Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə72/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   68   69   70   71   72   73   74   75   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
194 
təqdim olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır. 
Bütün bu qeyd olunanlara onu da əlavə etmək istərdik ki, Azərbaycan Avro-
pa Şurasının 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı 
xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində 
saxlayır. 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya 
azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır. Dövlət hər bir milli azlığa 
ana dilində təhsil almağa şərait yaradır. 
YUNESKO-nun  2005-ci  il  oktyabrın  20-də  Parisdə  qəbul  etdiyi  “Mədəni 
özünüifadə  müxtəlifliyinin qorunması  və təşviqi haqqında” Konvensiyaya uy-
ğun olaraq ölkəmizdə  yaşayan milli  azlıq  və  etnik  qrupların  mədəniyyəti  
Azərbaycan mədəniyyətinin  tərkib  hissəsi  kimi  qorunur  və  inkişaf  edir. 
Bundan  başqa,  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirli-
yi  yanında  Milli  Azlıqların  Əlaqələndirmə  Şurası,  Təhsil  Nazirliyi  yanında  az-
saylı  xalqların  və  etnik  qrupların  dillərində  dərsliklərin  hazırlanması  və  nəşri 
Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıq-
ların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə, 
İctimai Televiziyada Milli Azlıqlar  üçün Verilişlər Departamenti yaradılmışdır. 
Departamentin təqdim etdiyi verilişlərdə Azərbaycanda yaşayan etnik və dini  
azlıqların,  azsaylı  xalqların  və  etnik  qrupların  tarixi,  adət-ənənəsi,  dini,  dili, 
mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar öz əksini tapır. Respub-
likada milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün 
onların dillərində radio və televiziya proqramları yayımlanır [8].
3.1. Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli
Müasir dövrdə bəşəriyyəti narahat edən problemlərin əksəriyyəti daha çox 
mənəvi mahiyyət daşıyır: “Dünyanın bir çox ölkələrində insanların yaşayış ye-
rinin müəyyən edilməsində  onların dini  mənsubiyyəti  əsas  meyar götürülür. 
Din amili bir tərəfdən insan haqları üzrə baza prinsipi olsa da, digər tərəfdən 
sosial problem kimi meydana çıxır və bu məsələ beynəlxalq təşkilatların diqqət 
mərkəzindədir” [16; 37]. 
Qeyd  edək  ki,  bir  sıra  beynəlxalq  qurumların  Almaniya,  İngiltərə,  Fransa, 
Hollandiya, Belçika, Danimarka, İsveçrə və s. ölkələrdə apardıqları araşdırma-
lardan  bəlli  olur  ki,  bu  ölkələrdə  xüsusilə  müsəlmanlar  ciddi  dini  ayrı-seçki-
lik  problemi  ilə  üz-üzədir  və  güclü  nəzarət  altındadırlar.  Britaniyada  dini  və 
milli ayrı-seçkiliyə köklənmiş onlarla ekstremist qruplaşmalar mövcuddur. On-
lar  “islam  işğalçıları”nı  xristian  torpaqlarından  təmizləməyin  lazım  olduğunu 
düşünürlər [16]. Bu, heç şübhəsiz, Avropa İttifaqının elan etdiyi ayrı-seçkiliklə 
mübarizə haqqında tələblərinə ziddir. 
Almaniyanın  kansleri  Angela  Merkelin:  “1960-cı  illərdə  biz  xarici  işçi 
qüvvəsini Almaniyaya dəvət edəndə elə bilirdik ki, onlar qayıdıb gedəcəklər. 
Lakin bu baş vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı”, 
– etirafı da bu məsələnin ciddiliyindən xəbər verir [36]. Fransanın keçmiş Prezi-
denti Nikola Sarkozi də multikulturalizmin məğlubiyyətə uğramasında aparılan 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
195
yanlış  siyasəti  deyil,  fərqli  mədəniyyət  daşıyıcılarını,  xüsusən  də  islam  həyat 
tərzini ittiham etmişdir [39].
  “Amnesty  International”-ın    diskriminasiya  üzrə  eksperti  Marko  Perolini 
qeyd etmişdir ki, “Maliyyə böhranından sonra Avropa ölkələrini, deyəsən, in-
sani dəyərlərin parçalanması böhranı gözləyir. Bunun əlamətlərindən biri də 
müsəlmanlara qarşı dözümsüzlükdür” [16]. 
Bu,  bir  həqiqətdir  ki,  müasir  qloballaşan  dünyada  heç  bir  ölkə  multikul-
turalizmin  təsirindən  kənarda  qala  bilməz:  “Tarix  sübut  edib  ki,  multikultu-
ral dəyərlər olmasaydı, heç böyük bəşər mədəniyyəti də ola bilməzdi. Çün-
ki  müəyyən  sərhədlər  daxilində  təcrid 
olunmuş və özünə qapanmış hər hansı bir 
mədəniyyət tənəzzülə məhkumdur” [18].
Qərb dəyərlərinin dominantlığı üzərində 
qurulan  multikulturalizmdən  fərqli  ola-
raq  min  illərdir  yanaşı  yaşayan  sivilizasi-
ya  təmsilçilərinin  çoxmədəniyyətli  həyat 
tərzində  bu  gün  böhran  müşahidə  olun-
mur:  “Müxtəlif  mədəniyyətlərin  paralel 
mövcudiyyətinə  tolerant  yanaşmanı  həyat 
tərzi olaraq qəbul edənlər üçün multikultu-
ralizm bəşəri ideya kimi qəbul olunur” [18].
Azərbaycan  bu  gün  bunun  bariz 
nümunəsini öz tarixi inkişaf yolu və dövlət 
siyasəti ilə dünyaya təqdim edir. 2012-ci ildə 
Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar 
Forumun açılış mərasimindəki çıxışında mul-
tikulturalizmin alternativinin özünütəcrid ol-
duğunu bəyan edən Azərbaycan Prezidenti 
İlham Əliyev demişdir: “Azərbaycanda multi-
kulturalizm sahəsində əldə edilmiş təcrübə, 
hesab edirəm ki, hamımız üçün çox maraq-
lıdır...  Mulltikulturalizmin  müsbət  gələcəyi 
haqqında  fikirlər  çox  vacibdir  və  lazımdır. 
Azərbaycanın təcrübəsi, hesab edirəm ki, əslində, multikulturalizm ideyaları-
nın təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, 
multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına bax-
mayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər 
boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi 
yaşamışlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, 
anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır” [1].
Qeyd edək ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli 
tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqlar və dinlərarası münasibətlər, 
dialoqlar  müasir  dövrün  tələblərinə  uyğunlaşdırıldı.  Vaxtilə  ümummili  lider 
Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində 
Ümummili lider Heydər 
Əliyev milli azlıqların 
nümayəndələri ilə keçirdiyi 
görüşlərinin birində demişdi: 
“Biz Azərbaycan deyəndə 
onun sərvətini, onun gözəl 
təbiətini nəzərdə tuturuq. 
Lakin bütün bunlarla 
yanaşı, respublikanın ən 
başlıca sərvəti əsrlərdən 
bu torpaqda yaşayan, öz 
taleyini, öz həyatını bu 
torpağa bağlayan, müxtəlif 
millətlərdən olan, müxtəlif 
dinlərə etiqad edən 
adamlardır. Ölkə nə qədər 
çox xalqı birləşdirsə, bir o 
qədər də zəngin olar…”. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə