Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə16/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
47
sığınmışdır. Buna görə də erməni xalqının tamamilə dağılması və soysuzluğa 
uğradılmaması  üçün  partiya  gənc  nəslin  tərbiyəsinə  böyük  əhəmiyyət  verib 
mühacirlərin məmləkətə göndərilməsi işini təşkil edəcəkdir”  [8, s.136-139]. 
“Daşnaksütyun”  partiyasının  qərarlarını  o  zaman  nəşr  edən  “Posledniye 
novosti”  qəzetinin  qurultay  nümayəndələri  ilə  keçirdiyi  görüşlərdən  alınan 
təəssüratları şərh edən Mirzə Bala göstərirdi ki, burada “Böyük Ermənistan” 
proqramından, Yerevan Ermənistanının əsas olaraq qəbulundan, ermənilərin 
məmləkətə  dönməsindən,  “Daşnaksütyun”  partiyasının  Rusiya  ilə  ən  sıx 
və  dostanə  bir  münasibətdə  olmasından,  daşnakların  rus  xalqına  bəslədiyi 
ən  səmimi  hisslərindən,  bolşevizmə  qarşı  yalnız  fikri  mücadilə  etməsindən 
bəhs  edilmişdi.  O  illərdə  Avropadakı  rus  sosialist  mətbuatının  daşnakla-
rın  bolşeviklərlə  anlaşmaq  üçün  müxtəlif  zamanlarda  dəfələrlə  təşəbbüs 
etdiklərini  qeyd  edən  Mirzə  Bala  1925-ci  ildə  “Din”  qəzetində  nəşr  edilən 
bir  yazıda  göstərilən  faktlara  dayanaraq  göstərir  ki,  1921-ci  ildə  Bükreş 
konqresindən sonra “Daşnaksütyun” partiyasının nümayəndələri Riqaya gəlib 
burada  Sovet  nümayəndələri  ilə  görüşmüş,  partiyanın  Rusiyada  tanınması 
ilə  bağlı  onlarla  müzakirələr  aparmış,  bolşeviklərlə  daşnakları  barışdırmaq 
üçün səy göstərmişdilər. 1923-cü ilin may ayında Vyanada keçirilən Daşnak 
konqresində artıq bolşeviklərlə müzakirə məsələsi bəhs mövzusu olmasa da, 
daşnak partiyasının bu xüsusda tutacağı hərəkət xətti “sadiqanə müxalifət” 
şəklində təsəvvür olunurdu. Nəhayət, 1924-cü ildəki konqresdə bir az da irəli 
gedərək  “Sovet  cəbhəsində”  bolşevik  diktatorluğu  və  imperializminə  qarşı 
fikri  mücadilə  əsasını  mühafizə  edirdi.  “Din”  qəzetinin  redaktoru  Hondkar-
yan Rohan bolşeviklərə zidd olan bu partiyanın hansı səbəbdən bolşeviklərə 
qarşı belə mülayim bir siyasət yürütməyə məcbur olduğunu soruşur, özü də 
məsələnin  çox  bəsit  olduğunu  söyləyir  və  deyir  ki,  bolşeviklərə  qarşı  qəti 
və aktiv bir mücadilənin hər zaman və hər vəziyyətdə müvəffəqiyyətlə nəti-
cələndiyi təqdirdə belə ermənilər üçün müsbət bir nəticə verəcəyi bəlli de-
yildi.  Ermənistanın  cənubu  Türkiyədir.  Türkiyə  dörd  gözlə  gözləyir  ki,  Qaf-
qaz  yenidən  qarışacaq,  bolşevik  ordusu  çəkiləcək,  Rusiya  təkrar  gedəcək 
və  Türkiyə  Ermənistan  yolu  ilə  qardaş  Azərbaycana,  Bakıya  getmək  imkanı 
qazanacaqdır.  Erməni  xalqının  və  onunla  bərabər  “Daşnaksütyun”  partiya-
sının  bolşevizmi  başqa  cür  təqdir  etməsindəki  hikmət  də  budur.  Məsələyə 
ideoloji-siyasi qiymət verən Mirzə Bala göstərir ki, burada hansı Rusiya olur-
sa-olsun ruslarla daşnakların türklük əleyhinə birləşdikləri aşkar şəkildə gözə 
çarpmaqdadır. “Daşnaksütyun” partiyası bu yaxınlaşma və anlaşmanı yaratdı-
ğı zaman Moskva “Lenin milli siyasəti”nə tənzim etməklə məşğul idi. O “Lenin 
milli siyasəti” ki, daşnaklara bütün erməniləri Ermənistana, Zəngəzura və Qa-
rabağa toplamaq imkanı vermişdi. Avropadan, Rusiyadan, İraqdan, İrandan 
ermənilər bu türk yurduna axmağa başlamışdılar [8, s.137-139]. 
M.B.Məmmədzadə  “Daşnaksütyun”  partiyasının  irəli  sürdüyü  və  böyük 
canfəşanlıqla  təbliğ  edib  yaydığı  erməni  milli  ideologiyasının  mürtəce  və 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
48 
təcavüzkar mahiyyətini faktlarla ifşa edərək 1931-ci ildə yazırdı ki, indiki So-
vet Ermənistanının ərazisi Azərbaycandan alınmış Zəngəzur və digər ərazilərlə 
bərabər 30 min 948 kv. kilometr olub, 1926-cı il statistikasına görə, əhalisi 876 
mindir ki, bunun da Sovet məlumatına görə, 10,2 faizi türk, 2,3 faizi rusdur. 
Hiylə və riyakarlıqla gəlib Azərbaycan və Gürcüstanda yerləşən ermənilər az-
lıq təşkil edirlər. Yeni mühacirətin gətirəcəyi erməni qafiləsinin bu 30 min 948 
kv. kilometr ərazidə yerləşməyəcəklərini nəzərə alaraq onları Qərbi və Cənub-
qərbi  Azərbaycanla  Cənubi  Gürcüstanda  məskunlaşdırmaqdadırlar.  Məqsəd 
bu  ərazilərin  gələcəkdə  “Yerevan  Ermənistanı”na  ilhaqını  təmin  etməkdən 
ibarətdir [9, s.141-142]. 
M.B.Məmmədzadə  çoxsaylı  yazılarında  mötəbər  faktlara  istinad  edərək 
göstərirdi ki, indiki Ermənistan dövləti Azərbaycanın əzəli torpaqlarının ilhaqı 
hesabına, onun xalqına qarşı böyük və ağlasığmaz amansızlıqlarla törədilən 
kütləvi qırğınlar nəticəsində meydana gəlmişdir.
                 
Erməni daşnaklarının Azərbaycanda törətdikləri kütləvi 
qırğınlar və onların ağır nəticələri
M.B.Məmmədzadə  XX  əsrin  ilk  iki  onilliyində  öz  azadlığı  və  istiqlaliyyəti 
uğrunda çarpışan Azərbaycan xalqının böyük faciələrinə səbəb olmuş soyqı-
rımlar haqqında qələmə aldığı yazılarında hər şeydən əvvəl belə bir mühüm 
cəhətə diqqət yetirirdi ki, həmin dövrdə azərbaycanlıların kütləvi surətdə qətlə 
yetirilməsi  və  onların  doğma  torpaqlarından  zorla  qovulması  ermənilərin 
məqsədli  siyasi-ideoloji  mübarizəsinin  ana  xəttini  təşkil  etmiş,  onun  əməli 
təzahürü  olmuşdur.  Ermənilərin  törətdikləri  cinayətkar  əməllərə  siyasi  duru-
mundan asılı olmayaraq hər zaman məhz Rusiya rəvac vermiş, onları siyasi-
hərbi himayədarlıq etmişdir. Rusiyanın belə canfəşanlığı isə onun Cənubi Qaf-
qazda böyük geostrateji önəm kəsb edən Azərbaycanı mütləq əsarəti altında 
saxlamaq niyyətindən irəli gəlirdi.
1905-1906-cı  illərdən  başlayaraq  ermənilərin  azərbaycanlılara  qarşı 
törətdikləri  kütləvi  qırğınlar  1918-ci  il  martın  31-də  kulminasiya  nöqtəsinə 
çatmışdı.  Quzey  Azərbaycan  tarixinə  “Bakı  faciəsi”  kimi  daxil  olan  həmin 
gündə bolşevik-rus – daşnak-erməni hərbi-siyasi alyansının silahlı birləşmələri 
tərəfindən  Bakıda  böyük  amansızlıqla  törədilmiş  kütləvi  qırğınlar  haq-
qında  o  zaman  mətbuatda  onlarla  yazı  dərc  edilmişdir.  Bunların  sırasında 
M.B.Məmmədzadənin  1920-ci  il  martın  31-də  “İstiqlal”  qəzetində  dərc  et-
dirdiyi “Mart günləri” məqaləsi xüsusi önəm daşıyır. Bu yazısında Mirzə Bala 
göstərir ki, bu gün böyük fəlakətlər keçirmiş paytaxt türkləri, ümumazərbaycan 
xalqı yenə qanlı mart günləri keçirməkdə ikən keçmiş dəhşətli günlərini yad 
edəcəkdir. Azərbaycan türklərində oyanmış istiqlal və mili azadlıq fikrini məhv 
etmək  üçün  türkün  qanına  susamış  cəllad  etməni  daşnakları  ilə  əlbir  olan 
bolşeviklər Leninin göstərişi və Şaumyanın başçılığı ilə Azərbaycan tarixində 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə