Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə66/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   62   63   64   65   66   67   68   69   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
182 
İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini quran Saziş) azlıq hüquqla-
rına heç toxunulmamış, insan hüquqları və bu hüquqları qorumaq üçün mü-
vafiq  beynəlxalq  müqavilələrə  birbaşa  istinad  edilməmişdir.  Bundan  başqa, 
qurucu sazişlərində azlıqların qorunması bir səlahiyyət sahəsi olaraq da təyin 
edilməmişdir [30].
1.3. Maastrixt Sazişi
Aİ-nin  yaranmasını  şərtləndirən,  1992-ci  il  fevralın  7-də  Hollandiyanın 
Maastrixt  şəhərində  imzalanan,  1993-cü  ilin  noyabrın  1-də  qüvvəyə  minən 
və özündə Avropa ölkələrinin pul və siyasi sistemlərinin tənzimlənməsini əks 
etdirən Maastrixt (Maastrich) Sazişinə (bu sazişə Avropa  İttifaqı Sazişi (AİŞ)  də 
deyilir) qədər, qeyd etdiyimiz kimi, Aİ-nin qurucu sazişlərində insan hüquq-
ları və əsas azadlıqlarla əlaqədar birbaşa gətirilmiş bir hökm müşahidə edil-
mir. Maastrixt Sazişinin 6-cı maddəsindəki ifadələr əsas hüquq və azadlıqlar 
sahəsində hüququn üstünlüyünü Aİ hüququnun təməlinə yerləşdirmişdir [34, 
ss. 3-38]. Bu maddayə əsasən, Aİ azadlıq, demokratiya, insan hüquqları və əsas 
azadlıqlara hörmət ilə qanunun aliliyi prinsipləri üzərində qurulmuşdur [29]. 
Sazişin 12-ci maddəsi ilə ayrı-seçkiliyi önləməyə istiqamətli gətirilən hökmlər 
də bilvasitə azlıqlar mövzusu ilə əlaqədardır. Sazişdə “Mədəniyyət” başlığı al-
tında  verilən  “Avropa  mədəniyyətlərinin  davam  etməkdə  olan  fərqliliklərini 
zəmanət altına almanın” İttifaq üçün önəmi ilə bağlı hissə də azlıqların qorun-
ması ilə bilvasitə əlaqəlidir. 
Maastrixt Sazişinin azlıqlarla əlaqəli digər bir bölümü də Aİ-nin öz xaricindəki 
beynəlxalq təşkilatlarda mövzuya bağlı olaraq gətirilən tənzimləmələr qarşı-
sındakı mövqeyi ilə əlaqədardır. Sazişdə qeyd olunur ki, “1950-ci il noyabrın 
4-də Romada imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi 
haqqında” Avropa Konvensiyası ilə təminat altına alınan və üzv dövlətlərin or-
taq konstitusiya ənənələrindən qaynaqlanan təməl hüquqlara İttifaq hüququ-
nun ümumi prinsipləri olaraq hörmət ediləcəkdir” [29]. 
1.4. Amsterdam Sazişi
1997-ci il oktyabrın 2-də imzalanan və 1999-cu il mayın 1-də qüvvəyə minən, 
Aİ-nin Avropanın mərkəzi və şərqinə doğru böyüməsini hədəfə alan Amsterdam 
Sazişi  ilə  Maastrixt  Sazişinə  7-ci  maddə  əlavə  olunmuşdur.  Bu  maddə  ilə  üzv 
dövlətlərdən biri Maastrixt Sazişinin 6-cı maddəsinə zidd davrandığı təqdirdə 
Şuraya ona lazımlı sanksiyaları tətbiq etmək hüququ tanınmışdır [24].
Amsterdam Sazişi ilə Maastrixt Sazişinə digər bir dəyişiklik 49-cu maddədə 
edilmiş və 6-cı maddədəki “azadlıq, demokratiya, insan hüquqları və əsas azad-
lıqlar ilə qanunun aliliyi” prinsiplərinə və Avropa İnsan Haqları Konvensiyasında 
zəmanət altına alınan əsas hüquqlara hörmət edən hər bir Avropa dövlətinin 
İttifaqa üzv olmaq üçün müraciət edə biləcəyi qeyd edilmişdir.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
183
Amsterdam Sazişi ilə AİŞ-in 13-cü maddəsində də dəyişiklik edilərək gender, 
irqi və etnik mənşə, din və ya inanc, əlillik, yaş və ya cinsi mövqeyə söykənən 
ayrı-seçkiliklə mübarizə aparmaq üçün Şuraya uyğun cəhdlər etmə səlahiyyəti 
verilmişdir.  Şura  bu  səlahiyyətini  istifadə  edərkən  AİŞ  tərəfindən  tanınan 
səlahiyyətlər daxilində hərəkət etməli, Komissiyanın göstərişi və Parlamentlə 
məsləhətləşmələrdən sonra səs çoxluğu ilə qərar qəbul etməlidir.
Beləcə  Amsterdam  Sazişi  ilə  həm  AİŞ-də  əks  olunan  prinsipləri  pozan 
dövlətlər üçün sanksiya tətbiq etmək hökm altına alınmış, həm də İttifaqa yeni 
qatılacaq ölkələrin üzvlüyə qəbulunda azadlıq, demokratiya, insan hüquqları 
və əsas azadlıqlar ilə qanunun aliliyi prinsiplərinə hörmət göstərilməsi hüquqi 
bir şərt olaraq qəbul edilmişdir.
1.5. Nitsa Sazişi 
2003-cü il fevralın 1-də qüvvəyə minən Nitsa Sazişi [28, s.65] ilə də Maastrixt 
Sazişində  dəyişikliklər  edilmişdir.  7-ci  maddədə  edilən  dəyişiklik  nəticəsində 
6-cı maddədə əksini tapan prinsiplərin ciddi şəkildə pozulması riskinin olduğu 
vəziyyətlərdə üzv ölkələrin üçdə biri və Parlament və ya Komissiya tərəfindən 
ediləcək  əsaslandırılmış  təklif  ilə,  Parlamentin  də  təsdiqini  alaraq,  Şuraya 
hərəkətə keçmə səlahiyyəti tanınmışdır.
Nitsa  Sazişinin  1-ci  maddəsində  edilən  dəyişikliyə  görə,  Şura  əvvəlcə 
üzv  dövlətin  fikirlərini  dinləyəcək,  müstəqil  şəxslərdən  qurulacaq  bir  qrup-
dan  müəyyən  bir  müddət  ərzində  mövzu  haqqında  hesabat  hazırlanmasını 
istəyəcək  və  bundan  sonra  prinsipləri  pozma  riskinin  olub-olmadığına  dair 
qərar verəcək. Şura bu qərarı 4/5 səs çoxluğu ilə qəbul etməlidir. Bununla da 
əsas hüquq və azadlıqların  ciddi şəkildə pozulma riskinin ortaya çıxması ilə 
Şuranın hərəkətə keçərək lazımlı tədbirlər görməsi təmin edilmiş olur. 
AİŞ-in 46-cı maddəsinə görə, Şura tərəfindən qərarın qəbul edilməsindən 
sonra  bir  ay  ərzində  haqqında  qərar  qəbul  edilən  dövlət  tərəfindən  sorğu 
veriləcəyi təqdirdə Avropa Ədalət Məhkəməsi Şuranın verdiyi qərarın şərtlərə 
uyğun olub-olmadığını araşdıracaqdır. 
Nitsa Sazişinin 2 (16)-cı maddəsi ilə AİŞ-ə 181a maddəsi də əlavə edilmiş-
dir.  Bu  əlavə  maddəyə  əsasən,  üçüncü  ölkələrlə  iqtisadi,  maliyyə  və  texniki 
əməkdaşlıq  sahələrində  tətbiq  olunacaq  siyasət  demokratiyanı  və  hüququn 
üstünlüyünü,  insan  hüquqlarına  və  əsas  azadlıqlara  hörməti  inkişaf  etdirib 
gücləndirməlidir.
Aİ-nin  ilkin  və  orta  (ikinci)  hüquq  sistemində  azlıqlara  pozitiv  hüquqlar 
tanınması  mövzusunda  bağlayıcı  xüsusiyyətdə  bir  hüquqi  tənzimləmə  təşkil 
edilməmişdir. Avropa Parlamenti, Aİ Komissiyası və Aİ Şurasının da bu sahədə 
Aİ sazişləri ilə təyin olunan hər hansı bir səlahiyyətləri olmadığından azlıqlara 
pozitiv  hüquqlar  tanıyan  nizamnamə  və  təlimat  kimi  qanunla  məcburi  olan 
qaydalara getmədikləri görünür. Aİ-nin azlıq hüquqlarını konkret maddələrlə 
daxili qanunvericiliyinə daxil etməmə istiqamətindəki mövqeyinin səbəbi üzv 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə