Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə67/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   63   64   65   66   67   68   69   70   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
184 
ölkələr arasında azlıqlarla bağlı müxtəlif qərarların tətbiqindən qaynaqlanır. Bu 
fərqli mövqelərin ortaya çıxmasının əsas səbəbi isə azlıqların qorunması möv-
zusunda Aİ ölkələrinin müxtəlif beynəlxalq öhdəliklər altında olmalarıdır. 
2. Avropada “azlıq” siyasətinin tarixi inkişafı
2.1. Problemin tarixinə nəzər            
“Azlıq”  anlayışının  ilk  dəfə  XVI  əsrdə  İslahat  hərəkatı  ilə  ortaya  çıxdığını 
söyləmək mümkündür. “Millət” anlayışının hələ meydana gəlmədiyi bu dövrdə 
Avropadakı fərqli birlikləri ayıran ən əhəmiyyətli element olan din 1648-ci ildə 
imzalanmış Vestfal müqaviləsindən milli dövlətin təməllərinin atıldığı 1815-ci 
il Vyana Konqresinə qədər azlıq hüquqlarının əsaslarını meydana gətirmişdir. 
[22, s.84]. Beynəlxalq hüquqda azlıq anlayışı isə 1560-1648-ci illər arasında Av-
ropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci 
ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il 
Vestfal Sülh Sazişində protestant vətəndaşlarına ehtiva edilən hökmlərdə azlıq 
hüquqlarına da yer verilmişdir [26, s.118-119].
“Dini azlıq” anlayışının əhatəsini genişləndirən “milli azlıq” anlayışının təməli 
isə Böyük Fransa inqilabı (1789-1799) ilə atılmışdır. Bu dövrdə “azlıq” anlayışı-
nın tərifinə irq və soy elementləri də əlavə olunmuş, bundan başqa, vətəndaşlıq 
və siyasi hüquqlarla əlaqədar ilk inkişaflar də ortaya çıxmışdır.
2.2. Millətlər Cəmiyyəti daxilində azlıqlar
Azlıqlar beynəlxalq təşkilat zəmanətinə ilk dəfə iki dünya müharibəsi ara-
sındakı  iyirmi  illik  dövrdə  (1919-1939-cu  illər)  fəaliyyət  göstərmiş  Millətlər 
Cəmiyyəti (MC) dövründə alınmışdır [38]. I Dünya müharibəsindən sonra imza-
lanan sülh müqavilələri müharibədən sonra meydana gələ biləcək problemləri 
önləmək məqsədi ilə azlıqlara aid bir hüquqlar sistemi yaratmışdır. Oranın de-
diyi kimi, bununla azlıqlara həm neqativ, həm də pozitiv hüquqlar verilmişdir 
[26, s.81-82]. I Dünya müharibəsindən sonra imzalanan sülh müqavilələri azlıq 
problemlərinə MC zəmanəti gətirərək, onun üçün beynəlxalq hüquq ölçüsü 
təmin etmişdir. Bundan başqa, bu dövrdə hələ “insan hüquqları” anlayışı inkişaf 
etmədiyi üçün azlıqların qorunmasına verilən əhəmiyyət də artmışdır. Ancaq 
MC yer üzündəki bütün azlıqlar üçün universal qaydalar yaratmaq yerinə siyasi 
səbəblərdən qurulduğundan və buna görə dövlət müdaxilələrinin mərkəzi ol-
masından ötrü tənqid olunmuşdur.
I Dünya müharibəsindən sonra xüsusilə Şərqi Avropa və Balkanlarda im-
periyaların  dağılması  nəticəsində  yaşanan  böyük  sərhəd  dəyişiklikləri  MC 
dövründə  qəbul  edilən  müqavilələr  -  birbaşa  bir  azlıq  tərifi  iştirak  etməmiş 
olmaqla birlikdə “irq, dil, din bağlarıyla bağlı insanlar” kimi xarakterizə edilməsi 
-  “azlıq”  anlayışını  bir  növ  mədəni  şəxsiyyətlə  əlaqələndirərək  beynəlxalq 
müstəviyə daşımışdır [26, s.37].


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
185
2.3. BMT daxilində azlıqlar
Millətlər  Cəmiyyəti  dövrünün  uğursuzluğu  və  yeni  şərtlər  azlıqların  qo-
runmasına istiqamətli yeni bir sistemə ehtiyac olduğunu ortaya qoymuşdur. 
