Azərbaycan Respublikasının Kredit Təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları haqqında



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix31.08.2018
ölçüsü0,55 Mb.
#65711
1   2   3   4   5   6   7   8   9   10   11

Əməliyyat sistemləri avtomatlaşdırılmış Kredit təşkilatlarında kassa məxaric əməliyyatları 

elektron öd

əniş vasitələrindən istifadə edilməklə aparıla bilər. Bu əməliyyatların aparılması 

Kredit t


əşkilatlarının daxili prosedur qaydaları və müştərilər ilə bağlanmış müqavilə ilə 

t

ənzimlənir. 



7.5. Uyğunsuzluq olduqda «pul çeki» yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır. 

7.6. Uyğunsuzluq olmadıqda: 

 

Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs 



tərəfindən kassa jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq «pul 

çeki»nin nəzarət hissəsi müştəriyə qaytarılır;  

 

Müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs «pul çeki»nin əsas 



hissəsini kassa məxaric jurnalında imza etdirməklə nəzarətçiyə təqdim edir;  

 



Nəzarətçi «pul çeki»nin əsas hissəsini bütün rekvizitlər üzrə yoxlayır, uyğunsuzluq 

olduqd


a «pul çeki»nin əsas hissəsini müştərilərin əməliyyatlarının aparılmasına 

məsul olan şəxsə müştəriyə yeni sənədin tərtib edilməsi üçün qaytarılır;  

 

Uyğunsuzluq olmadıqda nəzarətçi «pul çeki»nin əsas hissəsinə imza etməklə kassirə 



təqdim edir;  

 



Kassir «pul 

çeki»ndə göstərilmiş tarixi, məbləğin rəqəmlə və yazı ilə qeyd 

olunmasını, kredit təşkilatında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan 

şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır.  

7.7. Uyğunsuzluq olduqda kassir «pul çeki»nin əsas hissəsini nəzarətçiyə, nəzarətçi isə 

müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə, o isə müştəriyə yeni sənədin 

t

ərtib edilməsi üçün qaytarır. 



Uyğunsuzluq olmadıqda kassir müştəridən pul çekinin nəzarət hissəsini və onun şəxsiyyətini 

t

əsdiq edən sənədini alır və «pul çeki»ndə göstərilən məlumatlarla tutuşdurur. 



Nağd pulu müştəriyə verir və «pul çeki»ni imzalayır. 

 



Müştəri kassadan aldığı nağd pulu kredit təşkilatının nəzarətçisinin iştirakı ilə xüsusi 

ayrılmış otaqda vərəq-vərəq saya bilər. Kənarlaşma olduqda üç nüsxədən ibarət akt 

(əlavə 7) tərtib olunur və kənarlaşma aradan qaldırılır. Kənarlaşmanı aradan 

qaldırmaq üçün aktın birinci nüsxəsi təqsirkar kredit təşkilatına, ikinci nüsxəsi 

mühasibatlığa göndərilir, üçüncü nüsxəsi isə kassada saxlanılır.  

 



Müştəri aldığı nağd pulu Kredit təşkilatının binasında saymadıqda nağd pulun 

çatışmazlığı barədə onun iddiası təmin edilmir (bu barədə Kredit təşkilatının 

kassasında müştərilər üçün görünən yerdə elan asılmalıdır). Lakin, Kredit təşkilatının 

rəhbərliyi bu məsələlər barədə müvafiq tədbirlər görməlidir.  



8. Bankomatlarla işin təşkili 

 

8.1. Bankomatlar aşağıdakı əsas əməliyyatları yerinə yetirir: 

 

müştərilərə onların hesablarındakı qalıqlar barədə məlumat verilməsi;  



 

nağd pul verilməsi.  




8.2. Əməliyyatların yerinə yetirilməsi üçün bankomatlardan istifadə kredit təşkilatlarının 

müştərilərinin ödəniş kartlarını və fərdi identifikasiya nömrələrini tətbiq etməklə həyata 

keçirilir. Nağd pulun verilməsi (qəbul edilməsi) əməliyyatları yerinə yetirildikdən sonra 

müştəriyə (onun tələbi ilə) nömrələnmiş qəbz verilməlidir. 

Bankomatların nağd pul ilə təmin olunması prosedurları Kredit təşkilatlarının daxili 

qaydaları ilə təsdiq olunmalıdır. 

Bankomatların nağd pulla yüklənməsi və boşaldılması inkassasiya qaydalarına müvafiq 

sur


ətdə həyata keçirilir. 

8.3. Vaxtaşırı, ayda bir dəfədən az olmamaqla bankomat tam boşaldılır. İnkassator çıxarılmış 

kasetl

ərlə birlikdə bankomatın çap qurğusundan götürülmüş kağız lenti (bankomatın 



əməliyyat jurnalını) kassaya çatdırır. Kassir çıxarılmış kassetlərdəki nağd pulun qalığını 

bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurur və uçot məlumatları ilə üzləşdirir, 

f

ərq aşkar edildikdə müvafiq akt tərtib olunur. Aktı kassa müdiri, inkassator, kassir və 



texniki işçi imzalayırlar. Akt tərtib olunarkən bankomatları idarəetmə sisteminin verdiyi 

m

əlumatdan və bankomatın əməliyyat jurnalından götürülmüş məlumatdan istifadə edilir, 



qalıqlardakı uyğunsuzluğun səbəbləri aydınlaşdırılır. 

8.4. Bankomatlara texniki xidm

ət onların istismarına (texniki xidmətə) dair sənəddə 

göst


ərilmiş qaydada həyata keçirilir. Texniki xidmət və köhnəlmiş materialların 

d

əyişdirilməsi ilə əlaqədar əməliyyatları bankomatın işinin əməliyyat dövrünün başlanması 



il

ə qurtarması arasında təyin olunmuş vaxtda həyata keçirilməlidir. 

8.5. Bankomatın seyfində yerləşdirilmiş modulların təmiri və bununla əlaqədar texniki 

xidm


ət bankomat tam boşaldıldıqdan sonra həyata keçirilməlidir. 

9. Yenid

ənsayma kassası 

 

9.1. Kredit t

əşkilatının kassasında olan nağd pulun seçilməsi, sayılması və bağlanılması üçün 

z

əruri hallarda kredit təşkilatlarında yenidənsayma kassaları yaradılır. 



9.2. Yenid

ənsayma kassasının müvafiq işçiləri üzərində «yenidənsayma kassası» sözləri 

yazılmış möhürlə təchiz edilməlidir. 

9.3. Yenid

ənsayma kassasında işçilərin sayı iki nəfərdən (kassir və nəzarətçi) az 

olmamalıdır. 

9.4. Nağd pul kredit təşkilatının kassasından yenidənsayma kassasının işçilərinə kitabda 

imza etdirm

əklə (əlavə 8) verilir. 

9.5. Yenid

ən sayma nəticəsində kənarlaşma aşkar edildikdə akt (əlavə 7) tərtib olunur və 

müvafiq t

ədbirlər görülür. 

10. Öd

əniş kartları ilə əməliyyatların aparılması  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə