Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə68/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   64   65   66   67   68   69   70   71   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
186 
Bu Pakt BMT çərçivəsində azlıq hüquqları mövzusunda ilk və ən əhəmiyyətli 
beynəlxalq  sənəd  xüsusiyyətindədir.  Çünki  azlıq  hüquqları  bu  tarixə  qədər 
ümumi insan hüquqları anlayışının tərkibində verilmişdir. Bu sənəd ilə azlıqla-
rın fiziki varlıqları tanınmışdır. Müqavilənin 26-cı maddəsi azlıqlara dolayısı ilə 
(“Bütün insanlar qanun qarşısında bərabərdir və heç bir ayrı-seçkilik qoyulma-
dan müdafiə olunmaq hüququna malikdir. Bu baxımdan hər cür ayrı-seçkilik 
qanunla qadağan olunmalı və qanun bütün şəxslərin hər hansı əlamətinə, o 
cümlədən irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər 
əqidələrinə, milli, yaxud sosial mənşəyinə, mülki vəziyyətinə, doğuluşuna, yaxud 
digər hallara görə ayrı-seçkilikdən bərabər və təsirli müdafiə olunmasını təmin 
etməlidir”), 27-ci maddəsi isə birbaşa qoruma təmin etməkdədir (“Etnik, din 
və dil azlıqlarının mövcud olduğu ölkələrdə belə azlıqlara mənsub olan şəxslər 
həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən bəhrələnmək, öz 
dininə etiqad etmək və onun ayinlərini icra etmək, eləcə də öz doğma dilindən 
istifadə etmək hüququndan məhrum edilə bilməz”)  [14]. 
1966-cı ildə qəbul edilən digər bir sənəd “İqtisadi, sosial və mədəni hüquq-
lara dair” Beynəlxalq Paktdır. Bu Paktın ayrı-seçkilik etməməyi nəzərdə tutan 
2-ci maddəsi, iş yerlərində bərabər hüquqları əks etdirən 7-ci maddəsi, təhsil 
hüquqları ilə əlaqədar hökmləri ehtiva edən 13-cü maddəsi və mədəni hüquq-
ları ehtiva edən  15-ci maddəsi bilvasitə azlıqlarla əlaqədardır.
Qeyd edək ki, BMT-nin 1990-cı il 18 dekabr tarixli “Bütün fəhlə miqrant-
ların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq 
Konvensiyasında, 1976-cı il 23 mart tarixli “Mülki və siyasi hüquqlar haqqında” 
Beynəlxalq Paktının birinci fakültətiv Protokolunda, 1989-cu il 15 dekabr tarixli 
ikinci fakültətiv Protokolunda və insan hüquqları sahəsində mövcud olan digər 
beynəlxalq sənədlərində ümumilikdə insan hüquqlarının qorunması ilə bağlı 
mühüm maddələr öz əksini tapmışdır [15; 19]. 
2.4. Avropa Şurası və ATƏT daxilində azlıqlar
II  Dünya  müharibəsindən  sonrakı  dövrdə  azlıqların  hüquqlarının  qorun-
masına  fəaliyyətində  geniş  yer  verən  qurumlarından  biri  də  Avropa  Şurası-
dır (AŞ).  İlk növbədə qeyd edək ki, AŞ də ilkin mərhələdə azlıq hüquqlarına 
ümumilikdə insan hüquqları kontekstində yer vermişdir. 1950-ci il tarixli “İn-
san hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyası bu sahədə 
Avropa Şurasının ən böyük nailiyyətlərindən biri hesab edilir. Bu Konvensiya 
BMT-nin “İnsan hüquqları üzrə Ümumi Bəyannamə”sində təsbit olunan bəzi 
hüquqların  kollektiv  həyata  keçirilməsi  istiqamətində  atılan  ilk  addım  kimi 
qiymətləndirilir. Əhəmiyyətinə görə presedenti olmayan bu beynəlxalq sənəd 
hər bir vətəndaşın ayrılmaz hüquq və azadlıqlarının məcmusunu özündə ehtiva 
edir, dövlətlər qarşısında onun yurisdiksiyasına düşən hər bir şəxsə bu hüquq-
ları təmin etmək öhdəliyi qoyur [9]. 1953-cü il sentyabrın 3-də qüvvəyə min-
miş Konvensiyanın “Ayrı-seçkiliyin qadağan olunması” adlı 14-cü maddəsində 
qeyd  olunur  ki,  “Bu  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqlardan 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
187
istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, 
milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər 
hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır” [11].
1961-ci ildə qəbul edilmiş və 1965-ci ildə qüvvəyə minmiş Avropa Sosial Xar-
tiyası da əsas hüquqların geniş dairəsindən istifadə etməyə təminat verir. Əmək 
hüququ, ədalətli əmək haqqı, bərabər əməyə görə bərabər haqq, sosial sığor-
ta, tibbi yardım, peşə hazırlığı, həmçinin əmək müqavilələrinin bağlanması, tətil 
hüququ bu sahəyə aid edilir [11]. Bundan başqa, 1992-ci ildə qəbul edilən “Re-
gional və ya azlıq dilləri haqqında” Avropa Xartiyası qarşıya Avropada danışılan 
regional və ya azlıq dillərinin qorunmasını məqsəd qoymuşdur [33]. 
Avropa  Şurasının  1995-ci  il  fevralın  1-də  qəbul  etdiyi  “Milli  azlıqların 
müdafiəsi  haqqında”  Çərçivə  Konvensiyası  milli  azlıqlarla  bağlı  qəbul  edilən 
ilk sistemli beynəlxalq sənəddir. Bu Konvensiya müasir dövrdə azlıq hüquqları 
standartlarının təyin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir [Bax: 12].
Məlumdur ki, SSRİ-nin süqutu və Yuqoslaviyanın parçalanması ilə birlikdə 
“azlıqlar” problemi xüsusilə Mərkəzi və Şərqi Avropanın gündəminə gətirilmişdir. 
Bunun  səbəbi  Balkanlarda  milli  azlıqlardan  qaynaqlanan  təhdidlərin  digər 
ölkələrə də yayılması ilə bağlı narahatlıqların artması idi. Bu problemlə bağlı ilk 
addım atan təşkilat ATƏT-dir. Soyuq müharibə dövründə Avropadakı mövcud 
vəziyyəti qorumaq, Şərqi və Qərbi Avropa arasında dialoqu təmin etmək və 
ortaq bir təhlükəsizlik sistemi yaratmaq məqsədilə 1973-cü ildə 35 ölkənin iş-
tirakı ilə Helsinkidə toplanmağa başlayan “Avropa Təhlükəsizlik və  Əməkdaşlıq 
Konfransı” (ATƏM) soyuq müharibədən sonrakı dövrdə bölgədə tam və davam-
lı sülh və əməkdaşlığı təmin edən bir vasitə kimi düşünülmüşdür. 1992-ci ildə 
Helsinki Zirvəsi ilə formallaşma müddətinə girən ATƏM 1994-cü ildəki Buda-
peşt Sammitində bugünkü şəklini alaraq, “Avropa Təhlükəsizlik və Əməkdaşlıq 
Təşkilatı”na  (ATƏT)  çevrilmişdir  [28,  s.43].  ATƏT-in  dövlət  rəhbərliyi  mövzu-
sundakı qaydaları milli azlıqların üzvlərinə istiqamətli fərdi təzyiqləri önləyəcək 
şəkildə yenidən təşkil edir. Bu səbəbdən təşkilatın bütün rəsmi sənədlərində 
milli azlıqların hüquqlarına istiqamətli ifadələr istifadə edilmişdir. Bu dövrün 
başlıca mətnləri Kopenhagen Sənədi (1990), Yeni Avropa üçün Paris Xartiyası 
(1990), Milli Azlıqlar haqqında Cenevrə Hesabatı (1991), Moskva Sənədi (1991), 
Helsinki Sənədi (1992) və Budapeşt Sənədində (1994) əksini tapmışdır.
“Azlıqlar” mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf 
1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonun-
da  35  iştirakçı  dövlət  tərəfindən  qəbul  edilən  “Helsinki  Yekun  Aktı”nda  mil-
li  azlıqların  müdafiəsi  ilə  bağlı  hökmlərin  olmasıdır.  Nəticədə  qəbul  edilmiş 
qərarların  7-cisində  fərdi  zərərlərin  qarşısının  alınması  ilə  yanaşı,  dövlətlərə 
milli  azlıq  mənsublarının  bütün  insan  hüquqları  və  əsas  azadlıqlarından  ya-
rarlanmasını  təmin  etməyi  öhdələrinə  götürmələri  tövsiyə  olunur.  Bu  Aktda 
əvvəlki dövrlərdə hakim olan “ayrı-seçkiliyin qarşısının alınması” anlayışının ye-
rini “azlıqların qorunması” anlayışına buraxacağı siqnalları verilmişdir. Helsinki 
Yekun Aktının qərarlarının məcburi hüquqi qüvvəsi olmasa da, üst səviyyədə 
bir siyasi iradə bəyanatı kimi qəbul edilməlidir [31, s.142].


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə