STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
184
ölkələr arasında azlıqlarla bağlı müxtəlif qərarların tətbiqindən qaynaqlanır. Bu
fərqli mövqelərin ortaya çıxmasının əsas səbəbi isə azlıqların qorunması möv-
zusunda Aİ ölkələrinin müxtəlif beynəlxalq öhdəliklər altında olmalarıdır.
2. Avropada “azlıq” siyasətinin tarixi inkişafı
2.1. Problemin
tarixinə nəzər
“Azlıq” anlayışının ilk dəfə XVI əsrdə İslahat hərəkatı ilə ortaya çıxdığını
söyləmək mümkündür. “Millət” anlayışının hələ meydana gəlmədiyi bu dövrdə
Avropadakı fərqli birlikləri ayıran ən əhəmiyyətli element olan din 1648-ci ildə
imzalanmış Vestfal müqaviləsindən milli dövlətin təməllərinin atıldığı 1815-ci
il Vyana Konqresinə qədər azlıq hüquqlarının əsaslarını meydana gətirmişdir.
[22, s.84]. Beynəlxalq hüquqda azlıq anlayışı isə 1560-1648-ci illər arasında Av-
ropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci
ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il
Vestfal Sülh Sazişində protestant vətəndaşlarına ehtiva edilən hökmlərdə azlıq
hüquqlarına da yer verilmişdir [26, s.118-119].
“Dini azlıq” anlayışının əhatəsini genişləndirən “milli azlıq” anlayışının təməli
isə Böyük Fransa inqilabı (1789-1799) ilə atılmışdır. Bu dövrdə “azlıq” anlayışı-
nın tərifinə
irq və
soy elementləri də əlavə olunmuş, bundan başqa, vətəndaşlıq
və siyasi hüquqlarla əlaqədar ilk inkişaflar də ortaya çıxmışdır.
2.2. Millətlər Cəmiyyəti daxilində azlıqlar
Azlıqlar beynəlxalq təşkilat zəmanətinə ilk dəfə iki dünya müharibəsi ara-
sındakı iyirmi illik dövrdə (1919-1939-cu illər) fəaliyyət göstərmiş Millətlər
Cəmiyyəti (MC) dövründə alınmışdır [38]. I Dünya müharibəsindən sonra imza-
lanan sülh müqavilələri müharibədən sonra meydana gələ biləcək problemləri
önləmək məqsədi ilə azlıqlara aid bir hüquqlar sistemi yaratmışdır. Oranın de-
diyi kimi, bununla azlıqlara həm neqativ, həm də pozitiv hüquqlar verilmişdir
[26, s.81-82]. I Dünya müharibəsindən sonra imzalanan sülh müqavilələri azlıq
problemlərinə MC zəmanəti gətirərək, onun üçün beynəlxalq hüquq ölçüsü
təmin etmişdir. Bundan başqa, bu dövrdə hələ “insan hüquqları” anlayışı inkişaf
etmədiyi üçün azlıqların qorunmasına verilən əhəmiyyət də artmışdır. Ancaq
MC yer üzündəki bütün azlıqlar üçün universal qaydalar yaratmaq yerinə siyasi
səbəblərdən qurulduğundan və buna görə dövlət müdaxilələrinin mərkəzi ol-
masından ötrü tənqid olunmuşdur.
I Dünya müharibəsindən sonra xüsusilə Şərqi Avropa və Balkanlarda im-
periyaların dağılması nəticəsində yaşanan böyük sərhəd dəyişiklikləri MC
dövründə qəbul edilən müqavilələr - birbaşa bir azlıq tərifi iştirak etməmiş
olmaqla birlikdə “irq, dil, din bağlarıyla bağlı insanlar” kimi xarakterizə edilməsi
- “azlıq” anlayışını bir növ mədəni şəxsiyyətlə əlaqələndirərək beynəlxalq
müstəviyə daşımışdır [26, s.37].
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
185
2.3. BMT daxilində azlıqlar
Millətlər Cəmiyyəti dövrünün uğursuzluğu və yeni şərtlər azlıqların qo-
runmasına istiqamətli yeni bir sistemə ehtiyac olduğunu ortaya qoymuşdur.
Azlıqların mövqeyi və azlıq hüquqlarının qorunması ilə əlaqədar işlər II Dün-
ya müharibəsinin başlanmasından sonra Birləşmiş Millətlər Təşkilatı (BMT)
tərəfindən davam etdirilmişdir.
1945-ci ildə müttəfiq dövlətlərin Yal-
ta konfransından sonra təsis edilmiş BMT
tərəfindən 1948-ci il dekabrın 10-da qəbul
edilmiş “İnsan hüquqları üzrə Ümumi
Bəyannamə”də azlıqların qorunması möv-
zusuna birbaşa yer verilməmiş, bu məsələ
“ayrı-seçkiliyin qarşısının alınması” prinsipi
əhatəsinə alınmışdır. Bunun səbəbi bun-
dan bir neçə il əvvəl Almaniyada Hitlerin
hakimiyyətdə olduğu dövrdə dövlətlərin
“azlıqlar” mövzusunu öz daxili problemi
olaraq dəyərləndirmələri olmuşdur. Ancaq
Ümumi Bəyannamədə azlıq hüquqlarının
qorunmasına istiqamətli birbaşa bir hök-
mün olmamasına baxmayaraq, azlıqlar bu
sənəddəki bəzi əhəmiyyətli anlayışlardan
faydalanmışlar. Məsələn, Bəyannamənin
1-ci maddəsində qeyd olunan “Bütün in-
sanlar ləyaqət və hüquqlarına görə azad və
bərabər doğulurlar” hökmü ilə “bərabərlik”
prinsipinə vurğu edilmiş, 2-ci maddədəki
“Hər kəs irq, rəng, cins, dil, din, siyasi və digər
səbəblərlə fərq güdülmədən bütün hüquq-
lardan yararlanacaq” hökmü ilə də heç kimə
“ayrı-seçkilik” edilməyəcəyi ifadə edilmişdir.
Bəyannamənin 26-cı maddəsində “Təhsil
hüququ”, 27-ci maddəsində isə “Mədəni
hüquqlar”dan bəhs edilir [13]. Bu Bəyannamə qanuna məcburi qüvvəsi ol-
mayan bir “yaxşı niyyət” sənədi olsa da, burada dilə gətirilən ifadələr azlıq
mənsubları və ya qruplarının tələb edə biləcəkləri fərdi hüquqlardır [25, s.74].
BMT Baş Assambleyasının “Soyqırım cinayətlərinin qarşısının alınması və
cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyası ilə “İrqi ayrı-
seçkiliyin bütün formalarının ləğv olunmasına dair” 1965-ci il tarixli Konvensi-
yasında da azlıqlarla bağlı birbaşa bir hökm əksini tapmamışdır.
BMT çərçivəsində azlıqlar ilə əlaqədar əhəmiyyətli hökmlər daşıyan sənəd
Baş Məclisin 16 dekabr 1966-cı il tarixli qətnaməsi ilə qəbul edilən və 1976-cı
il martın 23-də qüvvəyə minən “Mülki və siyasi hüquqlar haqqında” Paktdır.
Ümumi Bəyannamədə azlıq
hüquqlarının qorunmasına
istiqamətli birbaşa bir
hökmün olmamasına
baxmayaraq, azlıqlar bu
sənəddəki bəzi əhəmiyyətli
anlayışlardan faydalanmışlar.
Məsələn, Bəyannamənin 1-ci
maddəsində qeyd olunan
“Bütün insanlar ləyaqət
və hüquqlarına görə azad
və bərabər doğulurlar”
hökmü ilə “bərabərlik”
prinsipinə vurğu edilmiş, 2-ci
maddədəki “Hər kəs irq, rəng,
cins, dil, din, siyasi və digər
səbəblərlə fərq güdülmədən
bütün hüquqlardan
yararlanacaq” hökmü ilə
də heç kimə “ayrı-seçkilik”
edilməyəcəyi ifadə edilmişdir.