STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
196
demişdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə
tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif
millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox
xalqı birləşdirsə, bir o qədər də zəngin olar…”.
Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci (“Vicdan azadlığı”) maddəsində
qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir
dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ vardır [3]. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konsti-
tusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və
əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə
və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz [18]. Konstitusi-
yanın bu maddəsinə uyğun olaraq dini etiqad azadlığının həyata keçirilməsi
üçün münasib şəraitin formalaşdırılması məqsədilə yaradılan
Azərbaycan Res-
publikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində
dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin
müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qu-
rumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edir [17].
Azərbaycan bu gün dünyada həm də dinlərarası dialoqun mərkəzinə çev-
rilmişdir. 2012-ci ilin aprelin 26-27-də dünyanın 33 ölkəsindən ənənəvi dünya
dinlərini təmsil edən, 200-dən çox yüksək səviyyəli nümayəndənin iştirakı ilə
Dünya Dini Liderlərinin Sammitinin Bakıda keçirilməsi də Azərbaycanın tole-
rantlıq təcrübəsinin yüksək dəyərləndirilməsindən irəli gəlir. Həmin sammitdə
ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına
məxsus humanist və xeyirxahlıq kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur
ki, Azərbaycanda tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq hissi yara-
dır. Azərbaycanda hər kəs istədiyi dinə, etiqad edir, istədiyi kimi ibadət edir.
Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri
respublikanın
müasirləşməsinə, modernləşməsinə xidmət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edərək bildirmiş-
dir ki, “Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür... əsrlər boyu
Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi
yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu
proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu
kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir” [2].
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına
əsasən, Azərbaycan ərazisində 1802 məscid, 11 kilsə, o cümlədən 5 pra-
voslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri
fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristian-
lar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Eyni zamanda, Quba
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
197
rayonunun “Qırmızı qəsəbə”si İsraildən sonra yəhudilərin kompakt halda ya-
şadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət
göstərir [16; 17].
Beləliklə, Azərbaycan bu gün dünyaya etnik mənşəyindən, dini
mənsubiyyətindən, irqindən, cinsindən, dilindən və s. asılı olmayaraq
ərazisində yaşayan bütün xalqların bigə yaşayışının, birliyinin, sivilizasiyalara-
rası və dinlərarası dialoqun unikal modelini təqdim edir. Və göründüyü kimi,
dünya da bu modeli örnək olaraq qəbul edir.
Nəticə
XX əsr boyunca davam edən dövlətlərin milliləşməsi müddətində suveren
milli dövlətlərin hakim olduğu sərhədlər içində yaşayan “azlıqlar” əsrin sonuna
doğru beynəlxalq münasibətlər sistemində əhəmiyyət qazanmağa başlamış-
lar. Bu dövrdə azlıqları təşkil edən qruplar yaşadıqları cəmiyyətin əksəriyyətini
meydana gətirən seqmentdən din, dil, etnik və s. baxımdan “fərqli” olduqlarını
daha rahat dilə gətirə bilmişlər.
Avropa İttifaqının azlıqların hüquqlarının qorunması ilə bağlı siyasəti
xüsusilə 1990-cı illərdən etibarən (xüsusilə keçmiş SSRİ və Yuqoslaviyanın sü-
quta uğraması ilə dünya xəritəsində yeni siyasi sərhədlərin yaranmasından
sonra) ATƏT (daha konkret desək Milli Azlıqlar üzrə Alt Komissarlıq) və Avropa
Komissiyasının fəaliyyətləri ilə daha da sürət qazanmışdır. Araşdırmamızdan
da göründüyü kimi, Millətlər Cəmiyyəti, BMT və digər ali qurumlarda olduğu
kimi Aİ qanunvericiliyində də azlıq hüquqlarına çox zaman ümumi insan hü-
quqları kontekstində yer verilmiş, sonradan bu problemlə bağlı bir sıra qərarlar,
tövsiyələr qəbul edilmişdir.
Qeyd olunduğu kimi, “azlıq” analayışının mahiyyətinə qloballaşma
prosesləri və dünyada baş verən dəyişikliklər kontekstindən nəzər saldığımız
zaman bu gün onun zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə
ehtiyac yarandığını görürük. Qloballaşma prosesləri həm də ölkələrin hüdud-
larından kənarda yaşayan insan qruplarının sayca və məzmunca artmasını
şərtləndirmişdir. Etnik qrupların daha sıx toplaşdığı Avropada bu gün baş verən
kardinal dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm
ənənəvi milli azlıqlar, həm də yeni milli azlıqlar (immiqrantlar) nəzərdə tutu-
lur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxılma-
sına ehtiyac var. Çünki dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların
hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır
və buna görə dövlət suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox
vacib məsələdir.
Bu gün Aİ-yə üzv olmaq istəyən ölkələr qarşısında ilk növbədə azlıqların
hüquqlarına hörmət etmək zəruri şərtlərdən biri kimi irəli sürülür. Lakin son
illər Aİ-nin aparıcı ölkələrində milli və dini azlıqlara, həmçinin “yeni azlıqlar”
hesab edilən immiqrant və köçkünlərə qarşı ikili standartların tətbiq olunması,
avropalı rəsmilərin də qeyd etdiyi kimi multikulturalizmin böhranı bu
ali quru-