Azlıqların mövqeyi və azlıq hüquqlarının qorunması ilə əlaqədar işlər II Dün-
ya  müharibəsinin  başlanmasından  sonra  Birləşmiş  Millətlər  Təşkilatı  (BMT) 
tərəfindən davam etdirilmişdir.
1945-ci  ildə  müttəfiq  dövlətlərin  Yal-
ta  konfransından  sonra  təsis  edilmiş  BMT 
tərəfindən 1948-ci il dekabrın 10-da qəbul 
edilmiş  “İnsan  hüquqları  üzrə  Ümumi 
Bəyannamə”də  azlıqların  qorunması  möv-
zusuna  birbaşa  yer  verilməmiş,  bu  məsələ 
“ayrı-seçkiliyin  qarşısının  alınması”  prinsipi 
əhatəsinə  alınmışdır.  Bunun  səbəbi  bun-
dan  bir  neçə  il  əvvəl  Almaniyada  Hitlerin 
hakimiyyətdə  olduğu  dövrdə  dövlətlərin 
“azlıqlar”  mövzusunu  öz  daxili  problemi 
olaraq  dəyərləndirmələri  olmuşdur.  Ancaq 
Ümumi  Bəyannamədə  azlıq  hüquqlarının 
qorunmasına  istiqamətli  birbaşa  bir  hök-
mün  olmamasına  baxmayaraq,  azlıqlar  bu 
sənəddəki  bəzi  əhəmiyyətli  anlayışlardan 
faydalanmışlar.  Məsələn,  Bəyannamənin 
1-ci  maddəsində  qeyd  olunan  “Bütün  in-
sanlar ləyaqət və hüquqlarına görə azad və 
bərabər doğulurlar” hökmü ilə “bərabərlik” 
prinsipinə  vurğu  edilmiş,  2-ci  maddədəki 
“Hər kəs irq, rəng, cins, dil, din, siyasi və digər 
səbəblərlə fərq güdülmədən bütün hüquq-
lardan yararlanacaq” hökmü ilə də heç kimə 
“ayrı-seçkilik” edilməyəcəyi ifadə edilmişdir. 
Bəyannamənin  26-cı  maddəsində  “Təhsil 
hüququ”,  27-ci  maddəsində  isə  “Mədəni 
hüquqlar”dan  bəhs  edilir  [13].  Bu  Bəyannamə  qanuna  məcburi  qüvvəsi  ol-
mayan  bir  “yaxşı  niyyət”  sənədi  olsa  da,  burada  dilə  gətirilən  ifadələr  azlıq 
mənsubları və ya qruplarının tələb edə biləcəkləri fərdi hüquqlardır [25, s.74]. 
BMT  Baş  Assambleyasının  “Soyqırım  cinayətlərinin  qarşısının  alınması  və 
cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyası ilə “İrqi ayrı-
seçkiliyin bütün formalarının ləğv olunmasına dair” 1965-ci il tarixli Konvensi-
yasında da azlıqlarla bağlı birbaşa bir hökm əksini tapmamışdır.
BMT çərçivəsində azlıqlar ilə əlaqədar əhəmiyyətli hökmlər daşıyan sənəd 
Baş Məclisin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilən və 1976-cı 
il  martın 23-də qüvvəyə minən “Mülki və siyasi hüquqlar haqqında” Paktdır. 
Ümumi Bəyannamədə azlıq 
hüquqlarının qorunmasına 
istiqamətli birbaşa bir 
hökmün olmamasına 
baxmayaraq, azlıqlar bu 
sənəddəki bəzi əhəmiyyətli 
anlayışlardan faydalanmışlar. 
Məsələn, Bəyannamənin 1-ci 
maddəsində qeyd olunan 
“Bütün insanlar ləyaqət 
və hüquqlarına görə azad 
və bərabər doğulurlar” 
hökmü ilə “bərabərlik” 
prinsipinə vurğu edilmiş, 2-ci 
maddədəki “Hər kəs irq, rəng, 
cins, dil, din, siyasi və digər 
səbəblərlə fərq güdülmədən 
bütün hüquqlardan 
yararlanacaq” hökmü ilə 
də heç kimə “ayrı-seçkilik” 
edilməyəcəyi ifadə edilmişdir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə