Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

§7. Əmtəə kağızları

lxiv[461]

 

  



Maddə 1078. Əmtəə kağızları anlayışı və onların növləri 

  

1078.1.  Anbar  sahibinin  və  ya  fraxt  verənin  verdiyi  əmtəə  kağızlarında  (yəni 



sahibinin  qiymətli  kağızda  göstərilən  əmtəəyə  dair  sərəncam  vermək  və  bu  əmtəəni 

almaq hüququnu təsbit edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi, konosament və 

s.) aşağıdakı məlumatlar göstərilməlidir:

lxv[462]


 

1078.1.1. sənədin tərtib edildiyi yer və tarix, sənədi vermiş şəxsin imzası; 

1078.1.2. sənədi vermiş şəxsin adı və yaşayış yeri və ya olduğu yer

1078.1.3. malları anbarda saxlayan şəxsin və ya göndərənin adı və yaşayış yeri və 

ya olduğu yer

1078.1.4.  saxlanılan  və  ya  saxlanmağa  verilən  malların  keyfiyyəti,  miqdarı  və 

əlamətləri göstərilməklə adı; 

1078.1.5. tutulmalı olan və ya qabaqcadan ödənilmiş rüsumlar və haqlar; 

1078.1.6.  maraqlı  şəxslərin  mallar  ilə  rəftar  barəsində  qəbul  etdikləri  xüsusi 

sazişlər; 

1078.1.7. əmtəə sənədləri nüsxələrinin sayı; 

1078.1.8.  həmin  sənəd  üzrə  ixtiyarlı  şəxsin  adının  göstərilməsi  və  ya  əmr  barədə 

qeyd-şərt və ya təqdim edənin göstərilməsi. 

1078.2. Bir neçə əmtəə sənədindən biri girovun müəyyənləşdirilməsi üçün nəzərdə 

tutulmuşsa,  bu  cür  sənəd  girov  şəhadətnaməsi  (varrant)  adlandırılmalı  və  qalan 

məlumatlarına  görə  əmtəə  sənədi  şəklində  olmalıdır.  O  biri  nüsxələrdə  girov 

şəhadətnaməsinin  verildiyi  qeyd  edilməli,  tələbin  məbləği  və  ödəniş  müddəti 

göstərilməklə hər bir girov qoyma əks etdirilməlidir. 

1078.3.  Saxlanılan  və  ya  yola  salınmış  mallar  üçün  şəhadətnamələr  əmtəə 

sənədlərinin forması haqqında qanuni göstərişlər pozulmaqla verildikdə bunlar əmtəə 

sənədləri deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici sənədlər sayılır. 

1078.4.  Səlahiyyətli  orqanlardan  qanun  üzrə  verilməli  icazəni  almadan  anbar 

sahiblərinin verdikləri şəhadətnamələr forma barədə qanuni göstərişlərə uyğun gəlirsə, 

əmtəə sənədləri sayılır. 




1078.5.  Konosament  mala  dair  sərəncam  sənədindən  ibarət  ticarət  kağızı  olub, 

onun  sahibinin  konosamentdə  göstərilən  yükə  dair  sərəncam  vermək  və  daşıma  başa 

çatdıqdan  sonra  yükü  almaq  hüququnu  təsdiqləyir.  Konosament  adsız,  orderli  və  ya 

adlı ola bilər. 

1078.6. Qoşa anbar şəhadətnaməsi mal anbarı tərəfindən malın saxlanmağa qəbul 

olunmasını  təsdiqləyən  orderli  qiymətli  kağızdır.  Qoşa  anbar  şəhadətnaməsi  iki 

hissədən  -  anbar  şəhadətnaməsindən  və  girov  şəhadətnaməsindən  (varrantdan) 

ibarətdir; ayrı-ayrılıqda bunlar qiymətli kağızlardır. 

1078.7.  Adi  anbar  şəhadətnaməsi  mal  anbarı  tərəfindən  malın  saxlanmağa  qəbul 

olunduğunu təsdiqləyən adsız qiymətli kağızdır. 

  

  

§ 8. Daşınmaz əmlak sertifikatı

lxvi[463]

 

  

Maddə 1078-1. Daşınmaz əmlak sertifikatı 



  

1078-1.1.  Daşınmaz  əmlak  sertifikatı  fiziki  və  hüquqi  şəxslər  arasında  yerləşdirilən, 

mülkiyyətçilərinə  buraxılış  şərtlərində  müəyyən  olunan  şərtlərə  əməl  etdikləri  təqdirdə, 

emitentdən  tikintisi  (yenidən  qurulması)  bu  qiymətli  kağızların  yerləşdirilməsindən  alınan 

vəsait  hesabına  maliyyələşdirilən  binaların  (mənzillərin,  qeyri-yaşayış  sahələrinin)  onların 

mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. 

1078-1.2.  Daşınmaz  əmlak  sertifikatı  adlı  qiymətli  kağızdır.  Daşınmaz  əmlak 

sertifikatlarının  buraxılışı,  dövlət  qeydiyyatına  alınması  və  tədavülü  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

  



§ 9. Girov kağızı və ipoteka kağızı 

  

Maddə 1078-2. Girov kağızı və ipoteka kağızı 

  



1078-2.1.  Öhdəliklərin  təminatını  təsbit  edən  qiymətli  kağızlara  girov  kağızı  və 

ipoteka kağızı daxildir. 

1078-2.2. İpoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, əmlakın 

ipotekası  ilə  təmin  edilən  başqa  sübut  və  dəlillər  təqdim  etmədən  pul  və  başqa 

öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və 

əmlakın  ipotekası  haqqında  müqavilədə  göstərilən  girov  hüququnu  təsdiq  edən  adlı 

qiymətli kağızdır.

lxvii[464]

 

1078-2.3.  Girov  kağızı  girov  qoyanla,  o  borclu  deyilsə,  həm  də  borclu  ilə  girov 



saxlayan  arasında  əmlakın  və  hüquqların  girova  qoyulmasını  və  bundan  irəli  gələn 

hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır.



lxviii[465]

 

1078-2.4.  Əmlakın  və  hüquqların  girovu  və  ya  ipotekası  ilə  təmin  edilmiş 



öhdəliklər  üzrə  girovsaxlayanın  və  ya  ipotekasaxlayanın  hüquqları  girov  kağızının  və 

ya ipoteka kağızının tərtibi ilə rəsmiləşdirilə və təsdiq edilə bilər. 

1078-2.5.  Girov  və  ya  ipoteka  ilə  təmin  olunmuş  öhdəliklər  üzrə  borclu  , 

girovqoyan  və  ipotekaqoyan  girov  kagızı  və  ya  ipoteka  kağızı  üzrə  cavabdeh  şəxsdir

Borclu, qirovqoyan və ipotekaqoyan eyni və ayrı-ayrı şəxslər ola bilər.

lxix[466]

 

1078-2.6. Əmlaka girov və ya ipoteka hüququnu təsbit edən girov kağızının və ya 



ipoteka kağızının mülkiyyətçisi (girov saxlayan və ya ipoteka saxlayan (kreditor) borclunun 

və  girov qoyanın razılığı olmadan borc üzrə tələbini digər şəxsə, girov kağızında və ya 

ipoteka kağızında yazdığı ötürücü yazı vasitəsilə o şərtlə ötürə bilər ki, həmin ötürücü 

yazı  (indossament)  öhdəliyin  mahiyyətinə,  onun  borclu  və  girov  qoyanla  və  ya  ipoteka 



qoyanla razılaşmasına və mövcud qanunvericiliyə zidd olmasın.

lxx[467]

 

1078-2.7. Girova və ya ipotekaya şamil edilən təminatlı borc üzrə tələb başqasına 



keçdikdə  girov  kağızı  və  ya  ipoteka  kağızı  üzrə  girovsaxlayanın  və  ya 

ipotekasaxlayanın hüquqları müvafiq surətdə həmin şəxsə keçir.



lxxi[468]

 

1078-2.8. Girov kağızının və ya ipoteka kağızının mülkiyyətçisi ilə (girov saxlayan və 



ya  ipoteka  saxlayan)  digər  şəxs  arasında  bağlanmış  müqavilə  üzrə  öhdəliyin  təminatı 

məqsədilə  girov  kağızı  və  ya  ipoteka  kağızı  müvafiq  olaraq  girov  və  ya  ipotekaya 

qoyula  bilər.  Bu  halda  girov  və  ya  ipoteka  hüququ  ümumi  qaydada  dövlət 

qeydiyyatından keçməlidir, lakin bu hüquq girov kağızı və ya ipoteka kağızı ilə təsbit 

edilə bilməz.

lxxii[469]

 

1078-2.9.  Girov  kağızı  və  ipoteka  kağızına  dair  dövlət  qeydiyyatı  rəsmi  dövlət 



reyestrində  aparılır.  Rəsmi  dövlət  reyestrinin  aparılması  qiymətli  kağızlar  bazarmı 

tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.



lxxiii[470]

 

1078-2.10.  Rəsmi  dövlət  reyestrinin  aparılması  girov  qoyulmuş  qiymətli  kağızlar 



üzrə  hüquqların  məhdudlaşdırılması  haqqında  bütün  məlumatların  mərkəzləşdirilmiş 

qaydada toplanması üçün nəzərdə tutulur.



lxxiv[471]

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə