Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə64/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   60   61   62   63   64   65   66   67   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
177
Açar  sözlər:  milli  və  dini  azlıqlar,  beynəlxalq  hüquq,  multikulturalizm, 
tolerantlıq, Azərbaycan Respublikası, Avropa İttifaqı
Key  words:  national  and  religious  minorities,  international  law,  human 
rights,  multiculturalism,  tolerance,  the  Azerbaijan  Republic,  the  European 
Union
Ключевые слова: национальные и религиозные меньшинства, между-
народное  право,  права  человека,  мультикультурализм,  толерантность, 
Азербайджанская Республика, Европейский Союз
Avropa İttifaqı 
Azərbaycan 
hüququnda 
“milli və dini 
azlıqlar” problemi
Aqşin  
Məmmədov
Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji Araşdırmalar 
Mərkəzinin elmi işçisi
aqshin.mammadov@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
178 
Giriş 
Müasir  dövrdə  insan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  ayrı-ayrı 
dövlətlərin müstəsna daxili işi deyil, beynəlxalq birliyin ümumi problemi kimi 
qəbul edilir. İnsan hüquqlarının qorunması probleminin beynəlxalq hüququn 
ümumi prinsiplərindən biri kimi nəzərdən keçirilməsi də bu fikri bir daha təsdiq 
edir [19, s.6]. 
Nə  qədər  paradoksal  səslənsə  də  problem  kimi  meydana  çıxması  suve-
ren  milli  dövlətlərin,  demokratik  siyasi  quruluşların  bərqərar  olması  ilə  bir 
vaxta  təsadüf  edən  “azlıqlar”  məsələsi  bəşəriyyətin  gündəmini  xüsusilə  son 
onilliklərdə, soyuq müharibənin başa çatmasından bu yana keçən dövrdə daha 
sıx  məşğul  etməyə  başlamışdır.  Dövlətlərarası  beynəlxalq  münasibətlərdə 
əhəmiyyətli bir problem meydana gətirən “azlıqlar” məsələsi  xüsusilə XX əsrin 
90-cı illərindən etibarən yalnız bir iqtisadi birlik olmaqdan çıxıb siyasi inteqra-
siya olunmağı hədəfləyən Avropa İttifaqının (Aİ) da müzakirə mövzusu olmuş-
dur: “Beynəlxalq təşkilatların bir çoxu tərəfindən standart bir tərif çərçivəsində, 
konkret  razılaşmalarla  çözümlənməyə  çalışılan  “azlıqlar”  mövzusu  rəsmi 
çərçivədə uzun müddət dəqiq bir tərif və tətbiqdən uzaq qalmış, nəticədə hü-
quqi  və  siyasi  sanksiyalar  ölkələrin  öz  daxili  qanunvericilik  seçimlərinə  görə 
təyin olunmuşdur” [30]. 
Aİ-də  xüsusilə  son  onilliklərdə  azlıqlar  məsələsi  ilə  əlaqədar  bir  sıra 
əhəmiyyətli addımlar atılmışdır. Belə ki, İttifaqa üzv olmaq istəyən ölkələr qar-
şısında ilk növbədə azlıqların hüquqlarına hörmət etmək və qorumaq zəruri 
şərtlərdən biri kimi irəli sürülür. 1990-cı illərdən sonra insan hüquqları, xüsusilə 
azlıq haqları sahəsində Aİ-yə üzv dövlətlərin öhdəliyi artmışdır. Azlıq hüquqları 
anlayışındakı “ayrı-seçkiliyin qarşısının alınması” hədəfindən “azlıqların qorun-
ması” anlayışına doğru proses bunu göstərməkdədir [30]. 
Bu  gün  “azlıq”  analayışının  mahiyyətinə  qloballaşma  prosesləri  və    dün-
yada  baş  verən  dəyişikliklər  kontekstində  yenidən  nəzər  salmaqla  onun 
zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə ehtiyac yaranmışdır. 
Qloballaşma  prosesləri  həm  də  ölkələrin  hüdudlarından  kənarda  yaşayan 
insan qruplarının sayca və məzmunca artmasını şərtləndirmişdir. Etnik qrup-
ların daha sıx toplaşdığı Avropada bu gün baş verən kardinal dəyişikliklərin 
müəyyən axara salınması üçün azlıqların (burada həm ənənəvi milli azlıqlar, 
həm də yeni milli azlıqlar (imiqrantlar) nəzərdə tutulur) qorunması və hüquq-
larının təmin edilməsi məsələsinə yenidən baxılmasına ehtiyac yaranıb. Çünki 
dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların hüquqlarının qorunma-
ması  nəticəsində  separatizmin  yaranmasından  başlayır  və  buna  görə  dövlət 
suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox vacib məsələdir. 
Heç şübhəsiz, müasir dövrdə hər hansı dövlətin hüquq sistemini hamılıqla 
qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən 
kənar  təsəvvür  etmək  mümkün  deyildir.  Artıq  beynəlxalq  münasibətlərin 
aparıcı  aktorlarından  birinə  çevrilmiş  Azərbaycanda  beynəlxalq  hüquq  nor-
malarının,  xüsusilə  də  insan  hüquqlarına  dair  normaların  tətbiqinə  əlverişli 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
179
şərait  yaradılmışdır.  Bu  gün  dövlət  öz  ərazisində  yaşayan  çoxsaylı  xalqla-
rın  və  din  mənsublarının  əmin-amanlıq  şəraitində  yaşamasının,  ayrı-seç-
kilik  və  təəssübkeşlik  meyillərinin  qarşısının  alınmasının  qarantıdır.  Qanun 
mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin 
hüquq və azadlıqlarının bərabərliyinə təminat verir [8]. Ölkəmizdə milli və dini 
birgəyaşayışın çox böyük və şərəfli tarixinin olması Bakıda təşkil olunan siviliza-
siyalararası və dinlərarası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş 
beynəlxalq sammit və forumlarda da dəfələrlə səslənmişdir. Azərbaycan artıq 
dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir [16]. 
Məqalədə  Avropa  İttifaqı  və  Azərbaycan  hüququnda  “azlıqlar”  məsələsi 
mövcud  sazişlər  və  qanunlar  çərçivəsində  araşdırılmış,  problemin  tarixinə 
nəzər salınmış, nəzəri ümumiləşdirmələr və müqayisələr aparılmışdır. 
1. Avropa İttifaqı hüququnda milli və dini azlıqlar
1.1. “Azlıq” anlayışı
BMT-nin İnsan Hüquqları Komissiyasının Ayrı-seçkiliyin qarşısının alınması 
vә azlıqların müdafiәsi üzrә Alt Komitəsi tərəfindən 1949-cu ildə qəbul edilmiş 
“azlıq” tərifində qeyd olunur: “Bir cəmiyyət daxilində davamlı etnik, dil və dini 
ənənələrə, yaxud digər əhəmiyyətli xüsusiyyətlərə sahib olan, bu xüsusiyyətləri 
ilə  cəmiyyətin  digər  seqmentlərindən  açıq 
şəkildə  fərqlənən  və  bu  xüsusiyyətləri 
mühafizə  etmək  istəyən,  lakin  hakim 
mövqedə  olmayan  qruplar”  azlıq  hesab 
edilir  [25,  s.42-43].  Ece  Özgünün  qeyd  et-
diyi kimi, bu tərifdə “vətəndaş olma” meya-
rı iştirak etmir. Bu səbəbdən xarici işçilərin, 
köçkünlərin və immiqrantların da qeyd olu-
nan  digər  meyarları  qarşılamaları  təqdirdə 
azlıq olaraq qəbul edilmələri mümkün gö-
rünür [30]. 
“Azlıq”  anlayışının  müəyyənləşdirilməsi 
ilə bağlı ümumi qəbul edilmiş tərifi isə BMT-
nin  qeyd  etdiyimiz  komissiyasının  xüsusi 
məruzəçisi Françesko Kapotorti 1978-ci ildə 
vermişdir.  Kapatortiyə  görə:  “Bir  dövlətin 
əhalisinin  yerdə  qalanına  görə  sayca  az 
olan,  suveren  mövqedə  olmayan,  üzvləri 
o  dövlətin  vətəndaşı  olan  və  fərqli  etnik, 
dil  və  ya  dini  xüsusiyyətlərə  sahib  olan, 
mədəniyyətlərini,  ənənələrini,  dinlərini  və 
ya dillərini qorumağa istiqamətli üstü örtü-
lü də olsa həmrəylik duyğusu göstərən bir 
qrup” azlıqdır. 
Artıq beynəlxalq 
münasibətlərin aparıcı 
aktorlarından birinə çevrilmiş 
Azərbaycanda beynəlxalq 
hüquq normalarının, xüsusilə 
də insan hüquqlarına dair 
normaların tətbiqinə əlverişli 
şərait yaradılmışdır. Bu gün 
dövlət öz ərazisində yaşayan 
çoxsaylı xalqların və din 
mənsublarının əmin-amanlıq 
şəraitində yaşamasının, ayrı-
seçkilik və təəssübkeşlik 
meyillərinin qarşısının 
alınmasının qarantıdır. 
Qanun mənşəyindən, 
milliyyətindən, dinindən və 
dilindən asılı olmayaraq hər 
kəsin hüquq və azadlıqlarının 
bərabərliyinə təminat verir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə