Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə65/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   61   62   63   64   65   66   67   68   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
180 
Baskın Oran qeyd edir ki, BMT məruzəçisi Kapatortinin verdiyi bu tərifdə 
hər hansı bir toplumu azlıq olaraq qəbul edə bilmək üçün əsas xüsusiyyətlər 
aşağıdakı kimi sıralanır: 
1.  Müxtəlif baxımlardan əksəriyyətlə eyni olmayıb fərqli xüsusiyyətlərə sahib 
olmaq. Bu fərqlər müasir dövrdə “etnik, dini və dil” olaraq ifadə edilməkdədir.
2.  Sayca  ölkə  daxilində  üstünlük  təmin  etməmək.  Ölkənin  müəyyən  bir 
bölgəsində bu azlığın əksəriyyət təşkil etməsi heç bir şeyi dəyişdirməz.
3.  Dominant  olmamaq.  Çünki  elə  dominant  azlıqlar  vardır  ki  əksəriyyəti 
əzər. Aparteid dövründə Cənubi Afrika Respublikasındakı ağlar bunun bir 
nümunəsidir.
4.  Ölkənin vətəndaşı olmaq. Çünki o, ölkənin vətəndaşı deyilsə, fərqli bir ka-
teqoriya olan “xarici” statusundadır. Vətəndaş olmayanları, məsələn, “yeni 
azlıqlar” adlandırılan immiqrantları və qaçqınları azlıq sayma yolunda yeni 
bir  meyil  varsa  da,  bunları  “azlıq  sayılmadıqları  halda  müdafiəsiz  qalma-
maları  üçün  azlıq  haqlarından  yararlandırılmaları  istənilən  dezavantajlı 
qruplar”dan saymaq daha doğrudur.
5.  Yuxarıdakı dörd qeyd azlıq olmanın obyektiv şərtlərini meydana gətirir. Bir 
də subyektiv şərt vardır: azlıq şüurunun varlığı. Necə ki sinif şüuru olma-
dan  sinif  olmaz,  fərqli  olduğunu  şüurunda  dərk  etməyən  və  bu  fərqliliyi 
şəxsiyyətinin imtinaedilməz şərti saymayan fərd və ya qrup da azlıq təşkil et-
mir. Bu, “azlıq” anlayışının subyektiv şərtidir və çox əhəmiyyətlidir. Məsələn, 
əksəriyyətə könüllü olaraq assimilyasiya olmaq (əksəriyyət içində ərimək) 
istəyən adam və ya qrup azlıq sayılmaz [27, s.18; 30]
Kapatortinin tərifində də ifadə edildiyi kimi, “azlıq” statusu yalnız dövlətin 
vətəndaşı olan şəxslərə tanınır, beynəlxalq hüququn şərtlərinə uyğun olaraq 
xarici  işçilər,  immiqrantlar  və  köçkünlər  “azlıq”  anlayışı  xaricində  saxlanılır. 
Bənzər şəkildə, sayca az, ancaq suveren vəziyyətdə olan qruplar da azlıq ola-
raq qəbul edilmir. (Onu da qeyd edək ki, burada suveren dövlətin ərazisində 
yaşayan azlıqlardan çox, başqa dövlətin ərazisinə gəlib orada məskunlaşan az-
lıqlar - yeni azlıqlar mühüm yer tutur. Bu da əsasən immiqrantlar problemi ilə 
bilavasitə əlaqəlidir. Hazırda Avropada onların cəmiyyət həyatına inteqrasiyası-
nın heç bir uğurlu modeli yoxdur).
“Azlıq”  anlayışını  sosioloji  və  hüquqi  olaraq  iki  fərqli  aspektdən 
qiymətləndirən Oran sosioloji olaraq azlığı “bir cəmiyyətdə say baxımından az-
lıq təşkil edən, əsas olmayan və əksəriyyətdən fərqli xüsusiyyətlərə sahib olan 
qrup” kimi təyin edir, hüquqi baxımından isə Kapatortinin verdiyi tərifi qəbul 
edir [26, s.67].
Bu gün ölkələr arasında “azlıq” anlayışı ilə bağlı tam bir fikir birliyinin ol-
duğunu söyləmək çətindir. Bu səbəbdən Kapatortinin təqdim etdiyi tərif əsas 
alınsa  da,  bütün  cəmiyyətlər  tərəfindən  tam  qəbul  edilmir.  Ancaq  azlıqları 
xarakterizə etmək üçün verilən təriflərə baxdığımız zaman onların çoxunda 
bir  çox  ortaq  istiqamət  müşahidə  edilir  (Məsələn,  BMT-nin  İnsan  Hüquq-
ları Komissiyasının Ayrı-seçkiliyin qarşısının alınması vә azlıqların müdafiәsi 
üzrә  Alt  Komitəsi  “azlıq”  anlayışına  tam  bir  açıqlama  gətirmək  üçün  Cules 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
181
Desçenesdən  də  bir  araşdırma  aparılmasını  istəmişdir.  Desçenes  “azlıq” 
anlayışı  ilə  bağlı  araşdırmalarının  nəticəsi  olaraq  1985-ci  ildə  Kapatortinin 
tərifindən az fərqlənən bir tərif təqdim etmişdir [Bax: 31, s.39]. Qeyd edək ki, 
bir neçə tərif istisna olmaqla bu təriflərin çox böyük fərqliliklər ehtiva etdiyini 
söyləmək çətindir. 
Beləliklə, oxşar xüsusiyyətlərə baxdığımız zaman “azlıq” olaraq təyin oluna 
biləcək qrupların beş xüsusiyyətə sahib olmalarının zəruri olduğunu qeyd edə 
bilərik: 
-   sayca əksəriyyətdən az olma;
-  sosial həyatda və siyasət sahəsində suveren olmama;
-   yaşadığı ölkənin vətəndaşlığına sahib olma;
-   müxtəlif etnik, dini və dil xüsusiyyətlərinə sahib olma;
-   mədəniyyətlərini,  ənənələrini  və  ya  dillərini  qoruma,  varlıqlarını  davam 
etdirmə mövzusunda birlik içərisində olma [28, s.10].
Ece Özgünün fikrincə, fərqli xüsusiyyətlərə malik insan və ya insan birliklərinə 
bir status qazandırılması mövzusu tamamilə siyasi bir mövzu olduğu halda, 
bu  insanlara  tanınması  lazım  olan  hüquqlar  hüquqi  bir  ölçü  daşımaqdadır. 
Əslində, bu hüquqlara sahib olmaq üçün mütləq bir “azlıq” statusu daşımaq 
lazım deyildir [30]. 
“Azlıq” hüquqlarını anlamaq üçün ilk növbədə fərqli, amma bir-biri ilə ya-
xından əlaqəli iki hüquq növündən söhbət gedə bilər:
a ) Neqativ bərabərlik hüquqları və ya qısacası neqativ hüquqlar: Bunlar bir 
ölkənin bütün vətəndaşlarına tanınan fərdi hüquqlardır. Məsələn, qanun qarşı-
sında bərabərlik, siyasi hüquq bərabərliyi, dinini tətbiqetmə azadlığı və s. kimi.
b) Pozitiv hüquqlar: Bunlar bütün vətəndaşlara deyil, yalnız azlığa tanınır. 
Əsas azlıq hüquqları bunlardır. Azlıq nümayəndəsi bunları öz qrupu ilə birlikdə 
istifadə edir, yəni bunlar qrup hüquqlarıdır [27, s.22; 30].
 
1.2. Aİ-nin ilkin hüququnda azlıqlar
Tarixi inkişaf prosesinin də göstərdiyi kimi, Aİ üçün “demokratiya və insan 
hüquqlarına  hörmət”  anlayışı  İttifaqın  əsasını  təşkil  edən  prinsiplər  sırasın-
dadır. Buna görə insan hüquqlarına (o cümlədən azlıq hüquqlarına) hörmət 
göstərilməsi Aİ-nin işində iştirak etmək istəyən dövlətlər üçün bir ön lazımlılıq, 
Aİ ilə ticarət və digər müqavilələr bağlamaq istəyən ölkələr üçün isə bir ön 
şərtdir [32, s. 47].
Aİ  hüququnun  qaynaqları  ibtidai  və  orta  qaynaqlar  olaraq  ikiyə  ayrılır. 
Qurucu  sazişlər,  qurucu  sazişlərdə  edilən  dəyişiklikləri  ehtiva  edən  sazişlər, 
birliklərə  iştirak  razılaşmaları  və  hüququn  ümumi  prinsipləri  əsas  qaynaqla-
ra  daxildir.  İkinci  qaynaqlar  isə  Aİ  orqanlarının  qurucu  sazişlərdən  aldıqları 
səlahiyyət əsasında qəbul etdikləri qaydalar, təlimatlar, qərarlar, tövsiyələr və 
s.-dən ibarətdir.
Aİ-nin qurucu sazişlərindən olan 1951-ci il tarixli Paris Sazişi (Avropa Polad 
və Kömür İttifaqını quran Saziş) ilə 1957-ci il tarixli Roma Sazişində (Avropa 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə