Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə69/96
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32375
1   ...   65   66   67   68   69   70   71   72   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
188 
ATƏT-in 1990-cı ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirdiyi zirvə 
toplantısından sonra nəşr olunan “Kopenhagen Bəyannaməsi” insan hüquq-
ları sahəsinə “Kopenhagen kriteriyaları” deyilən qaydaları gətirmişdir. Demok-
ratiya, hüququn üstünlüyü və insan hüquqları əsasında inkişaf etdirilən yeni 
meyarların ən əhəmiyyətli bölümü Bəyanatda xüsusi diqqət yetirilən “milli az-
lıqlar” mövzusudur. Bu sənəddə (xüsusilə IV hissəsində) milli azlıqlara mənsub 
şəxslərin hüquqlarına hörmət üzv dövlətlərdə sülh, ədalət, sabitlik və demokra-
tiyanın təmin edilməsi üçün imtinaedilməz fakt kimi qeyd olunmuşdur [22, s.92]. 
Bu sənədə görə, milli azlıq mənsubları dövlətin əsas hüququna zidd olmadan 
öz təhsil, mədəniyyət və dini təşkilatlarını yarada, dini fəaliyyət göstərə, ana 
dillərini şəxsi həyatlarında azad şəkildə istifadə edə, dövlət və qeyri-hökumət 
təşkilatlarında azad şəkildə çalışa bilərlər. Onlar ana dillərində oxumaq və təhsil 
almaq  hüquqlarına  sahibdirlər.  Qısacası,  Kopenhagen  Bəyannaməsində  milli 
azlıqların hüquqları sahəsində geniş standartlar əks olunmuşdur.
Kopenhagen  Bəyannaməsindən  sonra  “Yeni  Avropa  üçün  Paris  Xartiyası” 
və  “Cenevrə  Hesabatı”  azlıqlarla  bağlı  ATƏT  çərçivəsində  ortaya  çıxan  digər 
sənədlərdir.  1990-cı  il  Paris  Xartiyasında 
“azlıq”  anlayışı  “milli”  sifəti  ilə  xarakterizə 
edilmişdir.  Bu  sənəd  milli  azlıqların  qorun-
masını  və  azlıq  hüquqlarına  universal  in-
san  hüquqlarının  bir  hissəsi  kimi  hörmət 
göstərilməsinin  vacib  olduğunu  vurğulayır. 
1991-ci il Cenevrə Hesabatı da milli azlıqlar 
mövzusunun  xüsusilə  soyuq  müharibədən 
sonra  Avropada  qazandığı  əhəmiyyəti  vur-
ğulamış,  azlıqların  qorunması  üçün  tətbiq 
oluna  biləcək  demokratik  yollardan  biri 
kimi  yerli  və  regional  muxtariyyəti  qeyd 
etmişdir.  Hesabatın  milli  azlıqlar  üçün 
əhəmiyyəti  isə  “milli  azlıqlar”  mövzusu-
nun  yalnız  milli  səlahiyyət  sahəsi  daxilində 
qiymətləndirilməsinə  son  verilməsidir    [22,  
s.93].
ATƏT-in 
“azlıqlar” 
mövzusundakı 
cəhdləri  və  yenilikləri  1991-ci  il  Moskva, 
1992-ci il Helsinki sənədləri ilə davam etdi-
rilmişdir. 
Bundan  başqa,  1992-ci  ildə  ATƏT 
çərçivəsində  “münaqişələrin  qarşısının 
mümkün  qədər  ilkin  mərhələdə  alınması 
üçün vasitə olan” (və keçmiş Yuqoslaviya-
dakı  vəziyyətə  cavab  olaraq)  Milli  Azlıqlar 
üzrə Ali Komissarlıq (MAAK) yaradılmışdır. 
Qeyd  edək  ki,  MAAK  nəzarət  mexanizmi 
ATƏT-in 1990-cı ildə 
Danimarkanın paytaxtı 
Kopenhagendə keçirdiyi 
zirvə toplantısından sonra 
nəşr olunan “Kopenhagen 
Bəyannaməsi” insan 
hüquqları sahəsinə 
“Kopenhagen kriteriyaları” 
deyilən qaydaları gətirmişdir. 
Demokratiya, hüququn 
üstünlüyü və insan hüquqları 
əsasında inkişaf etdirilən yeni 
meyarların ən əhəmiyyətli 
bölümü Bəyanatda xüsusi 
diqqət yetirilən “milli azlıqlar” 
mövzusudur. Bu sənəddə milli 
azlıqlara mənsub şəxslərin 
hüquqlarına hörmət üzv 
dövlətlərdə sülh, ədalət, 
sabitlik və demokratiyanın 
təmin edilməsi üçün 
imtinaedilməz fakt kimi qeyd 
olunmuşdur.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
189
deyil, o, konkret tövsiyələrin təməli qismində hər bir dövlət tərəfindən qəbul 
edilən beynəlxalq standartları tətbiq edir. Bu Komissarlığın  əsas vəzifəsi Av-
ropa məkanında milli məsələlərlə əlaqədar yaranmış konfliktlərin qarşısının 
alınması və yaxud da onun həll olunması üçün ciddi tədbirlərin görülməsidir. 
Ötən  illər  ərzində  Ali  Komissarlıq  topladığı  təcrübəyə  əsaslanaraq  bir  sıra 
tədbirlər həyata keçirmişdir. Avropada təhlükəsizliyin təmin olunması üçün 
milli-etnik zəmində konfliktlərin aradan qaldırılmasının çox vacib məsələ ol-
duğunu yaxşı dərk edən bu Komissarlıq daha çox Orta və Şərqi Avropa əsaslı 
fəaliyyət göstərdiyindən, çox təəssüf ki, Aİ sərhədlərindəki milli azlıqlar üçün 
daşıdığı simvolik əhəmiyyətindən kənara çıxa bilməmişdir [22,  s.94].
Qeyd edək ki, 1992-ci ildən bu yana ATƏT PA-nın Milli azlıqlar üzrə Ali Ko-
missarlığının ən vacib sənədlərindən biri kimi “Bolzano tövsiyələri”ni göstərmək 
olar. Bu ali qurumun Milli azlıqlar üzrə Ali Komissarı Knut Vollebek tərəfindən 
hazırlanaraq 56 üzv ölkəyə təqdim olunan 4 hissədən, 19 tövsiyədən ibarət 
bu sənəddə göstərilir ki, “milli azlıq” deyərkən ərazisində yaşadıqları dövlətin 
tanıyıb-tanımamasından  asılı  olmayaraq  mövcud  olan  dini,  dil,  mədəni,  et-
nik  azlıqlar  nəzərdə  tutulur  [35].  Odur  ki,  bu  gün  bu  azlıqlara  münasibətin 
dəqiqləşdirilməsinin olduqca ciddi əhəmiyyəti var. 
Bundan başqa, ATƏT zonasında azlıqların hüquqlarının lazımi qaydada və 
ardıcıl tətbiqinə nail olmaq üçün daha 3 tövsiyə (Milli azlıqların təhsil hüquq-
larına dair Haaqa tövsiyələri (1996), Milli azlıqların dil hüquqlarına dair Oslo 
tövsiyələri (1998), Milli azlıqların dövlət həyatında səmərəli iştirakına dair Lund 
tövsiyələri)  və  1  rəhbər  müddəa  (“Yayım  mediasında  azlıqların  dillərindən 
istifadə haqqında” (2003)) qəbul edilmişdir.
Beləliklə,  ATƏT-in  fəaliyyətinə  nəzər  yetirdiyimiz  zaman  bu  qurumun 
xüsusilə  azlıqlarla  əksəriyyət  arasındakı  qarşıdurmanı  azaltmağa,  azlıqların 
təzyiq  görməməsi  üçün  dövlətlərin  milli  azlıqlarla  əlaqələrini  təkrar  forma-
laşdırmağa  digər  qurumlarla  müqayisədə  nisbətən  daha  çox  cəhd  etdiyini 
söyləmək mümkündür. 
3. Azərbaycan qanunvericiliyində milli və dini azlıqlar 
Məlumdur ki, müasir dövrdə insan hüquqları və azadlıqları sahəsində baş 
verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik norma-
ları əsasında tənzimlənir: “Hazırda insan haqları və azadlıqlarına dair sənəd və 
mexanizmlər daha çox universal səciyyə daşımağa başlamışdır. Bu, bir tərəfdən 
insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmiş beynəlxalq qanun-
vericiliyin  və  mexanizmlərin  təkmilləşdirilməsindən,  konkretləşdirilməsindən 
ibarətdirsə, digər tərəfdən üzv dövlətlərin məsuliyyətinin artırılması, öhdəlik 
götürmüş dövlətlər üzərində beynəlxalq nəzarət mexanizmlərinin yaradılması 
və  gücləndirilməsi  məqsədi  daşıyır.  BMT  nizamnaməsində,  beynəlxalq  kon-
vensiyalarda və bir çox ölkələrin konstitusiyalarında insan hüquqları daha çox 
cəmiyyətin özülü və tərkib hissəsi kimi qəbul edilir” [19].
Demokratik, hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respubli-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə