Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

1076-13.6.  Sərəncamçı  bu  Məcəllənin  1076-13.4-cü  maddəsində  göstərilən  qərarı  aldığı 

gündən  beş  iş  günü  ərzində  istiqraz  mülkiyyətçilərinin  hüquqlarının  qorunması  məqsədilə 

ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi şərtlərini hazırlayaraq təsdiq 

olunması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edir.  Bu  barədə  daxil  olmuş  ərizəyə 

müvafiq  icra  hakimiyyəti  orqanı  beş  iş  günü  ərzində  baxır  və  müvafiq  qərar  qəbul  edir.  Bu 

qərardan sonra ipoteka örtüyünə daxil olan aktivlər həmin şərtlərlə satıla bilər. 

1076-13.7.  Sərəncamçı  müvafiq  icra  hakimiyyəti  orqanının  nəzarəti  altında  fəaliyyət 

göstərir və göstəriş almaq üçün istənilən vaxt ona müraciət edə bilər. Sərəncamçı zəruri hallarda 

ipoteka  örtüyünə  daxil  olan  aktivlərin  satılması  və  ya  idarə  edilməsi  ilə  bağlı  müstəqil 

hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri müvafiq icra hakimiyyəti orqanının təsdiq 

etdiyi şərtlər əsasında muzdla işə cəlb etmək hüququna malikdir. 

1076-13.8.  İpoteka  örtüyünün  satılmasından  əldə  olunan  vəsait  aşağıdakı  qaydada 

bölüşdürülür  və  vəsaitin  qalan  hissəsi  sərəncamçı  tərəfindən  emitentin  ümumi  əmlakının 

tərkibinə daxil edilir: 

1076-13.8.1.  ipoteka  örtüyünün  idarə  edilməsi  və  satılması  ilə  bağlı  sərəncamçının 

emitentlə əvvəlcədən bağlanmış müqavilədə göstərilən xidmət haqqının ödənilməsinə; 

1076-13.8.2. ipoteka örtüyünün satılması ilə bağlı cari öhdəliklərin ödənilməsinə; 

1076-13.8.3. istiqrazlar üzrə öhdəliklərin icra edilməsinə. 

1076-13.9. Emitentin müflis olduğu və ya məcburi ləğv edildiyi halda bu Məcəllənin 1076-

13-cü maddəsi ilə müəyyən edilmiş öhdəliklərin tam icra edilməsinə qədər əmlak inzibatçısının 

ipoteka  örtüyünə  daxil  olan  aktivlərin  idarə  edilməsi,  satılması,  əldə  olunan  vəsaitin 

bölüşdürülməsi və hər hansı başqa məsələ ilə bağlı sərəncamçının fəaliyyətinə müdaxilə etməsinə 

yol verilmir. 

1076-13.10.  İpoteka  örtüyünə  daxil  olan  aktivlərin  tam  satılmasından  sonra  sərəncamçı 

ipoteka  örtüyü  ilə  bağlı  sənədləri  və  qalıq  aktivləri  emitentə,  müflis  olma  və  ya  məcburi  ləğv 

edilmə  halında  isə  əmlak  inzibatçısına  təhvil  verir  və  öz  vəzifəsini  yerinə  yetirdiyi  barədə 

müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. 

1076-13.11.  Emitent  bu  Məcəllənin  1076-13.4-cü  maddəsində  göstərilən  qərarla  razı 

olmadıqda həmin qərarın ləğv edilməsi barədə inzibati qaydada və məhkəməyə müraciət edə bilər. 

Emitent və ya istənilən istiqraz mülkiyyətçisi ipoteka örtüyünə daxil olan aktivlərin satılması və 

ya idarə edilməsi ilə bağlı bu Məcəllənin 1076-13-cü maddəsində nəzərdə tutulan prosedurların 

məhkəmə  nəzarəti  altında  həyata  keçirilməsi,  yaxud  sərəncamçının  digər  şəxslə  əvəz  edilməsi 

barədə  iddia  ilə  məhkəməyə  müraciət  edə  bilər.  Sərəncamçının  dəyişdirilməsi  məsələsinə 

baxılarkən yeni namizəd məhkəməyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir. 

  

§6. Səhm 


  

Maddə 1077. Səhm anlayışı və onun məzmunu 

  

1077.1. Səhm  mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi 



buraxmış  səhmdar  cəmiyyətinin  nizamnamə  kapitalında  iştirakını,  mənfəətindən  dividendlər, 

ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin 

idarə  olunmasında  iştirak  etmək  hüququnu  təsdiqləyən  investisiya  qiymətli  kağızıdır.  Səhmin 

emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.

lix[456]

 

1077.2.  Səhm  adi  və  ya  imtiyazlı  növündə  buraxıla  bilər.  Səhmin  nominal  dəyəri 



səhmin  dəyərinin  cəmiyyətin  nizamnaməsi  ilə  müəyyən  edilmiş  pul  ifadəsidir. 

Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. 

Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

lx[457]


 

1077.3.  Adi  səhmlərin  hər  biri  eyni  nominal  dəyərli  olmaqla  onun  mülkiyyətçisinə 

eyni həcmdə hüquqlar verir.

lxi[458]

 

1077.4.  İmtiyazlı  səhmlərin  bir  buraxılışı  daxilində  hər  biri  eyni  nominal  dəyərli 



olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir. 

1077.5.  Adi  səhm  mülkiyyətçisinə  emitentin  mənfəətinin  bir  hissəsini  dividendlər 

şəklində  almaq,  emitentin  fəaliyyətinin  idarə  olunmasında  iştirak  etmək  və  emitentin 

ləğvindən  sonra  qalan  əmlakının  bir  hissəsini  əldə  etmək  hüququnu  verən  səhm 

növüdür. 

1077.6.  İmtiyazlı  səhm  emitentin  təsərrüfat  fəaliyyətinin  nəticəsindən  asılı 

olmayaraq,  mülkiyyətçisinə  ,  bir  qayda  olaraq,  səhmin  nominal  dəyərinin  sabit  faizi 

şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının 

bir  hissəsini  almaqda  digər  səhmdarlara  nisbətən  üstünlük  hüququnu,  habelə 

səhmlərin  buraxılış  şərtlərində  və  emitentin  nizamnaməsində  nəzərdə  tutulan  digər 

hüquqlar verən səhm növüdür.

lxii[459]

 

1077.7.  Səhmdar  cəmiyyətinin  səhmdarlarının  ümumi  yığıncağının  qərarına 



əsasən cəmiyyət bir neçə eyni növlü səhmi bir səhmdə birləşdirə bilər və bir səhmi bir 

neçə  həmin  növ  səhmə  dəyişdirilmə  yolu  ilə  xırdalaya  bilər.  Ümumi  yığıncaqda 

səhmlərin birləşdirilməsi və ya xırdalanması haqqında qərar qəbul edildikdə, səhmdar 

cəmiyyətinin  nizamnaməsində  də  müvafiq  dəyişikliklər  edilməlidir.  Səhmdar 

cəmiyyətinin  səhmlərinin  birləşdirilməsi  və  xırdalanması  qaydaları  qiymətli  kağızlar 

bazarmı  tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.

lxiii[460]



 

  


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə