Azərbaycan Respublikasının Kredit Təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları haqqında



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.08.2018
ölçüsü0,55 Mb.
#65711
1   2   3   4   5   6   7   8   9   10   11

Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka nağd pul təhvil 

verildikd

ə, «Pul köçürmələri üçün elan»dan (əlavə 18) istifadə olunur. Pul köçürmələri 

büdc

ə və büdcədənkənar dövlət fondlarının ödənişləri ilə bağlı olduqda, «Büdcə ödənişləri 

üçün elan»dan (

əlavə 19) istifadə olunur. 

6.3. Gündüz m

ədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün mühasibat 

balansında əks olunur. 

6.4. «Elanlar» 

nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə 

doldurulur v

ə bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin 

əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur: 

6.4.1. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının 

aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq 

qeydl


ər aparılır və imzalanaraq müştəriyə qaytarılır. 

6.4.2. «Elanlar» 

nağd pulla birlikdə kassirə təqdim olunur. 

Bank hesa

bı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka nağd pul 

şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edilməlidir. Fiziki şəxs şəxsiyyəti təsdiq edən 

s

ənədi təqdim etməkdən imtina etdikdə və ya şəxsiyyəti təsdiq edən sənədlə «elan» arasında 

uyğunsuzluq olduqda, bank mədaxil əməliyyatını həyata keçirmir.  

6.4.3. Kassir 



«elanlar»ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit 

t

əşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının 



özünd

ə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. 

Kassir nağd pulu qəbul etdikdən sonra «nağd pulun mədaxili üçün elan»da göstərilən 

m

əbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur: 



M

əbləğlər uyğun gəldikdə, «nağd pulun mədaxili üçün elan»ın order, qəbz və elan hissəsi 

kassir t

ərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim 

edilm

əsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan 

hiss

əsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır. 

M

əbləğlər uyğun gəlmədikdə, aşağıda göstərilən qaydada uyğunsuzluq aradan qaldırılır: 



 

nağd pulun məbləği «nağd pulun mədaxili üçün elan»da göstərilən məbləğdən az 



olduqda, çatışmayan məbləğ müştəri tərəfindən ödənilir və ya faktiki qəbul edilmiş 

nağd pul məbləği «nağd pulun mədaxili üçün elan»ın arxa tərəfində qeydə alınır, 

imza və möhürlə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır;  

 



nağd pulun məbləği «nağd pulun mədaxili üçün elan»da qeyd olunan məbləğdən artıq 

olduqda, artıq məbləğ müştəriyə qaytarılır və ya faktiki qəbul edilmiş nağd pulun 

məbləği nağd pulun mədaxili üçün elan»ın arxa tərəfində qeydə alınır, imza və 

möhürlə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır.  



Axşam mədaxil kassası  


6.5. Əməliyyat günü qurtardıqdan sonra müştərilərdən nağd pulu qəbul etmək üçün zəruri 

hallarda kredit t

əşkilatlarında axşam mədaxil kassası yaradılır. 

6.6. Axşam mədaxil kassasının müvafiq işçiləri üzərində «axşam mədaxil kassası» sözləri 

yazılmış möhür və kassanın açarları ilə təchiz edilməlidir. 

6.7. Axşam mədaxil kassasına qəbul edilən nağd pul növbəti iş günündə mühasibat 

balansında əks olunur. 

6.8. Axşam mədaxil kassasına nağd pul gündüz mədaxil kassasına nağd pulun mədaxili və 

r

əsmiləşdirilməsi proseduruna uyğun surətdə qəbul olunur. Bu zaman kredit təşkilatlarında 



müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin funksiyalarını xüsusi təyin 

olunmuş və nəzarət imzası hüququ olan məsul işçi icra etməlidir. 

6.9. Axşam mədaxil kassasının işçilərinin sayı iki nəfərdən (kassir və nəzarətçi-mühasib) az 

olmamalıdır (pulların qəbulunun uçotu kassa aparatı vasitəsi ilə aparılan zaman nəzarətçi-

mühasib olmaya bil

ər). 


6.10. Axşam mədaxil kassasına daxil olan pullar bu Qaydalara müvafiq surətdə 

formalaşdırılmalıdır. 

6.11. Axşam mədaxil kassasına mədaxil olunan nağd pul, müvafiq sənədlər və möhürlər, 

mühafiz


ə üçün pul saxlanan yerə qoyulur. Pul saxlanan yer mühafizəçinin iştirakı ilə kassirə 

v

ə nəzarətçiyə məxsus olan iki açarla bağlanmalı, həmin şəxslərin möhürlərilə 



möhürl

ənməlidir və pul saxlanan yer jurnalında (əlavə 3) imza etdirməklə mühafizəçiyə 

t

əhvil verilməlidir. 



6.12. Axşam mədaxil kassasının işçiləri növbəti gün pul saxlanan yeri (seyfi) mühafizəçidən 

q

əbul etməli, pulu, mədaxil sənədlərini jurnalda imza etdirməklə kassa müdirinə təhvil 



verm

əlidir. 


6.13. Kredit t

əşkilatlarının daxili prosedurlarında nəzərdə tutulduğu halda, açarlar axşam 

m

ədaxil kassasının işçilərində saxlanıla bilər. 



7. M

əxaric kassası 

 

7.1. Nağd pulu məxaric etmək üçün Kredit təşkilatlarında məxaric kassaları yaradılır. 

7.2. Nağd pulun məxarici «pul çekləri»nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) 

əsasən həyata keçirilir. 

7.3. M

əxaric kassasından verilən nağd pul həmin əməliyyat gününün mühasibat balansında 



əks olunur. 

7.4. «Pul çeki» v



ə ya məxaric orderi nağd pul alan tərəfindən doldurulur (mürəkkəbli və ya 

diyirc


əkli qələmlə) və Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına 

m

əsul olan şəxsə bütün rekvizitlər üzrə hesabında «pul çeki»ndə göstərilən məbləğ 



miqdarında vəsaitin olub-olmamasını yoxlamaq üçün təqdim olunur. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə