman Paris qəzetləri “Daşnak” partiyasının 
10-cu qurultayında qəbul edilən qərarları dərc edirdi. Bu qərarlara görə, “10-cu 
Daşnaksütyun  konqresi, istisnasız olaraq, bütün üzvlərinin ittifaqı ilə bir səslə 
müstəqil Ermənistan proqramı üzərində qəti dirəndiyini elan edir. Hal-hazırda 
mövcud  kiçik  Ermənistanı  əsas  olaraq  qəbul  edən  “Daşnaksütyun”  partiyası 
siyasi və iqtisadi inkişafını təmin edəcək bir hüduda malik Ermənistan təsisinə 
səy  edəcəkdir.  “Daşnaksütyun”  partiyası  Türkiyədə  erməni  millətinin  haqlı 
tələbini qəbul etdirmək əzmində mətin olub. Sovet cəbhəsinə gəlincə bolşevik 
diktatorluğu ilə imperializmə qarşı barışmaz bir fikir mücadiləsini davam etdi-
rir. Fəqət erməni xalqının çoxu qürbətdədir. Sovet Ermənistanında ancaq bir 
milyon iki yüz min erməni var. İki milyona yaxın erməni müxtəlif məmləkətlərə 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə