Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə71/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   67   68   69   70   71   72   73   74   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
192 
hüquqların hər hansı şəkildə – bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına 
yol verilmir [5].  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi vətəndaşların 
bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir [6]. 
Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 
1996-cı  il  31  may  tarixində  qoşulduğu  “İrqi  ayrı-seçkiliyin  bütün  formalarının 
aradan qaldırılması”, “Aparteidin qarşısının alınması və onun cəzalandırılması” 
və “Genosidin qarşısının alınması və onun cəzalandırılması” haqqında BMT Kon-
vensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da ölkədə tətbiq olunur [10].
Qeyd  edək  ki,  Azərbaycanın  Avropa  Şurası  qarşısında  götürdüyü 
öhdəliklərdən  biri  də  “Milli  azlıqlar  haqqında”  Qanunun  qəbul  edilməsidir. 
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan qanunvericiliyində milli və dini az-
lıqların hüquqlarının qorunması sahəsində kifayət qədər müddəalar öz əksini 
tapmışdır. Eyni zamanda, bu gün Azərbaycanda milli azlıqlarla bağlı heç bir 
problem yoxdur. Bu amilləri nəzərə aldıqda, fikrimizcə, bu sahədə ayrıca bir 
qanunun qəbul edilməsinə ehtiyac hiss edilmir.
BMT Baş Assambleyasının “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub 
olan şəxslərin hüquqları haqqında Bəyannamə” və Avropa Şurasının “Milli az-
lıqların hüquqlarının qorunması haqqında” Çərçivə Konvensiyası Azərbaycan 
parlamentində ratifikasiya edilmişdir. Qeyd edək ki, Azərbaycan Avropa Şura-
sının qeyd edilən Çərçivə Konvensiyasına 2000-ci ilin iyun ayında, yəni bu ali 
quruma üzv olmamışdan əvvəl qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə 
əsasən, Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin 
hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmiş-
dir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi 
Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib et-
mişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-
dan aprelin 4-nə kimi Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın 
milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin 
əyani göstəricisidir [10].
Ümummilli lider Heydər Əliyevin milli azlıqların vəziyyəti ilə bağlı müva-
fiq  hesabatın  hazırlanması  barədə  Sərəncamı  (2001-ci  il  noyabrın  1-də)  bir 
ildən bir az çox müddət ərzində yerinə yetirildi. Azərbaycan Respublikasının 
Xarici  İslər  Nazirliyi  milli  azlıqlara  mənsub  olan  şəxslərin  hüquqlarının  qo-
runması  üzrə  mövcud  vəziyyət  barədə  Avropa  Şurasına  göndərdiyi  hesabat 
məktubunda  ölkədə  milli  azlıqlara  tolerant  münasibətdən  bəhs  olunur.  He-
sabatda  qeyd  edilir  ki,  “Azərbaycan  müxtəlif  etnik  və  dini  qrupların  ənənəvi 
dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən 
milli  siyasətin  aparıldığı  çoxmillətli  və  çoxdinli  ölkədir.  Qanun  mənşəyindən, 
milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azad-
lıqlarının bərabərliyinə təminat verir. 
Bir  neçə  əsr  ərzində  milli  azlıqlara  mənsub  olan  şəxslər  Azərbaycanda 
Azərbaycan  xalqı  ilə  sülh  və  harmoniya  şəraitində  yaşamış  və  yaşa-
yırlar.  Azərbaycan  tarixən  unikal  çoxmillətli  cəmiyyət  olduğu  üçün  bu 
multimədəniyyətli, multietnik irs hətta bu gün də Azərbaycanda qorunub sax-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
193
lanılmaqdadır. 
Ölkəmizin  20%  ərazisini  işğal  etmiş  qonşu  Ermənistanla  12  illik  silah-
lı  münaqişə  nəticəsində  mövcud  olan  çətinliklər,  erməni  silahlı  qüvvələri  və 
terrorçu  qruplaşmalarının  təşkil  etdiyi  etnik  təmizləmənin  qurbanları  olan 
azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət 
(kürdlər,  ruslar,  yəhudilər  və  s.)  təxminən  1  milyon  qaçqın  və  məcburi  köç-
künün,  həmçinin  keçid  dövrünün  problemlərinin  mövcudluğuna  baxmaya-
raq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl 
siyasətini davam etdirir” [10].
Dünya  birliyinin  Azərbaycanda  həyata  keçirilən  milli  siyasətə  münasibəti 
ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş 
Dəyirmi masa zamanı da özünü qabarıq şəkildə büruzə vermişdir. 2002-ci il 
sentyabrın  18-də  “Azərbaycanda  milli  azlıqlar:  gerçəkliklər  və  perspektivlər” 
mövzusunda keçirilən tədbirin məqsədi də Azərbaycan gerçəkliklərinin AŞ-də 
dərindən öyrənilməsi olub. Məhz bu gerçəkliklər AŞ mütəxəssislərinin diqqətini 
çoxdan cəlb edirdi. Elə buna görə də tədbirin keçirilməsi AŞ tərəfindən böyük 
razılıqla qarşılandı. AŞ rəhbərliyi bunu ilk qaranquş adlandırdı. Çünki qurumun 
təcrübəsində belə tədbir ilk dəfə keçirilirdi [10].
2002-ci ilin oktyabrında Strasburqda Avropa Şurasının baş katibi Valter Şvim-
merin iştirakı ilə Azərbaycanda milli azlıqlarla bağlı dövlət siyasəti məsələsinə 
həsr  olunmuş  ayrıca  müzakirələr  aparılmışdır.  Müzakirələr  nəticəsində 
Azərbaycanın milli siyasətini bəyənən və müsbət qiymətləndirən Avropa Şurası 
bu səpkidə müzakirələrin digər dövlətlərin də iştirakı ilə aparılması qərarına 
gəlmişdi. Hətta Azərbaycanın milli azlıqlarla bağlı yürütdüyü siyasətin və bu 
sahədə əldə olunan təcrübənin başqa dövlətlər üçün də gərəkliliyi vurğulan-
mışdı [20]. 
2005-ci il dekabr ayının 19-da Bakıda ölkəmizdə “Milli azlıqların müdafiəsi 
haqqında”  Çərçivə  Konvensiyasının  həyata  keçirilməsi  sahəsində  əldə  edilmiş 
nailiyyətlərin nəzərdən keçirilməsi və Məşvərətçi Komitəsinin qərarları, həmçinin 
Nazirlər  Komitəsi  tərəfindən  qəbul  edilmiş  Qətnamənin  nəticələrinin  yerinə 
yetirilməsi  üzrə  atılmış  addımların  müzakirəsinə  həsr  olunmuş  seminar  keçi-
rilmişdir. 2007-ci il yanvarın 10-da Azərbaycan Respublikası AŞ-yə ikinci dövr 
üzrə hesabatını təqdim etmişdir. Məşvərətçi Komitə ölkə hesabatındakı, eləcə də 
2007-ci il sentyabr ayının 10-14-də Bakı və Lənkərana baş tutmuş səfər zamanı 
əldə edilmiş məlumatlar əsasında 2008-ci ilin yanvar ayında Azərbaycana dair 
ikinci rəyini hazırlamışdır [8].
Qeyd edək ki, ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli 
azlıqların hüquqlarının qorunmasına dair vəziyyəti müşahidə etmək məqsədilə 
Azərbaycana bir neçə dəfə səfər etmişdir. 
2011-ci  ildə  Prezident  İlham  Əliyev  Azərbaycan  Respublikasının  Avropa 
Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşul-
masını  nəzərə  alaraq,  həmin  Konvensiya  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi 
ilə bağlı Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinin hazırlanmasını 
və Azərbaycan Respublikası Hökuməti adından Avropa Şurasının Baş katibinə 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə