Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə70/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   66   67   68   69   70   71   72   73   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
190 
kasında insan hüquqlarının, o cümlədən milli və dini azlıqların hüquqlarının qo-
runmasına hər zaman xüsusi diqqət yetirilmişdir. Azərbaycanda qədim və orta 
əsrlərdən bu günə kimi müxtəlif etnosların nümayəndələri birgə yaşayır. Onla-
rın hər biri tarixən olduğu kimi bu gün də öz maddi və mənəvi mədəniyyətini, 
dilini,  tarixi  yaddaşını,  mentalitetini,  etnik  özünüdərketmə  və  etnopsixologi-
yasını  qoruyub  saxlayırlar.  Azərbaycan  dövləti  əhalisinin  çoxmillətli  olmasını 
özünün  tarixi  nailiyyəti  hesab  edir  və  milli-mədəni  rəngarəngliyi  cəmiyyətin 
zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.
Azərbaycan  Respublikası  demokratik  dəyərlərə  sadiq  ölkə  kimi  digər 
sahələrdə olduğu kimi insan hüquqları sahəsində də qəbul etdiyi bir sıra qa-
nunların və digər normativ-hüquqi aktların yuxarıda qeyd etdiyimiz beynəlxalq 
hüquqi aktlara uyğunlaşdırılmasını, onlarla bağlı beynəlxalq hüquqi eksperti-
zanın keçirilməsini təmin edir. 
Bütün dünyada olduğu kimi Azərbaycanda da vətəndaşların, milli və dini 
azlıqların, həmçinin vətəndaşlığı olmayan şəxslərin (immiqrantların, əcnəbilərin 
və  köçkünlərin)  hüquqi  statusunun  əsasları  vardır.  Bu  statusa  uyğun  olaraq 
həmin subyektlərin hüquqi vəziyyəti tənzimlənir [15].
Bu  kontekstdə  onu  da  qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  Dövlət 
Statistika  Komitəsinin  2009-cu  ildə  ölkədə  həyata  keçirilən  siyahıyaalmanın 
nəticələrinə əsaslanaraq təqdim etdiyi məlumata görə, Azərbaycanda əhalinin 
milli tərkibi aşağıdakı kimidir: azərbaycanlılar – 8 172 800 (91,6%),  ləzgilər – 
180 300 (2%),  ruslar – 119 300 (1,3%), ermənilər – 120 300 (1,3% - Dağlıq Qa-
rabağda yaşayanlarla birgə A.M.), talışlar – 112 000 (1,3%), avarlar – 49 800 
(0,6%), türklər - 38 000 (0,4%), tatarlar - 25 900 (0,3%), tatlar - 25 200 (0,3%), 
ukraynalılar - 21 500 (0,3%), saxurlar - 12 300 (0,1%),  gürcülər - 9 900 (0,1%), 
yəhudilər - 9 100 (0,1%), kürdlər - 6 100 (0,1%),  qrızlar - 4 400 (0,04%),  udinlər 
- 3 800 (0,04%),  xınalıqlar - 2 200 (0,02%),  digər millətlər - 9 500 nəfər (0,1%)  
[Bax: 7, s. 80-81].
Ümumiyyətlə,  hər  bir  hüquqi  dövlətdə  milli  azlıqların  hüquqlarının  qo-
runması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda belə təminat dövlət 
səviyyəsində  verilmişdir.  Müstəqilliyin  bərpasının  ilk  illərində  -  16  sentyabr 
1992-ci ildə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və 
etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin 
inkişafı üçün dövlət yardımı haqqında” Prezident Fərmanı milli münasibətlər 
sahəsində  dövlət  siyasətini  müəyyən  etmiş,  milli  azlıqlar  arasında  əlaqələrin 
yaxşılaşdırılması  və  hüquqi  dövlətin  yaradılmasına  onların  cəlb  olunmasının 
səviyyəsinin artırılması məqsədini daşımışdır.
Azərbaycan  qanunvericiliyində  milli  və  dini  azlıqların  hüquqlarının  qo-
runmasına,  onların  milli  və  mədəni  irslərinin  mühafizəsinə  və  öyrənilməsinə 
yönələn  kifayət  qədər müddəalar vardır.  Ali  hüquqi  sənəd  kimi  yüksək  təsir 
qüvvəsinə malik olan, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin 
təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusi-
yası və digər hüquqi aktlar buna misal ola bilər. Azərbaycan Respublikasının 
Konstitusiyası  mənşəyindən,  irqindən,  dinindən  və  dilindən  asılı  olmayaraq 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
191
hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublika-
sının suverenliyi haqqında Konstitusiya Aktı Azərbaycan Respublikasının bütün 
vətəndaşlarının qanun qarşısında bərabər olduğunu təsdiq edir. Konstitusiya-
mızın  5-ci  maddəsində  (“Xalqın  vahidliyi”)  qeyd  edilir  ki,  “Azərbaycan  xalqı-
nın vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respub-
likası  bütün  Azərbaycan  Respublikası  vətəndaşlarının  ümumi  və  bölünməz 
vətənidir”  [3].  Həmin  ali  sənədin  25-ci,  44-cü,  45-ci  və  47-ci  maddələrində 
milli  azlıqlar  üçün  hüquqlar  nəzərdə  tutulur.  Məsələn,  Konstitusiyanın  25-ci 
maddəsinə  (“Bərabərlik  hüququ”)  əsasən,  “Dövlət  irqindən,  milliyyətindən, 
dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq 
mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər 
ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azad-
lıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıq-
larını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə 
məhdudlaşdırmaq qadağandır” [3]. 44-cü maddədə (“Milli mənsubiyyət hüqu-
qu”) qeyd olunur ki, “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ 
vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. 45-ci 
maddədə (“Ana dilindən istifadə hüququ”) göstərilir ki, “Hər kəsin ana dilindən 
istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, 
yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüqu-
qundan məhrum edilə bilməz”. 47-ci maddədə (“Fikir və söz azadlığı”) isə qeyd 
olunur ki, “Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini 
açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, 
dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir” 
[3].
Azərbaycan Respublikasi Prezidentinin 5 sentyabr 2009-cu il tarixli fərmanı 
ilə təsdiq edilmiş “Təhsil haqqinda” Qanunun  5-ci maddəsinin (“Təhsil hüqu-
quna dövlət təminatı”) 5.1.-ci bəndinə əsasən “Dövlət hər bir vətəndaşın təhsil 
alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı 
pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir” və 
5.2.-ci bəndinə əsasən “Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi 
əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq im-
kanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılma-
sına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir” [4].
27 dekabr 2011-ci ildə Prezident Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan 
hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, 
universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, 
dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılma-
sına xidmət etmişdir. Milli Fəaliyyət Planında milli azlıqların mədəni irsinin in-
kişafı  da  Azərbaycan  Hökumətinin  əsas  fəaliyyət  istiqamətlərindən  biri  kimi 
nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir ki, işə qəbul za-
manı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə