STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
182
İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini quran Saziş) azlıq hüquqla-
rına heç toxunulmamış, insan hüquqları və bu hüquqları qorumaq üçün mü-
vafiq beynəlxalq müqavilələrə birbaşa istinad edilməmişdir. Bundan başqa,
qurucu sazişlərində azlıqların qorunması bir səlahiyyət sahəsi olaraq da təyin
edilməmişdir [30].
1.3.
Maastrixt Sazişi
Aİ-nin yaranmasını şərtləndirən, 1992-ci il fevralın 7-də Hollandiyanın
Maastrixt şəhərində imzalanan, 1993-cü ilin noyabrın 1-də qüvvəyə minən
və özündə Avropa ölkələrinin pul və siyasi sistemlərinin tənzimlənməsini əks
etdirən Maastrixt (Maastrich) Sazişinə (bu sazişə Avropa İttifaqı Sazişi (AİŞ) də
deyilir) qədər, qeyd etdiyimiz kimi, Aİ-nin qurucu sazişlərində insan hüquq-
ları və əsas azadlıqlarla əlaqədar birbaşa gətirilmiş bir hökm müşahidə edil-
mir. Maastrixt Sazişinin 6-cı maddəsindəki ifadələr əsas hüquq və azadlıqlar
sahəsində hüququn üstünlüyünü Aİ hüququnun təməlinə yerləşdirmişdir [34,
ss. 3-38]. Bu maddayə əsasən, Aİ azadlıq, demokratiya, insan hüquqları və əsas
azadlıqlara hörmət ilə qanunun aliliyi prinsipləri üzərində qurulmuşdur [29].
Sazişin 12-ci maddəsi ilə ayrı-seçkiliyi önləməyə istiqamətli gətirilən hökmlər
də bilvasitə azlıqlar mövzusu ilə əlaqədardır. Sazişdə “Mədəniyyət” başlığı al-
tında verilən “Avropa mədəniyyətlərinin davam etməkdə olan fərqliliklərini
zəmanət altına almanın” İttifaq üçün önəmi ilə bağlı hissə də azlıqların qorun-
ması ilə bilvasitə əlaqəlidir.
Maastrixt Sazişinin azlıqlarla əlaqəli digər bir bölümü də Aİ-nin öz xaricindəki
beynəlxalq təşkilatlarda mövzuya bağlı olaraq gətirilən tənzimləmələr qarşı-
sındakı mövqeyi ilə əlaqədardır. Sazişdə qeyd olunur ki, “1950-ci il noyabrın
4-də Romada imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Avropa Konvensiyası ilə təminat altına alınan və üzv dövlətlərin or-
taq konstitusiya ənənələrindən qaynaqlanan təməl hüquqlara İttifaq hüququ-
nun ümumi prinsipləri olaraq hörmət ediləcəkdir” [29].
1.4.
Amsterdam Sazişi
1997-ci il oktyabrın 2-də imzalanan və 1999-cu il mayın 1-də qüvvəyə minən,
Aİ-nin Avropanın mərkəzi və şərqinə doğru böyüməsini hədəfə alan Amsterdam
Sazişi ilə Maastrixt Sazişinə 7-ci maddə əlavə olunmuşdur. Bu maddə ilə üzv
dövlətlərdən biri Maastrixt Sazişinin 6-cı maddəsinə zidd davrandığı təqdirdə
Şuraya ona lazımlı sanksiyaları tətbiq etmək hüququ tanınmışdır [24].
Amsterdam Sazişi ilə Maastrixt Sazişinə digər bir dəyişiklik 49-cu maddədə
edilmiş və 6-cı maddədəki “azadlıq, demokratiya, insan hüquqları və əsas azad-
lıqlar ilə qanunun aliliyi” prinsiplərinə və Avropa İnsan Haqları Konvensiyasında
zəmanət altına alınan əsas hüquqlara hörmət edən hər bir Avropa dövlətinin
İttifaqa üzv olmaq üçün müraciət edə biləcəyi qeyd edilmişdir.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
183
Amsterdam Sazişi ilə AİŞ-in 13-cü maddəsində də dəyişiklik edilərək gender,
irqi və etnik mənşə, din və ya inanc, əlillik, yaş və ya cinsi mövqeyə söykənən
ayrı-seçkiliklə mübarizə aparmaq üçün Şuraya uyğun cəhdlər etmə səlahiyyəti
verilmişdir. Şura bu səlahiyyətini istifadə edərkən AİŞ tərəfindən tanınan
səlahiyyətlər daxilində hərəkət etməli, Komissiyanın göstərişi və Parlamentlə
məsləhətləşmələrdən sonra səs çoxluğu ilə qərar qəbul etməlidir.
Beləcə Amsterdam Sazişi ilə həm AİŞ-də əks olunan prinsipləri pozan
dövlətlər üçün sanksiya tətbiq etmək hökm altına alınmış, həm də İttifaqa yeni
qatılacaq ölkələrin üzvlüyə qəbulunda azadlıq, demokratiya, insan hüquqları
və əsas azadlıqlar ilə qanunun aliliyi prinsiplərinə hörmət göstərilməsi hüquqi
bir şərt olaraq qəbul edilmişdir.
1.5.
Nitsa Sazişi
2003-cü il fevralın 1-də qüvvəyə minən Nitsa Sazişi [28, s.65] ilə də Maastrixt
Sazişində dəyişikliklər edilmişdir. 7-ci maddədə edilən dəyişiklik nəticəsində
6-cı maddədə əksini tapan prinsiplərin ciddi şəkildə pozulması riskinin olduğu
vəziyyətlərdə üzv ölkələrin üçdə biri və Parlament və ya Komissiya tərəfindən
ediləcək əsaslandırılmış təklif ilə, Parlamentin də təsdiqini alaraq, Şuraya
hərəkətə keçmə səlahiyyəti tanınmışdır.
Nitsa Sazişinin 1-ci maddəsində edilən dəyişikliyə görə, Şura əvvəlcə
üzv dövlətin fikirlərini dinləyəcək, müstəqil şəxslərdən qurulacaq bir qrup-
dan müəyyən bir müddət ərzində mövzu haqqında hesabat hazırlanmasını
istəyəcək və bundan sonra prinsipləri pozma riskinin olub-olmadığına dair
qərar verəcək. Şura bu qərarı 4/5 səs çoxluğu ilə qəbul etməlidir. Bununla da
əsas hüquq və azadlıqların ciddi şəkildə pozulma riskinin ortaya çıxması ilə
Şuranın hərəkətə keçərək lazımlı tədbirlər görməsi təmin edilmiş olur.
AİŞ-in 46-cı maddəsinə görə, Şura tərəfindən qərarın qəbul edilməsindən
sonra bir ay ərzində haqqında qərar qəbul edilən dövlət tərəfindən sorğu
veriləcəyi təqdirdə Avropa Ədalət Məhkəməsi Şuranın verdiyi qərarın şərtlərə
uyğun olub-olmadığını araşdıracaqdır.
Nitsa Sazişinin 2 (16)-cı maddəsi ilə AİŞ-ə 181a maddəsi də əlavə edilmiş-
dir. Bu əlavə maddəyə əsasən, üçüncü ölkələrlə iqtisadi, maliyyə və texniki
əməkdaşlıq sahələrində tətbiq olunacaq siyasət demokratiyanı və hüququn
üstünlüyünü, insan hüquqlarına və əsas azadlıqlara hörməti inkişaf etdirib
gücləndirməlidir.
Aİ-nin ilkin və orta (ikinci) hüquq sistemində azlıqlara pozitiv hüquqlar
tanınması mövzusunda bağlayıcı xüsusiyyətdə bir hüquqi tənzimləmə təşkil
edilməmişdir. Avropa Parlamenti, Aİ Komissiyası və Aİ Şurasının da bu sahədə
Aİ sazişləri ilə təyin olunan hər hansı bir səlahiyyətləri olmadığından azlıqlara
pozitiv hüquqlar tanıyan nizamnamə və təlimat kimi qanunla məcburi olan
qaydalara getmədikləri görünür. Aİ-nin azlıq hüquqlarını konkret maddələrlə
daxili qanunvericiliyinə daxil etməmə istiqamətindəki mövqeyinin səbəbi üzv